YUNESKO-nun “Qlobal məqsədlər”
dərsləri
Birləşmiş Millətlər Təşkilatı
25 sentyabr 2015-ci il
tarixində Dayanıqlı İnkişafın Qlobal
Məqsədlərini qəbul edib. Bununla bağlı "Dünyanın
ən böyük dərsi" (World's Largest Lesson) ideyası irəli sürülüb. Bu ideya ondan ibarət idi ki, həmin
il sentyabrın
27-dən başlayaraq həftə
ərzində bütün
dünya üzrə məktəblərdə Qlobal
məqsədlər barədə
dərslər keçilsin.
“Dünyanın ən
böyük dərsi”
- Birləşmiş Millətlər
Təşkilatı tərəfindən
qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinin elan
edilməsi ilə əlaqədar birgə təhsil layihəsidir. Bu layihə 17-ci məqsədin
-“Dayanıqlı inkişaf
naminə tərəfdaşlıq”
məqsədinin mühümlüyünün
canlı sübutudur.
Təhsil İşçilərinin Peşəkar
İnkişafı İnstitutu
YUNESKO-nun Assosiativ məktəblər
şəbəkəsinə üzv qurum kimi qlobal məqsədlərin
təbliğinə həsr
olnmuş həmin dərslərin Azərbaycan
dilinə tərcüməsini
və məktəblərdə
təbliği missiyasını
öz üzərinə
götürüb. İnstitut həmin
dərslərin icmallarını
müəllimlərə təqdim
edir. Müəllimlər öz dərslərini
bu icmallar əsasında keçə
bilərlər.
Dərsi müəllimlər münasib
bildiyi və ya imkanı olan vaxt keçə
bilər. World’s Largest Lesson saytında olan materiallar dərsi keçməkdə müəllimlərə
kömək edər.
Müəllimlər materialları tədris
üsullarına və
məktəb şəraitinə
uyğunlaşdırıb istifadə
edə bilərlər.
Materiallar 8-14 yaşlı uşaqlar
üçün hazırlanıb,
lakin onlar istənilən yaş qrupuna uyğunlaşdırıla
bilər.
QEYD: Müəllimlər dərslərdə
müzakirə apararkən
həssas olmalı və şagirdlərin həyat təcrübəsini
nəzərə almalıdır.
Sinfi elə bir “təhlükəsiz"
məkana çevirməlidir
ki, şagirdlər qorxmadan ideyalarını və hətta həyatlarında baş vermiş hadisələri bölüşə bilsinlər.
Bəzi şagirdlər müəyyən
müzakirələrdə iştirak
etməməyi xahiş
edə bilər, onların xahişinə hörmətlə yanaşılmalıdır.
Mövzu:
“Qlobal məqsədlərə
giriş”
Ümumi
vaxt: 30 dəq.
Mövzu geniş auditoriya, sinif və fərdi
məşğələlər üçün nəzərdə
tutulub.
Təlimin nəticəsi:
Şagirdlər Qlobal məqsədləri və bu məqsədlərin
nə üçün
lazım olduğunu izah edə biləcəklər.
Hazırlıq: İmkan daxilində
“Qlobal məqsədlər”i
2-ci və ya 3-cü əlavələrlə çap
edərək sinifdə
görünən yerdə
yerləşdirin və
ya ekranda göstərin. Şagirdlərin bu məqsədlərlə
bağlı təkliflərini
yazması üçün
lövhə hazırlayın.
Yekun tapşırıq
- plakat üçün
kvadrat formasında vərəqlər hazırlayın.
Əlavə
Qlobal məqsədlərlə
bağlı əlavə
məlumat almaq üçün www.globalgoals.org saytına daxil olun. Digər dərs planları
və iştirak üçün isə
www.globalgoals.org/worldslargestlesson saytına müraciət edin.
Davamlı inkişaf üçün
Qlobal məqsədlərə
giriş.
Giriş -10 dəq.
Şagirdlər sinfə gəlməmişdən
əvvəl ictimai baxış və müzakirə üçün
aşağıdakı sualları
hazırlayın: “Sizcə,
bizim cəmiyyətdə
(ölkədə) dünyada
insanlar hansı böyük problemlərlə
üzləşir?” (zərurət olarsa, sualın qoyuluşunu dəyişə bilərsiniz)
Şagirdləri bu sual ətrafında
başqası kimi düşünməyə sövq
edin. Məsələn, deyə bilərsiniz
ki, “Sən özünü prezidentin yerinə qoy və onun kimi
düşün”.
Cütlərlə iş formasında
şagirdlər onların
yaşadığı cəmiyyət,
ölkə və ya dünyada yaşanan daha böyük problemləri müəyyən etməlidirlər.
Daha sonra siz şagirdlərin
söylədiyi bəzi
fikirləri seçirsiniz.
Bu fikirləri lövhədə qeyd etmək olar.
Əgər ehtiyac olarsa, əlavə 1-də qeyd olunan açar sözlərə müraciət
edə bilərsiniz.
