Təhsilalanın fəaliyyətinin

qiymətləndirilməsində indikatordan istifadə

 

“Azərbaycan müəllimi” qəzetinin 4 fevral 2017-ci il tarixli 4-cü nömrəsində təhsilalanın alt məzmun standartları üzrə fəaliyyətinin izlənilməsi və nail olduğu bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün müvafiq rubrik nümunələri verilmişdir. Təhsilverən bu nümunələrdən yaradıcı şəkildə istifadə edərək rubriklər hazırlamaq səriştəsi əldə edə bilər.

Aydındır ki, təhsilverən hər bir dərsin gedişində təhsilalanın fəaliyyətini müvafiq alt məzmun standartı üzrə izləyir və qiymətləndirir. Dərsin sonunda təhsilalanların fəaliyyətinin nəticəsinin - əldə etdikləri biliyin bacarığa çevrilmə (tətbiqetmə) səviyyəsinin müəyyən edilməsi, nəyi nə üçün hansı səviyyədə bildiyini və istifadə etdiyini qiymətləndirməkdən ötrü onlara I-IV qiymətləndirmə səviyyələrinə uyğun formativ testlərin (indikatorların) təklif olunmasını zəruri hesab edir və aşağıda onlara aid nümunələr veririk:

Nümunə 1. 1-ci sinif, riyaziyyat. (Cədvəl 1)

Nümunə 2. 3-cü sinif, riyaziyyat. (Cədvəl 2)

Nümunə 3. 5-ci sinif, riyaziyyat.(Cədvəl 3)

Nümunə 4. 7-ci sinif, riyaziyyat.(Cədvəl 4)

Nümunə 5. 8-ci sinif, riyaziyyat. (Cədvəl 5)

Nümunə 6. 9-cu sinif, riyaziyyat. (Cədvəl 6)

Təhsilverən dərsin gedişində alt məzmun standart(lar)ına uyğun təlim məqsədləri üzrə təhsilalanın fəaliyyətini (irəliləməsini, geriləməsini) izləyir, bacarıq səviyyəsini müəyyənləşdirir (qiymətləndirir) və bu barədə “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə, “Məktəbli kitabçası”nda qeydlər aparır, təhsilalana müvafiq fərdi yanaşma təyin edir, onun valideyninə tövsiyə verir, zəruri hallarda məktəb rəhbərliyini məlumatlandırır.

Bu, təhsilalanın fəaliyyətinin təhsilverən tərəfindən izlənilməsi, qiymətləndirilməsi və nəticəsinin qeyd edilməsi həm təhsil prosesinə nəzarəti həyata keçirənlərə, həm də valideynlərə təhsilalanın inkişaf dinamikasını izləməyə, onun gələcək fəaliyyət istiqamətlərini müəyyən etməyə imkanlar yaradır.

Aydındır ki, təhsilalanın fəaliyyətinin (gündəlik, cari) qiymətləndirilməsi onu tədris vahidi üzrə nailiyyət qiymətləndirilməsinə hazırlayır. Təcrübə göstərir ki, hər bir dərsdə indikatordan (formativ testdən) istifadə edilməsi daha yüksək nəticələr əldə etməyə imkan verir. Belə ki, təhsilverən dərsdə reallaşdırılan alt məzmun standart(lar)ı üzrə təhsilalanın bacarıq səviyyəsini - zəif (çatışmayan) və üstün (inkişaf etmiş) tərəflərini müvafiq formativ qiymətləndirmə vasitələri (indikatorlar) ilə aydınlaşdırır, səviyyəsinə uyğun fərdi yanaşmanı müəyyənləşdirir (və ya tədris vahidi üzrə kiçik summativ qiymətləndirmə apardıqdan sonra təhsilalanın reallaşdırılan müvafiq alt məzmun standartları üzrə fəaliyyətinin nəticəsini nailiyyət səviyyəsi ilə müqayisəli təhlil edir).

Bu baxımdan ölkəmizin bütün ümumtəhsil məktəblərində olduğu kimi, Bakı şəhərinin 83 nömrəli məktəb-liseyində də hər bir fənn üzrə təhsilalanların fəaliyyəti izlənilir, onların tədris vahidləri üzrə bacarıq səviyyələri nailiyyət nəticələri ilə müqayisəli təhlil edilir və təhsilverənə müvafiq tövsiyələr verilir. Məsələn, 4 1 x sinfinin şagirdi Mehdi Nəsirovun 15 sentyabr - 26 oktyabr arasındakı fəaliyyəti izlənilib və 7 dəfə qiymətləndirilib: I, III, II, III, I, II, II. 1-ci kiçik summativ qiymətləndirmədə onun nailiyyət səviyyəsi “4” olub. Mehdinin nailiyyət səviyyəsinin “4” olması nəzarəti həyata keçirənləri onun fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi zamanı təhsilverənin subyektivizmə yol verdiyi, qiymətləndirmə səviyyələrini düzgün müəyyən edə bilmədiyi qənaətinə gəlməyə sövq edir.

