Payız

 

Tez -tez əsir soyuq külək,

Əldə solur, açan çiçək,

Həm utancaq, həm də ürkək,

Sarı donlu qızdı Payız.

 

Kimi üçün arzu-dilək,

Kimi üçün gözəl mələk,

Kimi üçün solmuş çiçək,

Xəzan vurmuş, düzdü Payız.

 

Zaval yoxdu doğru sözə,

Yaşa,ömrün çatsın yüzə.

Gözlərini süzə-süzə,

Ocaq altda közdü Payız.

 

Tanrı vermiş, hər nemətin,

Qiyməti yox bu hikmətin,

Gözəlliyi, təbiəti,

Görmək üçün gözdü Payız.

 

Bir rəsmdi sanki əsil,

Çox görəcək, neçə nəsil,

Duyan üçün gözəl fəsil,

Yazan üçün sözdü Payız!

 

 

Mərziyyə EYYUBOVA,

Laçın rayonu Etibar Əliyev adına

Fərəcan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

 

Azərbaycan müəllimi.- 2017.-29 sentyabr.- S.14.