Xalqımızın daş yaddaşı:

memarlıq abidələri

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə universitetin foyesində memarlıq abidələrimizə həsr olunmuş fotosərgi ilə tanış olublar. Qeyd edək ki, sərgidə hazırda işğal altında olan rayonlarımızda erməni vandalizminin qurbanı olan memarlıq abidələrimizin fotoşəkilləri də yer alıb.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova iştirakçıları salamlayıb, konfransın işində onlara uğurlar arzulayıb. G.Məmmədova tədbirdə iştirak edən Milan Politexnik Universitetinin nümayəndələrini konfransda görməkdən şad olduğunu deyib, universitetlər arasında əməkdaşlıqdan söz açıb.

Rektor konfransın mövzusunun aktuallığını və əhəmiyyətini də diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın zəngin abidələr irsi varonlar üzərində aparılan tədqiqatlar, yazılan çoxsaylı məqalələr, kitablar mövzunun aktual olduğunu bir daha sübut edir. “Bu bir reallıqdır ki, abidələr münaqişələr, müharibələr nəticəsində ağır fəsadlara uğrayır, dağılır, sıradan çıxır. Hazırda Azərbaycanın işğal altında olan torpaqlarında memarlıq abidələri məhv edilir, erməni qəsbkarları qədim alban abidələrinin üzərində erməniləşdirmə siyasəti həyata keçirirlər. Bu da tariximizə çox böyük zərbə vurur”.

AzMİU-nun memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, memarlıq doktoru Səbinə Hacıyeva “Qarabağ memarlığının inciləri- Xudavəng və Gəncəsər” mövzusunda məruzə edərək, Xudavəng və Gəncəsər abidələrinin tarixindən, bugünkü real vəziyyətindən söz açıb. Qeyd edilib ki, işğal altında olan hər iki alban abidəsinin ermənilər tərəfindən 1997-2007-ci illərdə restavrasiya və konservasiyası aparılan zaman alban abidələrinə xas xüsusiyyətlər dəyişdirilib və məhv edilib.

Milan Politexnik Universitetinin dosenti, memarlıq üzrə fəlsəfə doktoru Nora Lombardini İtaliyada abidələrin bərpası istiqamətində, tariximüasir binalarda aparılan restavrasiyakonservasiya işlərindən söz açıb, tələbə memarların bu işlərə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.

“İrimiqyaslı infrastruktur layihələri zamanı arxeoloji abidələrin qorunması” mövzusunda məruzə edən AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı tikinti işləri zamanı abidələrin qorunmasının vacibliyinə diqqət çəkib.

KonfransdaQala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, Səfər Aşurov və başqaları maraqlı məruzələrlə çıxış ediblər.

 

Azərbaycan müəllimi.- 2017.- 22 aprel.- S.4.