Dünya universitetlərinin yeni

reytinq cədvəli açıqlanıb

 

Sentyabrın 15-də  Böyük Britaniyanın "Quacquarelli Symonds" (QS)  konsaltinq şirkəti dünya universitetlərinin yeni  reytinq (QS World University Rankings 2015-2016) cədvəlini açıqlayıb.  Reytinq cədvəlində dünyanın 82 ölkəsindən olan universitetlər qərarlaşıb.  2004-cü ildən etibarən nəşr edilən reytinq dünya universitetlərinin fəaliyyətini artıq son 10 il ərzində dəyişilməz olaraq qalan 6 əsas meyar (akademik nüfuz, elmi məqalələrdən sitatgətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuzu, əcnəbi müəllimlərin sayı və əcnəbi tələbələrin sayı) üzrə qiymətləndirib.   Reytinq cədvəlinin hazırlanması gedişində 62 min akademik cəmiyyət və 27 min işəgötürən arasında sorğu aparılıb.  Reytinqin obyektivliyini  təmin etmək üçün QS şirkəti dünyanın 2 mindən artıq  ali məktəbinin fəaliyyətini  dəyərləndirib, onların arasından ən yaxşılarını seçib.

Amerikanın Massaçusets Texnologiya  İnstitutu (MIT) artıq 4-cü ildir dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə başçılıq edir. Ötən reytinqdə dördüncü olan  Harvard bu dəfə 2-ci yerə keçib.  Kembric  Stenford universitetləri 3-cü yeri bölüşüblər.  İlk beşliyin sonunda  bir il əvvəl 8-ci olan  Kaliforniya Texnologiya İnstitutu  yerləşib.   İlk dəfə olaraq ən yaxşı 10 universitet sırasında İsveçrənin Sürix Texnologiya İnstitutu da yer ala bilib.  Bütövlükdə reytinqdə ABŞ 152, Böyük Britaniya 71, Almaniya 43,  Fransa 41, Yaponiya 38, Avstraliya 33, Çin 30,  Kanadaİtaliya hərəsi 26,  Braziliya 22, Rusiya 21 ali məktəblə təmsil olunub.

Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti  nüfuzlu reytinq sıralamasında öz mövqeyini yaxşılaşdırmağa nail olaraq ötənilki 114-cü yerdən 108-ci yerə keçə bilib.

Dünya universitetlərinin  nüfuzlu  reytinq sıralaması ilə  daha ətraflı www.topuniversities.com/qs-world-university-rankings səhifəsindən tanış olmaq olar.

 

Dünya universitetlərinin yeni reytinq cədvəli

 

