Asiya qitəsinin ən yaxşı
universitetlərinin reytinqi
Böyük Britaniyanın təhsil xidmətləri sahəsində
ixtisaslaşmış nüfuzlu
konsaltinq şirkəti
olan "Times Higher Education" (THE) Asiya qitəsinin ən yaxşı universitetlərinin növbəti
reytinqini (Asia University Rankings 2017) dərc edib. Tədqiqatçılar
tərəfindən siyahının
tərtib edilməsi prosesində qitənin 300 ali məktəbi
təhlil olunub. Ekspertlər ali
məktəblərin fəaliyyətini
qiymətləndirərkən tədrisin keyfiyyəti, beynəlxalq tələbə
və müəllim mobilliyi, akademik nüfuz, elmi məqalələrdən sitatgətirilmə,
elmi tədqiqatlardan əldə olunan gəlirlər, təhsil xidmətlərinin səviyyəsi
və s. kimi 13 kriteriyaya əsaslanıblar.
Sinqapur Milli Universiteti (National University of Singapore) ikinci ildir ki,
ardıcıl surətdə
qitənin ən yaxşı universitetlərinin
siyahısına başçılıq
edir. Çinin Pekin Universiteti (Peking University) əvvəlki
kimi ikinci yeri tutur, ötən
il sıralamada
beşinci yerdə olan Tsinxua Universiteti
(Tsinghua University) bu il üçüncü mövqedə qərarlaşıb.
Yaponiya əvvəlki kimi reytinqdə təqdim edilmiş universitetlərin
sayına görə liderdir. Gündoğar ölkə reytinqdə
69 universitetlə təmsil
olunub. Bununla belə, Yaponiya ali məktəblərinin
əksəriyyəti keçən
illə müqayisədə
builki reytinqdə öz mövqelərini itirib. Əksinə, Çin, Honkonq
və Hindistanın universitetləri sıralamada
daha yüksək mövqeləri tuturlar.
Reytinqdən göründüyü
kimi, Malayziya, İndoneziya, Pakistan və
Tailand gələcəkdə
Çin və Cənubi Koreya kimi Asiyada ali təhsilin aparıcı mərkəzləri
ola bilərlər. Türkiyə 100-lükdə 6 universitetlə
təmsil olunub. Onlardan Koç Universiteti reytinqdə daha yaxşı mövqedə,
28-ci yerdədir. Reytinqlə
daha ətraflı
www.timeshighereducation.com/world-university-rankings səhifəsindən
tanış olmaq olar.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2017.- 1 aprel.- S.9.