Bilik Fondu 150-dən
çox təhsil
müəssisəsində
mühazirələr təşkil edib
Fondun icraçı direktoru Oktay Səmədov
Şuşa və Qubadlının
qaçqın məktəblərində
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu 15 sentyabr -
Bilik günü münasibətilə 150-dən çox təhsil
ocağında mühazirələr təşkil edib.
Bilik
Fondundan AZƏRTAC-a bildirilib ki, qurumun "İlboyu bilik"
proqramı çərçivəsində Bakıda və Azərbaycanın
bütün rayonlarında ali və orta məktəblərdə
"Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi
banisidir" mövzusunda dərslər keçilib, mühazirələr
oxunub. Ümumilikdə, 158 yerdə - 142 orta məktəbdə,
16 ali məktəbdə tanınmış ziyalılar -
akademiklər, professorlar, diplomatik korpus və media nümayəndələri
məktəblilər, tələbələr və yerli sakinlərlə
görüşüblər, onlara Azərbaycanda multikultural ənənələr,
artıq formalaşmış tolerantlıq mühiti barədə
ətraflı məlumat veriblər.
Bilik
Fondunun mühazirəçiləri şəhər məktəbləri
ilə yanaşı, kənd məktəblərində,
qaçqın və məcburi köçkün, eləcə
də sərhədyanı bölgələrin məktəblərində
şagirdlərə maraqlı mühazirələr deyiblər.
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə dövlət
müşaviri, akademik Kamal Abdullayev Şamaxı rayonundakı
Sabir qəsəbə tam orta məktəbində, Milli Məclisin
deputatı Aydın Mirzəzadə Mingəçevirdə,
Respublika Təhsil Şurasının sədri Əjdər
Ağayev Neftçalada, Alban-udi xristian icmasının sədri
Robert Mobilim Qəbələdə, ATV şirkətinin Bədii
Şurasının sədri Etibar Babayev Siyəzəndə,
professor Rüstəm Kamal Qazaxda, AMEA Şərqşünaslıq
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər
Baxşəliyeva Bərdədə, folklorşünas
Ağaverdi Xəlilov İsmayıllıda, Bilik Fondunun
icraçı direktoru Oktay Səmədov Şuşa və
Qubadlının qaçqın məktəblərində,
akademik Vaqif Abbasov, AMEA-nın Dilçilik İnstitutunun
direktoru Möhsün Nağısoylu və başqaları
ölkəmizin ali və orta məktəblərində
mühazirələr oxuyublar.
Bakıda
və bölgələrdə ölkə
ziyalılarının, diplomatik korpus və KİV nümayəndələrinin
mühazirələri yüksək qiymətləndirilib və
təşkilatçılara minnətdarlıq ifadə olunub.
Millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri,
akademik Kamal Abdullayev Şamaxıda
Millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri, akademik Kamal Abdullayev Fondun
"İlboyu bilik" proqramı çərçivəsində
Şamaxı rayonundakı Sabir qəsəbə tam orta məktəbində
"Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi
banisidir" mövzusunda mühazirə deyib. Mühazirədə
Şamaxı Rayon İcra Hakimiyyətinin
başçısı Asif Ağayev, rayon təhsil şöbəsinin
müdiri Eyvaz Eminalıyev, Şamaxı Rayon İcra Hakimiyyəti
başçısının ictimai-siyasi və humanitar məsələlər
üzrə müavini Gülnisə Ələkbərova, Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Məleykə Kamilova,
Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi,
Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnur
Babaşova, rayon məktəbliləri və müəllimlər,
yerli ziyalıların nümayəndələri iştirak
ediblər.
Məktəbliləri
yeni dərs ilinin başlanması münasibətilə təbrik
edən akademik K.Abdullayev bildirib ki, çoxmədəniyyətlilik
Azərbaycanın dövlət siyasətində prioritet istiqamətdir.
Multikulturalizmin Azərbaycanda əsrlərdən bəri
formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi
müstəvidən kənara çıxmayan dəyərlər
toplusu olduğunu deyən akademik bu kimi xüsusiyyətlərin
Azərbaycan ədəbi-bədii düşüncə
müstəvisində həm tarixən, həm də bu gün
kifayət qədər görümlü və təsiredici
olduğunu vurğulayıb. Azərbaycanda multikultural dəyərlərin
tarixi köklərinə toxunan dövlət müşaviri
"Kitabi-Dədə Qorqud" dastanından, şifahi və
yazılı ədəbiyyatımızdan keçən bariz
nümunələrin uzaq keçmişdən bu
günümüzədək multikultural ənənələrin
mövcudluğunu aşkar şəkildə sübut etdiyini
bildirib.
