Arzusu Bakı Musiqi

Akademiyasına daxil olmaqdır

 

Aysel Əlizadə gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbində xanəndəlik ixtisası üzrə təhsil alır. 2007-ci ildə Türkiyədə keçirilən uşaq mahnı müsabiqəsinin  laureatı olan Ayselin uğurları bir-birinin ardınca təkrarlanıb. O, həmin il əlillərin IV Ümumrespublika festivalının qalibi  olaraq  diplomla, 2009-cu ildə isə əlillərin  VI Ümumrespublika yaradıcılıq  baxış müsabiqəsinin təşəkkürnaməsi ilə, eyni zamanda  estetik tərbiyə  üzrə respublika  tədris metodik mərkəzində keçirilən müsabiqənin  diplomu ilə təltif olunub.

Öz üzərində səylə çalışan istedadlı yeniyetmənin müsabiqə festivallarda qazandığı nailiyyətlər bununla bitmir. Aysel 2010-cu ildə Çingiz Mustafayev adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzində keçirilən dram, əlil uşaqlar arasında təşkil olunan mahnı müsabiqələrinin qalibi olub. 2014-cü ildə isə  Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən "İstedadlı uşaqlar festivalı"nın  qalibi olaraq  diploma layiq görülüb. Müxtəlif vaxtlarda  telekanallarda ifaları maraqla qarşılanıb. 

Hazırda o, X sinifdə oxumaqla bərabər musiqi təhsilini davam etdirir. Arzusu gələcəkdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmaqdır.

 

 Azərbaycan müəllimi.- 2015.- 24 yanvar.- S.10.