Milli Musiqi Gününə həsr olunmuş konsert

 

Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində 18 sentyabr-Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib.

Mətbuat şöbəsindən verilən məlumata görə, fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova tədbirdə çıxış edərək Milli Musiqi Gününün tarixindən, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb. Diqqətə çatdırılıb ki, Üzeyir Hacıbəyli irsi bu gün də layiqincə davam etdirilir.

Musiqili tədbirdə NDU-nun tələbə və müəllimlərinin ifalarında Üzeyir Hacıbəylinin “Cəngi”, “Sənsiz”, “O olmasın, bu olsunmusiqili komediyasından Məşədi İbadın mahnısı, Qara QarayevinPyes”, Emin Sabitoğlunun “Sən olmuşam” əsərləri və “Ruhani” aşıq havası səslənib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edib. Bildirilib ki, ölkəmizdə musiqi, xüsusilə də milli musiqi, muğam musiqi sənəti yüksək dövlət qayğısı ilə əhatə olunub və milli-mədəni irsin qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

 

Azərbaycan müəllimi.- 2017.- 22 sentyabr.- S.6.