"Bunun
fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas
məsələ qalırdı: hüquqi və siyasi müstəvidə
multikulturalizmin yerini müəyyən etmək. Bunu ulu öndər
Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək
uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf
seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə
əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik
ənənəsini inkişaf etdirərək, onu keyfiyyətcə
yeni mərhələyə qaldırdı. Bu mərhələ
siyasi mərhələ idi. Əslində, ulu öndər Azərbaycan
multikulturalizminin siyasi banisi oldu", - deyən akademik onu da əlavə
edib ki, Azərbaycanda dini və milli zəmində
ayrı-seçkiliyin izi belə yoxdur.
Dövlət
müşaviri Kamal Abdullayev məktəbliləri
maraqlandıran sualları da ətraflı cavablandırıb,
şagirdlərə kitablar hədiyyə edib.
İtaliyanın səfiri Azərbaycan
Dövlət
Mədəniyyət və İncəsənət
Universitetində
Sentyabrın
15-də Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı
ilə "Heydər Əliyev Azərbaycan multikulturalizminin
siyasi banisidir" mövzusunda İtaliya Respublikasının
ölkəmizdəki səfiri Ciampaolo Kutillonun mühazirəsi
dinlənildi. Tədbirdə universitetin professor-müəllim
heyəti, tələbələr iştirak edirdilər.
Tədbiri
giriş sözü ilə açan universitetin rektoru, professor
Fərəh Əliyeva qeyd etdi
ki, multikulturalizm siyasəti Azərbaycan dövlətinin tarixi
nailiyyətidir və ölkəmizdə
bütün xalqlar mehriban və tolerant şəraitdə
yaşayır. Bildirildi ki, əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş və müasir dövrdə Prezident İlham
Əliyev tərəfindən uğurla inkişaf etdirilən
multikulturalizm siyasətinin mahiyyəti barədə gənc nəslin
maarifləndirilməsi mühüm əhəmiyyət kəsb
edir. Azərbaycan tarixən müxtəlif xalqların və
dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində
yaşadığı məkan olub. Bu gün Azərbaycan
dünyada təkcə enerji resursları ilə zəngin olan
ölkə kimi deyil, həm də humanizm prinsiplərinə
sadiq, tolerant və multikultural ölkə kimi
tanınır.
Tədbirdə çıxış edən İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillo iki ölkə arasındakı əməkdaşlıqdan söz açdı, Azərbaycanın tolerant ölkə olduğunu bildirdi. Səfir qeyd etdi ki, ona bir neçə təhsil ocağında mühazirə oxumaq təklif edilsə də, o məhz ADMİU-nu seçib. Buna səbəb isə öz ölkəsində mədəniyyətin hər sahədən daha üstün sayılmasıdır. Qeyd etdi ki, incəsənətin hər hansı bir sahəsini seçən bu tələbələrin qədim mədəniyyətə malik İtaliyaya marağı böyük olmalıdır. Bu səbəbdən də mühazirəsinin tələbələr üçün maraqlı olacağını diqqətə çatdırdı. Daha sonra Azərbaycan və İtaliya mədəniyyətləri, insanları arasında oxşarlığın olduğunu, burada səfir kimi çalışmaqdan məmnunluq hissi keçirdiyini bildirdi. Səfir Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən də danışdı və bu əlaqələrin daha da genişlənməsinin onun səfir kimi əsas missiyalarından birini təşkil etdiyini vurğuladı. Bu əlaqələrin nəticəsi olaraq Expo Milan 2015-də Azərbaycanın çox möhtəşəm şəkildə təmsil edilməsini və ölkələr arasında ən gözəl pavilyonun məhz Azərbaycana aid olduğunu söylədi.
