Parlaq gələcəyə aparan

yolun astanasında

 

Səidə İslam qızı Babışova Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X   sinfində oxuyur. Muğam sənəti üzrə xalq artisti Ağaxan Abdullayevdən dərs alır.  Bir çox respublika müsabiqələrinin  laureatıdır. 2012-ci ildə Gənclər İdman Nazirliyinin təşkil etdiyi "Hünər" vətənpərvərlik festivalında  istedad bacarıq nümayiş etdirərək diplomla mükafatlandırılıb. Həmin il SSRİ xalq artisti, dahi vokalçı Bülbülün anadan olmasının  115 illik  yubiliyinə həsr olunmuş musiqi festivalında I,  milli musiqi alətləri ifaçıları xanəndələrin I respublika müsabiqəsində isə II dərəcəli diplomlara layiq görülüb. 2013-  ildə  ümummilli lider  Heydər Əliyevin anadan olmasının  90 illik yubileyinə həsr olunmuş gənc ifaçıların  II Respublika müsabiqəsində I dərəcəli diplom qazanıb.   İstedadlı yeniyetmənin  dəfələrlə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə çıxışları olub.  M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 28 May Respublika Gününə həsr edilmiş konsertdə "Qaragilə" xalq mahnısını məharətlə  ifa edərək  tamaşaçılarda xoş ovqat yaradıb.

Tədbirlərdə hesabat konsertlərində  maraqlı  ifaları ilə tamaşaçıları məmnun edən  S. Babışova  dəfələrlə respublika müsabiqələrində  birincilik qazanıb. Azərbaycan muğamını gələcəkdə layiqincə təmsil edəcəyinə müəllimləri kimi biz inanırıq.

 

Azərbaycan müəllimi.- 2015.- 24 yanvar.- S.10.