Dünyanın beynəlmiləl universitetləri

 

Ali təhsildə beynəlxalq komponentlər güclənir

 

Müasir dünyanın yeni reallıqları ali təhsil sistemindən yan ötmür.  Ali təhsildə beynəlxalq komponentlərin getdikcə daha üstünlük təşkil etməsi qabarıq müşahidə olunan hallardan biridir.  Əcnəbi tələbələr daha  beynəlmiləl  təhsil mühiti ilə seçilən, öz təhsil və karyera inkişaflarının təmin olunması  üçün əlçatan təqaüdlər vəd edən  universitetləri seçirlər.

Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalının budəfəki tədqiqatı dünyanın beynəlmiləl universitetlərinin reytinqinə  (World's most international universities 2018)  həsr olunub.  Reytinqin tərtib edilməsi prosesində 4 göstərici - xarici tələbə müəllimlərin faiz tərkibi, xarici alimlərlə müştərək yazılmış elmi nəşrlərin sayı, universitetin beynəlxalq nüfuzu (universiteti bəyənmiş xarici ekspertlərin səslərinin sayının yerli ekspertlərin səslərin sayına olan nisbəti) nəzərə alınıb. Ali məktəbin sözügedən tədqiqata cəlb olunması üçün universitetin THE-nin qlobal top-500-lüyünə daxil olması şərtdir. Bundan əlavə, ali məktəb sorğu çərçivəsində ekspertlərin minimum 100 səsini (öz ölkəsindən isə yerli ekspertlərin ən azı 50 səsini) əldə etməlidir.

Builki reytinqə dünyanın 30 ölkəsindən 200 universitet daxil olub. Reytinqin top-5-liyində İsveçrənin Ecole Polytechnique Federale de Lausanne (EPFL), ETH Zurich - Swiss Federal Institute of Technology Zurich, Çinin University of Hong Kong, Sinqapuru National University of Singapore,  Böyük Britaniyanın Imperial College London  kimi ali məktəbləri yer alıb.

Reytinqdə    coğrafi mövqeyi, dövlət siyasəti  ya mədəniyyət ilə tələbələrin, əməkdaşların ideyaların yerdəyişməsi üçün açıq olan universitetlər dominantlıq təşkil edir. THE qeyd edir ki, İsveçrənin reytinqdəki uğuru təəccüblü deyil, çünki bu ölkə beş dövlətlə həmsərhəddir Avropanın mərkəzində yerləşib.  Sıralamada birinci yeri tutan EPFL  xüsusən mühəndislik,  həmçinin dinamik inkişaf edən bioloji elmlər sahəsində  güclü reputasiyaya malikdir.    Reytinqin ikinci sırasında yerləşən Sürix Federal Ali Texnik Məktəbində 120 ölkədən 19 min tələbə təhsil alır.  21 Nobel mükafatı laureatı yetişdirmiş bu ali məktəbin məzunları arasında dahi fizik Albert Eynşteynin adını çəkmək olar. Ali məktəb STEM fənlərinin tədrisi elmi tədqiqatlar  üzrə ixtisaslaşıb. Reytinqin 3-cü sırasında yerləşən Honkonq Universiteti öz qarşısınaAsiyanın qlobal universitetiolmaq hədəfini  qoyub. Ali məktəbdə 20 min tələbə təhsil alır ki, onlardan 8 mini əcnəbidir. Amerika universitetləri reytinqdə  ötən ildəkinə (64 yer) nisbətən bu il daha az, 22 yerlə  təmsil olunub. Lakin bir sıra qlobal reytinqlərdən fərqli olaraq bu cədvəldə ABŞ universitetləri  ön sıralarda yer ala bilməyib. Reytinqin top-50liyinə ABŞ-ın cəmi  bir ali məktəbi - Massaçusets Texnologiya İnstitutu (30-cu yer) daxil olub.  Harvard Universiteti sıralamada 51-ci, Prinston 58-ci, Stenford 59-cu,  Kolumbiya 67-ci,  Kornell 76-cı yerdədir.   Böyük Britaniya ilk 100-lükdə  17 ali məktəblə təmsil olunub.  200 universitet arasında Rusiyadan 7 ali məktəb yer alıb.  Onlardan ən yaxşı nəticəni M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (131-ci yer) göstərib.

THE qeyd edir ki,  qloballaşma şəraitində universitetlərin çoxu multikulturalizmə meyil göstərir. Bu, qloballaşmanın ümumi meyilləri digər ölkələrdən mümkün qədər çox sayda tələbə müəllimlərin elm təhsilə cəlb olunmasına əsaslanır. Xaricdə təhsil almaq arzusunda olanlar üçün  bu göstərici çox vacibdir.  Əgər universitet “Diversity” şüarı altında addımlayırsa,  əcnəbi tələbənin bu ali məktəbə  qəbulu asanlaşır.  Tədqiqatdan görünür ki, dünyanın ən beynəlmiləl universitetlərində  oxumağı  arzulayan  gənclər ilk növbədə  İsveçrə,  Honkonq,  Sinqapur, Böyük Britaniya Avstraliyanı diqqətdə saxlamalıdırlar.  Universitetlər öz mahiyyətlərinə görə qlobal ali məktəblərdir.  Bir qayda olaraq, onlar, tələbə  icmaları  bütün dünyadan olan alimlər  üçün elmi məkandır  tədqiqatlar  vasitəsilə  ən  qlobal  problemlərin  həlli  ilə  məşğul olurlar.  2018-ci ilin reytinq cədvəli  göstərir ki,  sıralamanın önündə olan  5 ölkədə  dünya  üzrə 10  ən beynəlmiləl universitet  cəmləşib. Bütün bu  müəssisələr xarici  tələbələrin müəllimlərin əhəmiyyətli pay hissəsinə sahibdir,  onlar bütün  dünyadan  olan  alimlərlə  tədqiqatlar sahəsində  əməkdaşlıq edir yaxşı qlobal reputasiyaya  malikdir.    “Times Higher Education”nun yeni reytinqi ilə daha ətraflı www.timeshighereducation.com/student/best-universities/most-international-universities-world-2018 səhifəsindən tanış olmaq olar.

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2018.- 6 aprel.- S.12.