Görüş müəllim və tələbələrlə səfir arasında səmimi fikir mübadiləsi ilə davam etdi. Universitetin tələbələri də ilk dərs gününün belə maraqlı qonaq və məlumatlarla başlamasının onlar üçün bir stimul olduğunu qeyd etdilər, səfirə onları maraqlandıran suallar və təkliflərini verdilər. Səfir də öz növbəsində tələbələrin suallarını cavablandıraraq, ölkələrinə olan bu marağa və görüşün belə keçirilməsi üçün rəhbərliyə təşəkkürünü bildirdi.
Sonda səfir görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
Niyazi RƏHİMOV
"Azərbaycan müəllimi" qəzetinin
baş
redaktoru Bakı Slavyan Universitetində
15
sentyabr -Bilik günü münasibətilə Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun
paytaxtımızda, eləcə də ölkəmizin
bütün bölgələrində "İlboyu bilik" proqramı çərçivəsində
"Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi
banisidir" mövzusunda təşkil olunan mühazirələrdən
birini də Bakı Slavyan
Universitetində "Azərbaycan
müəllimi" qəzetinin baş redaktoru, əməkdar
jurnalist, siyasi elmlər üzrə fəlsəfə
doktoru Bayram Hüseynzadə
deyib. Ali təhsil ocağının
müxtəlif fakültələr
üzrə təhsil alan tələbələrinin iştirak
etdiyi tədbiri universitetin rektoru, professor Asif Hacıyev açaraq Bilik günü münasibətilə
tələbələri təbrik edib, onlara uğurlar
arzulayıb və mühazirə oxumaq üçün
sözü Bayram Hüseynzadəyə
verib.
Tələbələr
qarşısında "Heydər Əliyev Azərbaycan
multikulturalizminin siyasi banisidir" mövzusunda danışan
mühazirəçi Azərbaycanın çoxmillətli bir
ölkə olduğunu, burada tarixən birgə yaşayan
müxtəlif xalqların,
toplumların özlərini azad və xoşbəxt hiss etdiklərini,
mədəniyyətlərini yaşatdıqlarını qeyd
edib. Bildirilib ki, ölkəmizdə başqa xalqların
nümayəndələri öz ana dillərində, ibtidai
sinif səviyyəsində olsa da təhsil alır, öz dini
inanclarına uyğun ibadət edir, heç bir ögey
münasibətlə üzləşmədən müxtəlif
sahələrdə çalışa bilirlər. Bu da Azərbaycanın
multikulturalizmin yarandığı
əsas tarixi məkanlardan biri olduğunu deməyə
imkan verir.
Mültikulturalizmin
əsasını tolerantlıq, qanunlara, bir-birinin
azadlığına hörmət hissi təşkil etdiyini
söyləyən Bayram Hüseynzadə bir sıra Qərb
ölkələrində multikulturalizmin siyasi xətt kimi iflasa
uğramasının bəyan edildiyi bir dövrdə
respublikamızda multikulturalizmin dövlət siyasətinə
çevrilməsində, onun
möhkəmləndirilməsi və saxlanmasında məhz
ümummilli lider Heydər Əliyevin əvəzsiz rol
oynadığını xüsusi vurğulayıb. Qeyd olunub
ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş multikulturalizm siyasəti hazırda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
uğurla inkişaf etdirilir.
Mühazirəçi
sonra dini
dözümlülük, tolerantlıq, multikultural dəyərlərimizin
Avropa multikultural dəyərləri ilə müqayisəlı
təhlilini aparıb. ABS-a və bir sıra Avropa ölkələrinə səfərləri zamanı
şahidi olduğu hadisələrlə bağlı müəyyən
məqamları diqqətə çatdırıb. Bir sıra
dünya dövlətlərinin ölkəmizə qarşı
ədalətsiz münasibət sərgilədiyini deyən
B.Hüseynzadə onu da bildirib
ki, son illər müstəqil
respublikamızın uğurlu inkişafına
qısqanclıqla yanaşan ölkələr belə, Azərbaycan multikulturalizminin dünyaya nümunə
olduğunu etiraf edirlər.
Bayram Hüseynzadə dahi şəxsiyyət Heydər Əliyevin fikirlərini tələbələrə
çatdırıb. Ulu öndər deyirdi: "Dövlət,
ölkə nə qədər çox xalqı birləşdirsə,
bir o qədər zəngin olur, çünki onların hər
biri ümumdünya mədəniyyətinə və
sivilizasiyasına öz töhfəsini verir".