Qlobal məqsədlər
- 5 dəq.
Şagirdlərə qlobal məqsədləri göstərin və onların qeyd etdiyi problemlərdən hansının bu məqsədlər arasında
olduğunu birlikdə
müəyyənləşdirin.
Böyük auditoriyalarla iş
zamanı siz 17 şagird seçərək
onları sinfin qarşısında arxaları
sinfə doğru düzə bilərsiniz. Hər şagird əlində qlobal məqsədlərdən
biri yazılan vərəq tutmalıdır.
Auditoriyada əyləşən şagirdlər problemləri
səsləndirdikcə həmin
problemləri həll edə biləcək “Qlobal məqsəd” (yəni, əlində həmin problemin həllinə aid olan kart tutan şagird) üzünü auditoriyaya
çevirməlidir.
Qlobal məqsədləri
anlama - 10 dəq.
Şagirdlər Ken Robinsonun animasiya filmini izləyir. Filmi həm
böyük ekrandan, həm də internetə girərək
www.globalgoals.org/world slargestlesson. saytından izləmək
olar.
Şagirdlər həmçinin
www.globalgoals.org/worldslargestlesson saytına daxil olaraq kiçik
plakatlarla da tanış ola, hər şəkli
mobil telefonlarına və ya planşetlərinə
yükləyə bilərlər.
Tapşırıq -5 dəq.
Şagirdlərə “Qlobal məqsədlər mənin üçün vacibdir, ona görə
ki,” cümləsini tamamlamağı tapşırın. Şagirdlərin fikirlərini yazması üçün söz həddi qoyun (məsələn, 20 sözdən
ibarət və s.).
Sonra həmin fikirləri qəzet başlığı
və ya tvit kimi @TheGlobalGoals#largestlesson
ünvanına göndərin.
Əlavə və ya alternativ
yekun. 12sm x 12sm ölçüsündə kağızdan
kvadratlar hazırlayın.
Həmin
kvadratları şagirdlərə
verin və tapşırın ki, öz yaradıcı təxəyyüllərini işə
salaraq problemlərin həlli üçün fikirləri özündə
əks etdirən kiçik plakatlar çəksinlər. Onlara tapşırın
ki, çəkdikləri
plakatlarda yazı yazmaq üçün də yer ayırsınlar
və qeyd olunan problemin həlli üçün hansı qlobal məqsədə nail olmaq
lazım olduğu haqqında başlıq yazsınlar. Daha sonra
həmin plakatları şagirdlərdən yığın
və məktəbdə
bu istiqamətdə maariflənmə işlərinin
aparılması üçün
məktəb ictimaiyyətinə
çatdırın. Həmin plakatların
şəklini çəkərək,
bizim The Global Goals face-səhifəmizdə
paylaşın və ya tvit göndərin.
Növbəti layihə:
www.dfcworld.com saytına daxil olun və
şagirdlərdə baş
verən dəyişiklikləri
bizimlə paylaşın. İcmamızda FİDS modelindən istifadə edərək öz şəxsi qrup layihənizi yaradın və uğurlarınızı
bizimlə bölüşün.
www.dfcworld.com.
Əlavə 1.
İnsanlığın aktual problemləri (əgər zərurət yaranarsa, açar söz kimi aşağıdakılardan
istifadə edə bilərsiniz).
* Kasıblıq
* Ölkələr arası
tarazlığın pozulması
* Aclıq
* Zəifləmiş sağlamlıq
və xəstəliklər
* Çirkli su
* Anti-sanitariya
* Təhsilin aşağı
səviyyədə olması
- bəzi uşaqların
məktəbə gedə
bilməməsi
* Aztəminatlı iş və iş yerlərinin çatışmamazlığı
* Zəif iqtisadi artım -insanların tələbatlarını ödəmək
üçün ölkənin
kifayət qədər
büdcəyə malik
olmaması
* Gender tarazlığının pozulması
- qadın və kişiyə fərqli münasibətin yaranması,
onlara eyni imkanların yaradılmaması
* Müharibələr, iğtişaşlar
və stabil olmayan vəziyyət
* İnsanların özünü
təhlükəsiz hiss etməməsi
* İnsana qarşı zorakılıq
* Ədalətsizlik və rüşvətxorluq
* İnsan hüquqlarının
pozulması
* Ölkələrin heç
vaxt bir-birləri ilə birlikdə və ümumi razılaşmalara əsasən
münasibət qurmaması
* İnsanların rahatlığının
pozulması - enerji qıtlığı
* Zəif infrastruktur, inkişaf etməmiş texnologiya və kommunikasiya
* Təhlükəli zonada yerləşən şəhər
və kəndlər
* Qeyri-stabil həyata malik şəhərlər
* Resursların böyük itkisi və itirilən resursların yenidən istifadəyə
yararlı olmaması
Azərbaycan müəllimi.-
2017.- 29 aprel.- S.12.