3 1 sinfinin şagirdi Rəsul Zauroğlunun bacarıq səviyyəsinin III, IV, II, IV, III, IV, IV, IV olması və 1-ci KSQ-də “3” alması da təhsilverənin onun fəaliyyətinin qiymətləndirilməsi zamanı qeyri-dəqiqliyə (saxtakarlığa) yol verdiyini söyləməyə imkan verir.

Eyni zamanda I yarımil ərzində aparılmış 1-4-cü KSQ-lərdə təhsilalanın uyğun olaraq 3, 4, 5, 4, lakin birinci BSQ-də “3” alması da həm təhsilverənin, həm də bu sahəyə nəzarəti həyata keçirən təlim-tərbiyə işləri üzrə direktor müavini və fənn metodbirləşməsinin fəaliyyətlərində nöqsanlara yol verdiklərini, qiymətləndirmə prosedurunun yerinə yetirilməsinə düzgün yanaşmadıqlarını bildirir, onlara təhsilalanın və təhsilverənin fəaliyyətini təhlil etməyi diqtə edir.

Təcrübə göstərir ki, bir çox hallarda təhsilverənin öz həmkarları, müvafiq fənn metodbirləşməsinin sədri, direktor müavini, təcrübəli müəllimlərlə məsləhətləşmələri və kömək alması onun peşəkarlıq səviyyəsinin yüksəlməsinə kömək edir.

Biz ümumtəhsil məktəblərində aparılan pedaqoji müşahidə, monitorinq və təhlillərin nəticəsi olaraq təhsilverənin təlim prosesində müvəffəqiyyət əldə etməsi üçün onun öz peşəkarlıq səviyyəsini yüksəltməsini, bu baxımdan aşağıdakı tövsiyələrə əməl etməsini (bacarıqlara yiyələnməsini) və onları inkişaf etdirməsini məqsədəuyğun hesab edirik:

Təhsilverənin yuxarıda sadalanan bacarıqlara yiyələnməsi onun müvəffəqiyyət əldə etməsinə, səriştəli təhsilalanıın yetişdirilməsinə, onların nailiyyət səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Təhsilalanın səviyyəsinin təhsilverənin səviyyəsindən asılı olduğunu bilən təhsil müəssisəsi rəhbərliyinin bütün hallarda təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi qayğısına qalması və ona nail olması zəruridir və bu, “Strategiya”nın ən vacib tələblərindən birinin həyata keçirilməsini (səriştəli təhsilalanların yetişdirilməsini) təmin edir.

Bu zaman qarşıya qoyulmuş məqsədlərə (hədəflərə) çatmaq üçün təhsil müəssisələrində təlim-tədris və tərbiyə prosesinin aşağıdakı məntiqi ardıcıllığa əməl olunmaqla həyata keçirilməsini təklif edirik:

Nəticələrin təhlilinə əsas ən real fəaliyyət planında dəyişikliklər edilir və 2-4-cü bəndlər yeniliklər nəzərə alınmaqla icra olunur (yerinə yetirilir). Alınan nəticələr əvvəlki nəticələrlə müqayisəli şəkildə təhlil edilir, dəyərləndirmə aparılır, mövcud vəziyyət müəyyən olunuryeni təkliflər yenidən nəzərə alınmaqla tsiklin tətbiqi davam etdirilir. Məktəb rəhbərliyinin hər bir fənn müəlliminin bu tsiklin mahiyyətini anlamasına və ondan sinif səviyyəsində hər bir dərsdə istifadə edilməsinə nail olması mühüm əhəmiyyət kəsb edirbu da, ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edir.

Bu baxımdan, biz təhsilverənin hər bir alt məzmun standartı üzrə təhsilalanın fəaliyyətini izləmək və qiymətləndirmək üçün rubrikonun səviyyələrinə uyğun indikatorlar hazırlamaq bacarığına yiyələnməsini və dərsdə istifadə etməsini məqsədəuyğun hesab edirik.

 

Nəbi MAHMUDOV,

Bakı şəhəri 83 nömrəli məktəb-liseyin

direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru

 

Azərbaycan müəllimi.- 2017.- 1 aprel.- S.13.