Ali məktəbin adı Ölkə Topladığı bal

1. Massachusetts Institute of Technology

(MIT) ABŞ 100.0

2. Harvard University ABŞ 98.7

3. University of Cambridge Böyük Britaniya 98.6

3. Stanford University ABŞ 98.6

5. California Institute of Technology

(Caltech ABŞ 97.9

6. University of Oxford Böyük Britaniya 97.7

7. University College London Böyük Britaniya 97.2

8. Imperial College London Böyük Britaniya 96.1

9. ETH Zurich - Swiss Federal Institute of

Technology İsveçrə 95.5

10. University of Chicago ABŞ 94.6

11. Princeton University ABŞ 94.4

12. University of Singapore (NUS) Sinqapur 94.2

13. Nanyang Technological University) Sinqapur 93.9

14. EPFL (Ecole Polytechnique Fédérale

de Lausanne) İsveçrə 93.8

15. Yale University ABŞ 92.2

16. Johns Hopkins University ABŞ 91.9

17. Cornell University ABŞ 91.8

18. University of Pennsylvania ABŞ 91.5

19. Kings College London Böyük Britaniya 91.0

19. The Australian National University Avstraliya 91.0

21. The University of Edinburgh Böyük Britaniya 90.8

22. Columbia University ABŞ 89.7

23. Ecole normale supérieure, Paris Fransa 89.2

24. McGill University Kanada 88.6

25. Tsinghua University Çin Xalq

Respublikası 88.5

26. University of California Berkeley,

Berkeley (UCB) ABŞ 88.4

27. University of California, Los Angeles

(UCLA) ABŞ 88.2

28. The Hong Kong University of Science

and Technology (HKUST) Honkonq 88.0

29. Duke University ABŞ 87.9

30. The University of Hong Kong Honkonq 87.8

30. University of Michigan ABŞ 87.8

32. Northwestern University ABŞ 87.7

33. The University of Manchester Böyük Britaniya 87.2

34. University of Toronto Kanada 87.1

35. London School of Economics and

Political Science Böyük Britaniya 86.2

36. Seoul National University Cənubi Koreya 85.3

37. University of Bristol Böyük Britaniya 85.0

38. Kyoto University Yaponiya 84.9

39. The University of Tokyo Yaponiya 84.8

40. Ecole Polytechnique Fransa 83.8

41. Peking University Çin Xalq

Respublikası 83.7

42. The University of Melbourne Avstraliya 83.1

43. KAIST - Korea Advanced Institute of

Science & Technology Cənubi Koreya 82.6

44. University of California, San Diego ABŞ 82.5

45. The University of Sydney Avstraliya 81.9

46. The University of New South Wales Avstraliya 81.8

46. The University of Queensland Avstraliya 81.8

48. The University of Warwick Böyük Britaniya 81.6

49. Brown University ABŞ 81.5

50. University of British Columbia Kanada 81.2

51. The Chinese University of Hong Kong Honkonq 81.1

51. Fudan University Çin Xalq

Respublikası 81.1

53. New York University (NYU) ABŞ 80.5

54. University of Wisconsin-Madison ABŞ 80.3

55. University of Amsterdam Niderland 80.2

56. Tokyo Institute of Technology Yaponiya 79.4

57. City University of Hong Kong Honkonq 79.2

58. Osaka University Yaponiya 78.3

59. University of Illinois at UrbanaChampaign

ABŞ 77.5

60. Technische Universität München Almaniya 77.3

61. Durham University Böyük Britaniya 77.0

62. Carnegie Mellon University ABŞ 76.8

62. University of Glasgow Böyük Britaniya 76.8

64. Delft University of Technology Niderland 76.5

65. University of Washington ABŞ 76.3

66. Ruprecht-Karls-Universitaet

Heidelberg Almaniya 76.1

67. Monash University Avstraliya 76.0

68. University of St Andrews Böyük Britaniya 75.9

69. University of Copenhagen Danimarka 75.7

70. The University of Nottingham Böyük Britaniya 75.4

70. Lund University İsveç 75.4

70. National Taiwan University (NTU) Tayvan 75.4

70. Shanghai Jiao Tong University Çin Xalq

Respublikası 75.4

74. Tohoku University Yaponiya 75.2

75. Ludwig-Maximilians-Universität

München Almaniya 74.7

76. University of Birmingham Böyük Britaniya 74.6

77. University of Texas at Austin ABŞ 74.5

78. Trinity College Dublin İrlandiya 74.3

79. University of North Carolina, Chapel

Hill ABŞ 73.7

80. The University of Sheffield Böyük Britaniya 73.6

81. University of Southampton Böyük Britaniya 72.8

82. The University of Auckland Yeni Zelandiya 72.4

82. KU Leuven Belçika 72.4

84. Georgia Institute of Technology ABŞ 72.3

85. University of Zurich İsveçrə 72.2

85. University of California, Davis ABŞ 72.2

87. University of Leeds Böyük Britaniya 72.0

87. Pohang University of Science And

Technology (POSTECH) Cənubi Koreya 72.0

89. University of Geneva İsveçrə 71.2

89. Purdue University ABŞ 71.2

91. Boston University ABŞ 71.1

92. KTH Royal Institute of Technology İsveç 70.9

93. KIT, Karlsruhe Institute of Technology Almaniya 70.8

94. Utrecht University Niderland 70.7

95. Leiden University Niderland 70.3

96. University of Alberta Kanada 70.1

96. University of Helsinki Finlandiya 70.1

98. The University of Western Avstraliya 69.4

99. The Ohio State University ABŞ 69.3

100. University of Groningen Niderland 68.8

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2015.- 19 sentyabr.- S.12.