Lalə MAHMUDZADƏ,

Mingəçevir şəhər 13 nömrəli

tam orta məktəbin X sinif şagirdi

 

Sona yetir məktəb illəri

 

Çırpınır qəlbimdə ürəyim mənim,

Bir yanda sevincim, bir yanda qəmim.

Ayağım titrəyir dönməyir geri,

Axı, sona yetir məktəb illəri.

 

Ayırır dostları, üzür hər kəsi,

Kövrəldir hamını son zəngin səsi

Deməyə heç kimə, gəlməyir dilim

Əlvida ey sinif, əlvida müəllim.

 

Ayrılıb getsəm qədər uzaq,

Bir gün qapınızda olacam qonaq.

Unudub hicranı, unudub qəmi,

Əlimdə qovluğum müəllim kimi.

 

Azərbaycan müəllimi.- 2017.- 8 dekabr.- S.14.