Tələbənin fərdi yaradıcılıq sərgisi açılıb

 

Aprelin 12-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sərgi salonunda Memarlıq fakültəsinin  dizayn ixtisasında təhsil alan 3-cü kurs tələbəsi Xuraman İbadullayevanın fərdi yaradıcılıq sərgisi açılıb.

Universitetdən “Qafqazinfoya daxil olan xəbərə görə, sərgini giriş sözü ilə açan Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova bütün iştirakçıları salamlayıb və sərgini açıq elan edib. X. İbadullayeva  sərgidə iştirak edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovaya və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. G.Məmmədovanın çıxışından sonra sərginin qırmızı lenti kəsilib, tədbir iştirakçıları gənc dizaynerin əsərləri ilə tanış olublar.

X.İbadullayevanın pastel, yağlı boya, karandaş, qələmlə çəkdiyi rəsmlərdən ibarət əl işləri nümayiş olunub. Sərgidə əsasən, natürmort, şəhər mənzərəsi janrında çəkilmiş rəngbərəng, müxtəlif güllər, Şirvanşahlar sarayı, Qız qalası, İçərişəhər,  şüşə üzərində gül, binalar, insan təsvirləri yer alan vitraj rəsmləri yer alıb. Eyni zamanda buta elementlərindən istifadə etməklə insan siluetləri təsvirləri də sərgidə ziyarətçilər tərəfindən maraqla qarşılanıb.   

Sərgidə universitetin fakültə, kafedraictimai təşkilatlarının nümayəndələri, tələbələr iştirak ediblər.

 

Azərbaycan müəllimi.- 2017.- 15 aprel.- S.7.