Bir neçə sahədə uğur

qazanan qran-pri mükafatçısı

 

Soltan Səmədli Bakıdakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdidir. Hazırda  gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbində tar ixtisası üzrə təhsil alır.  Yeniyetmə  tarzən  musiqi incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə  II Respublika Əlillərin V Ümumrespublika bədii yaradıcılıq baxış müsabiqələrində uğurlu çıxışına  görə diplomlarla mükafatlandırılıb. 2011-ci ildə  dövlət müstəqilliyinin bərpasının  iyirminci ildönümünə həsr olunmuş  Milli musiqi alətləri ifaçılarının respublika festivalında, 2013-cü ildə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ümumtəhsil orta ixtisas təhsili müəssisələrinin şagird tələbələri arasında  gənc ifaçıların  II Respublika  müsabiqəsində çıxışlarına görə diplom medala layiq görülüb. Səməd  2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər  Fondunun təşkil etdiyi sağlamlıq imkanları məhdud uşaqlar üçün  5 nömrəli Respublika xüsusi internat məktəbində həyata keçirilən "Mən varam" fərdi qabiliyyət müsabiqəsində  qran-pri  mükafatına,  həmin il  Bakıda keçirilən  "Şərq nağılı" Beynəlxalq müsabiqədə  isə diploma sahib olub.

Dəfələrlə müsabiqələr qalibi olan  Səməd digər sahələrdə nailiyyətlər qazanıb. O, 2013-cü ildə Gənclər İdman Nazirliyi UNİCEF-in təşkilatçılığı ilə  "Bacarıqlara  məhdudiyyət yoxdur" devizi altında keçirilən yeniyetmələr üçün fotoqrafiya üzrə təlim kursunda fərqlənərək mükafatlandırılıb. 2014-cü ildə  "İçərişəhər-yaşayan tarix, keçmişimiz gələcəyimizin təqdimatında", "Şəhərin İçi-İçəri Şəhər" mədəni sosial layihələri çərçivəsində keçirilən "An Fototur" tədbirində fəal iştirakına görə sertifikat qazanıb.

 

Azərbaycan müəllimi.- 2015.- 24 yanvar.- S.10.