Tariximizin qan yaddaşı

şagirdlərin gözü ilə

 

Əldə etdiyimiz tarixi uğurlarımızı qoruyub saxlamaqdaha da artırmaq üçün məktəbin - müəllimin ümdə vəzifəsi şagirdlərin milli - vətənpərvər ruhda yetişməsini təmin etməkdir. Onlara təlqin edilməlidir ki, erməni cəlladları ilə üzbəüz mübarizə şəraitindəyik və bu, bir an da olsun unudulmamalıdır. Məktəbəqədər yaşdan başlamış son sinfə qədər uşaqları milli dəyərlərə hörmət ruhunda böyütmək, adət-ənənələrimizi, tariximizi, zəngin ədəbi irsimizi gənc nəslə çatdırmaq hər bir müəllimin peşə borcudur. Bu məqsədlə şifahi xalq ədəbiyyatı nümunələrindən, zəngin və klassik irsimizdən geniş istifadə olunmalı, siniflərdə təlim-tərbiyə işi müxtəlif vasitələrlə, rəngarəng və maraqlı tədbirlərin köməyi ilə həyata keçirilməlidir. Şagirdlər keçmişbu günümüzdə baş verən hadisələrin bədii sənət və musiqi əsərlərində necə əks olunduğunu gördükdə onların tariximizə marağı artır, gözəllik haqqında təsəvvürləri təkmilləşir, bədii, estetik zövqü formalaşır.

Bakı şəhəri 209 nömrəli tam orta məktəbdə bu vəzifələrin reallaşdırılması üçün müxtəlif səpgili tədbirlər, fənn aylıqları keçirilir.

Bu baxımdan məktəbimizdə keçirilən tarix aylığının son günü özünün qeyri-adiliyi və maraqlı olması ilə yaddaqalan idi. Həmin gün tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Mehriban Poladova V “a” sinfində “Şuşa, Pənahabad qalası” mövzusunda “açıq dərs” keçdi. Dərsdə xeyli qonaq iştirak edirdi. Məktəbin direktor müavini Xatirə Cabarova, müəllimlərindən Şəmsiyyə Gülmalıyeva, Raminə Hüseynova, Almaz Hüseynova, Dilarə Abbasova, Aysel İbrahimova, Əlihəsən Məmmədov və digərləri də iştirakçılar sırasında idi. Uşaqlar milli paltarlar geyinmiş, sinif otağını qədim məişət əşyaları ilə, həmçinin xanlıqlar dövründə xanımların geyindiyi paltarlarda olan gəlinciklərlə bəzəmişdilər. Müəllim qonaqları salamladıqdan sonra 20 Yanvar, Xocalı faciələrində və torpaqlarımızın qorunması uğrunda mübarizədə şəhid olmuş bütün həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni ifa olundu. Dərs başlanan kimi müəllim sinfi 4 qrupa bölərək, onlaraQarabağ”, “Şuşa”, “Bayat” və “Şahbulaq” adlarını verdi. Dərsin motivasiya mərhələsində müəllim Şuşa qalasının, Pənahəli xanın, Cıdır düzünün, Xarı bülbülünQarabağ xalçasının şəklini göstərərək şagirdlərə suallarla müraciət etdi: Şəkildə görünən bu yerlər onlara haranı xatırladır? Burda onlar nəyi görürlər? İnsanlarvaxtdan qalalar tikməyə başlayıblar? Bu qalalar hansı məqsədlə tikilirdi? Azərbaycanda qədim qalalar niyə bu qədər çoxdur və nə üçündür? və s.

Motivasiyadan sonra müəllim şagirdlərə vərəqələri payladı. Müstəqil üçün suallar düşündürücü və maraqlı məsələləri əhatə edirdi. Məsələn, Qarabağ xanlığının banisi kim olub? Xanlıq neçənci ildə yaranıb, yaranmasının tarixi əhəmiyyəti nədir? Rusların Qarabağda işğalçılıq planları nədən ibarət idi və ermənilər Qarabağdavaxtdan məskunlaşmışlar? Qarabağ əhalisinin məşğuliyyəti və mədəniyyəti nələrdən ibarət idi? və s. Şagirdlər sualları dolğun və əhatəli şəkildə cavablandırdılar.

5 dəqiqədən sonra şagirdlərin hazırladığı tədqiqatın təqdimatı keçirildi. Sonra təqdimat ətrafında müzakirələr aparıldı.

Uşaqlara müxtəlif suallar ünvanlandı: Bu qədər qalaların Qarabağda tikilməsinə ehtiyac vardımı? Bütün xanlıqlar birləşərək, niyə düşmənə qarşı birgə mübarizə aparmırdılar? Ermənilərin Azərbaycanda məskunlaşması kimlərin mənafeyinə daha çox uyğun gəlirdi?

Sonda müəllim ümumiləşdirmə apardı. Qiymətləndirmə aşağıdakı meyarlar əsasında baş tutdu: tədqiqat aparır, təqdim edir, yaradıcı işi yerinə yetirir, kollektivlə işləməyi bacarır. Sonra şagirdlərə ev tapşırığı verildi. Dərs “Qarabağ şikəstəsi” ilə yekunlaşdı.

Məktəbin direktoru Arizə Mahmudova çıxış edərək “açıq dərs”in maraqlı və yüksək səviyyədə keçdiyini qeyd etdi.

Sonra bütün iştirakçılar foyedə məktəblilərin əl işlərindən təşkil olunmuş sərgiyə tamaşa etdilər. Tarixin müxtəlif dövrlərinə aid samovarlar, misdən hazırlanmış sini, səhəng, suyu sərin saxlamaq üçün hazırlanan qablar, əl dəyirmanı və digər eksponatların fonunda xatirə şəkli çəkdirdilər.

 

Vəfa RƏSULOVA,

Bakı şəhər 209 nömrəli tam orta

məktəbin direktor müavini

 

Azərbaycan müəllimi.- 2017.- 22 aprel.- S.12.