Muğam televiziya

müsabiqəsinin üçüncüsü

 

Hələ  uşaqlıq çağlarından ustad xanəndələrin muğam ifalarını maraqla dinləyən Gülnarın bu sənətə həvəsi artmağa  başlayıb. Canımıza, qanımıza hopan xalq mahnılarını, muğamlarını o, sanki ana laylası sanar milli musiqimizin melodiyaları altında yuxuya gedərdi. Balaca qızcığaz böyüdükcə onun arzuları da pərvazlanır artıq gələcəkdə xanəndə olacağına zəmin yaradırdı.

Belə ki, Gülnar Qüdrətli 2009-cu ildə  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə bu arzularla qəbul olub  hazırda əməkdar artist Nuriyyə Hüseynovanın xanəndəlik sinfində təhsil alır. Məktəbdə oxuduğu illərdə bir çox  müsabiqə   festivallarda çıxış edib. 2012-ci  ildə Azərbaycan vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün  115 illik yubileyinə həsr olunmuş festivalda II yeri tutub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsində  uğurla çıxış etmiş, münsiflər tərəfindən  I dərəcəli diploma layiq görülüb. Daim öz üzərində işləyir, müxtəlif konsertlərdə istedadını nümayiş  etdirir. 2013-cü ili Gülnar üçün ən uğurlu il hesab etmək olar. IV Muğam televiziya müsabiqəsinə qatılıb III yerə layiq görülüb. Həmin ildə Türkiyədə türkdilli xalqların mahnı rəqs müsabiqəsində  iştirak edərək laureat adını qazanıb   milli musiqi alətləri ifaçıları xanəndələrin II Respublika müsabiqəsinin qalibi olub.

 Sənətdə qazandığı nailiyyətlərə görə Gülnar Qüdrətli Mədəniyyət Turizm Nazirliyinin fəxri fərmanına layiq görülüb.

O,   Azərbaycan Dövlət Televiziyası Radiosunun solistidir.

 

Azərbaycan müəllimi.- 2015.- 24 yanvar.- S.10.