Turizm sinergetikası: bioloji

və sosial inkişaf tələbələrin gözü ilə”

 

ADPU-da “Beynəlxalq davamlı turizm ilinin yekun konfransı keçirilib

 

Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində BMT-nin Dünya Turizm Təşkilatı Baş Assambleyasının 2017-ci ilin “Beynəlxalq davamlı turizm ilielan etməsinin yekunlarına dairTurizmin sinergetikası: biolojisosial inkişaf tələbələrin gözü ilə” mövzusunda yekun konfrans keçirilib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, elmi işlər üzrə prorektor, professor Asəf Zamanov, inzibati təsərrüfat işləri üzrə prorektor Ümid Mehdiyev, fakültə dekanları, kafedra müdirləri, struktur bölmə rəhbərləri, filial nümayəndələri və tələbələr iştirak ediblər.

Konfransı giriş sözü ilə ADPU-nun Elminnovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev açaraq 2017-ci ilin dünyada “Beynəlxalq davamlı turizm ilielan edilməsinin zəruriliyindən, qarşıya qoyulan məsələlərdən və həllinə nail olunmuş işlərdən danışıb. O, qeyd edib ki, dünyanın ən ali orqanlarından olan BMT-nin bu qətnaməni qəbul etməsindən 4 il öncə, ölkəmizdə 2011-ci ilinTurizm ilielan edilməsi ilə bağlı Tədbirlər Planının hazırlanmasına dair Azərbaycan Respublikası Prezidenti müvafiq sərəncam imzalayıb. Bu da onu göstərir ki, Azərbaycan hökuməti bu məsələlərin həllində dünyanı gözləmədən uğurlu işə başlayıb. Dosent Y.Alıyev qeyd edib ki, “Beynəlxalq davamlı turizm ili” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Nazirliyinin bir qurumu olaraq böyük işlər görüb. ADPU-nun filiallarının yerləşdiyi Quba, Şamaxı, Şəki, Ağcabədi və Cəlilabad rayonlarının mövcud turizm imkanları filial tələbələri ilə birgə öyrənilib, ətraf aləmə ekskursiyalar təşkil edilib.

Sonra 2017-ci ilinİnkişaf naminə beynəlxalq turizm ilielan edilməsinin icrası ilə əlaqədar ADPU-da görülən işlər barədə Elminnovasiyalar şöbəsinin baş mütəxəssisi Dilguşə Suleymanova təqdimatla çıxış edib.

Daha sonra ADPU-nun Şamaxı filialının tələbəsi Şəlalə Seyidovanın, Ağcabədi filialının tələbəsi Eltac Fərzəliyevin, Şəki filialının tələbəsi Vüsalə Məmmədağayevanın, Quba filialının tələbəsi Azər Zahirovun və Cəlilabad filialının tələbəsi Aysun Babayevanın Şamaxı, Ağcabədi, Şəki, Quba və Cəlilabad rayonlarının turizm potensialından bəhs edən təqdimatları göstərilib.

Təqdimatlardan sonra yekun söz söyləyən ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirin əhəmiyyətindən danışıb. Tələbələrin bölgələrdə turizm imkanlarının öyrənilməsində böyük potensialının olduğunu bildirib. Azərbaycanın turizm imkanlarının genişliyindən söz açan professor C.Cəfərov qeyd edib ki, davamlı turizm iqtisadiyyatın inkişafına böyük töhfələr verir. Bu istiqamətdə maarifləndirmə işini davam etdirmək lazımdır. ADPU-da layihə çərçivəsində il ərzində görülən işləri qənaətbəxş hesab edən professor bildirib ki, bu cür tədbirlərin tələbələrin formalaşmasında böyük önəmi də vardır.

Tədbirin sonunda ADPU-nun filial tələbələri arasında “Bölgəmizin turizm potensialı” mövzusunda foto-müsabiqə üçün təqdim edilmiş 326 foto-şəkillər arasından I, II, III yerin qalibləri diplomla təltif olunublar.

Təqdimatla çıxış edənlərə sertifikatlar təqdim edilib.

 

Azərbaycan müəllimi.- 2017.- 29 dekabr.- S.6.