Mühazirəçi
daha sonra Təhsil Nazirliyi tərəfindən ölkəmizdə
təhsilin inkişafi ilə bağlı reallaşdırılan
tədbirlərdən danışıb, tələbələri
maraqlandıran çoxsaylı sualları
cavablandırıb.
Samirə KƏRİMOVA
Birləşmiş Ərəb Əmirlikləri
səfirinin
müavini Bakıdakı 158 nömrəli
məktəbdə
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun "İlboyu bilik" proqramı çərçivəsində
həyata keçirdiyi
layihəyə uyğun
olaraq sentyabrın 15-də
Birləşmiş Ərəb
Əmirliklərinin ölkəmizdəki
fövqəladə və
səlahiyyətli səfirinin
müavini cənab Abdullah
Casim Al-Şamsi Bakıdakı 158 nömrəli
məktəbi ziyarət
edib, bu təhsil ocağının
yuxarı sinif şagirdləri ilə görüşüb.
Məktəbin böyük akt
zalında keçirilən
tədbiri tədris ocağının direktoru
Mehriban Ələkbərova
açaraq zala toplaşanları yeni dərs ilinin başlanması münasibətilə
təbrik edib, onlara uğurlar arzulayıb və hörmətli qonağı
şagirdlərə təqdim
edib.
Sonra Abdullah Casim Al-Şamsi şagirdlər qarşısında çıxış edib. Çıxışına Allahın adı və müqəddəs Quran ayələri ilə başlayan səfir müavini də öncə tədbir iştirakçılarını salamlayıb, biliyin insan həyatında böyük rol oynadığını qeyd edərək yeni dərs ilinin başlanması münasibəti ilə şagird və müəllimlərə təbriklərini çatdırıb. Biliyin insanların yalnız ümumi dünyagörüşünü deyil, həm də mənəvi keyfiyyətlərini inkişaf etdirdiyini deyən Abdullah Casim Al-Şamsi bunlardan birinin də dini əqidəsindən, milli mənsubiyyətindən asılı olmayaraq insanlar arasında mehriban münasibətlərin yaranması olduğunu vurğulayıb. Qeyd edib ki, bu baxımdan Azərbaycan kimi Birləşmiş Ərəb Əmirlikləri də burada yaşayan müxtəlif xalqların nümayəndələri üçün tolerant bir mühit yaratmışdır. Millətlər arasında harmoniyanın əsasını mədəniyyət, müxtəlif insanların dini inanclarına sayğılı münasibət təşkil edir.
"Biz müsəlmanıq, dinimiz İslamdır. İslam isə dini ekstremizmi qəbul etmir. Əksinə, başqalarını da əməkdaşlığa dəvət edir. Bütün bu dəyərlər Ərəb Əmirlikləri dövlətinin qurucusu mərhum Şeyx Zahid bin - Sultan əl- Nahyanın siyasəti idi. Onun davamçıları olan hazırkı rəhbərliyimiz də ölkəmizin qapılarını yeni proqressiv ideyalar üçün müxtəlif insanların üzünə açmışdır. Belə nümunəvi tolerant siyasət ölkələrin inkişafına, xalqlar arasında dostluq münasibətlərinə xidmət edir", - deyən səfir müavini çıxışının sonunda fürsətdən istifadə edərək Azərbaycan xalqına sülh və əmin-amanlıq, davamlı tərəqqi arzulayıb.
Tədbirdə iştirak edən Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Ziyad Məmmədzadə çıxışında Fondun məram və məqsədlərindən, reallaşdırdığı və dəstək verdiyi layihələrdən söz açıb.
Sonda 158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərdova təhsil işçiləri üçün əziz bir gündə məhz onların məktəbini seçdiyinə, şagirdlər qarşısında maraqlı çıxışına görə BƏƏ səfirinin müavini Abdullah Casim Al-Şamsiyə minnətdarlığını bildirib. Dost ölkənin təhsil müəssisələri ilə əlaqə yaratmaq arzusunu dilə gətirən direktor bu işdə yardımçı olmasını səfir müavinindən xahiş edib.
Tədbirdən sonra cənab Abdullah Casim Al-Şamsi 158 nömrəli məktəblə tanış olub, bir neçə I sinfə baş çəkərək şagirdlərə yenicə başladıqları təhsil yolunda uğurlar arzulayıb.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova iştirak edib.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2015.- 19
sentyabr.- S.7.