Dünyanın gənc universitetləri
mövqelərini gücləndirir
Mühəndislik
və texnologiyalar əsas trendlər kimi çıxış edir
Müasir dünyanın trendləri ali məktəblər arasında rəqabəti gündən-günə gücləndirməkdədir. Bu rəqabətlilik şəraitində dünyanın yaşı 50-dən az olan ali məktəbləri də öz mövqelərini gücləndirərək ən nüfuzlu dünya liderlərindən geridə qalmadıqlarını əyani surətdə göstərməkdədir.
Artıq bir
neçə ildir ki,
dünyanın son 50 ildə
yaradılmış ən gənc ali məktəblərinin
reytinqini tərtib edən Böyük
Britaniyanın “The Times
Higher Education” dərgisi
növbəti dəfə bu mövzuya müraciət etməklə 2018-ci il üzrə gənc ali məktəblərin
artan fəallığına diqqət
çəkib. Növbəti reytinqdə (THE Young University
Rankings) yaşı 50-yə qədər olan 250 ali məktəb
(ötən il 200) yer alıb. Reytinqdə ilk 3 sırada Çinin əsası
1991-ci ildə qoyulmuş
Honkonq Elm və Texnologiyalar Universiteti, İsveçrənin əsası
1969-cu ildə qoyulmuş
Lozanna Federal Texnik Məktəbi (1969-cu ildə
Lozanna Universitetindən
ayrılıb) və Sinqapurun əsası
1981-ci ildə qoyulmuş
Nanyanq Texnologiya Universiteti (institut kimi yaradılıb, 1991-ci
ildə universitet statusu alıb) yerləşiblər. Honkonq
Elm və Texnologiyalar Universiteti dünyanın ən gənc və ən yaxşı ali
məktəbi kimi tədris mühitini yaxşılaşdırmaqla, elmi
tədqiqatlar üçün
geniş imkanlar təqdim etməklə, elmi məqalələrdən
sitatgətirilmənin səviyyəsi
və beynəlxalq perspektivlər sayəsində
lider mövqeyə çıxıb.
Ümumiyyətlə, reytinqin ilk
10-luğunda təmsil olunan
6 ali məktəb
mühəndislik və
texnologiyalar sahəsində
diqqətəlayiq nailiyyətləri
ilə ön sıradadır. Böyük
Britaniya reytinqdə ən çox təmsilçiliyə (31 universitet)
malik olsa da ən yaxşı
40 ali məktəb
arasında bu ölkədən yer alan ali təhsil
müəssisəsi yoxdur.
Avstraliya reytinqdə
22 ali məktəblə
təmsil olunub. Onlardan ən yaxşı mövqeni Sidney Texnologiya Universiteti (16-cı yer) tutub. İlk 100 ən yaxşı ali məktəb
arasında Türkiyə
Koç Universiteti
(40-cı yer), Sabançı
Universiteti (45-ci yer), Bilkənt Universiteti (91-ci yer), Rusiya isə
cəmi bir ali məktəblə - Ali
İqtisad Məktəbi
ilə (84-cü yer) təmsil olunub.
Bütövlükdə reytinqdə Avropa, Avstraliya, Asiya, Şimali Amerika, Latın Amerikası və Afrikanın 55 ölkəsi
yer alıb. Ali məktəblər qlobal reytinqlərdə olduğu kimi 13 kriteriya əsasında qiymətləndiriliblər. Daha ətraflı
www.timeshighereducation.com/world-university-rankings/2018/young-university-rankings
səhifəsindən tanış olmaq olar.
Oruc Mustafayev
Azərbaycan müəllimi.-
2018.- 10 avqust.- S.8.