2018-ci ilin Nobel mükafatları

sahiblərinə təqdim olundu

 

Stokholm Osloda təntənəli mərasimlər keçirilib

 

Dekabrın 10-da İsveçin Norveçin paytaxtları Stokholm Osloda 2018-ci ilin Nobel mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilib.

Mektebgushesi.az xəbər verir ki, AzEdu.az  www.nobelprize.org saytına istinadən məlumat verir ki, mərasimlər 1896-cı il dekabrın 10-da vəfat etmiş Alfred Nobelin anım günündə baş tutub. Alfred Nobelin vəsiyyətinə uyğun olaraq Stokholmda keçirilən tədbirdə fizika, kimya, fiziologiya təbabət,  iqtisadiyyat sahələrində mükafatlar təqdim olunub. Mərasimi açan Nobel Fondunun İdarə Heyətinin sədri Karl – Henrik Xeldin qeyd edib  ki, elmi kəşflər üçün əlverişli şəraitin  yaradılması vacibdir:”Elmdə sıçrayışlar,  bu gün  burada qeyd etdiyimiz kəşflərin oxşarı olanlar,  əlverişli mühitin yaradılması,  alimlərə müstəqilliyin, azadlığın  verilməsi uzunmüddətli maliyyələşdirmənin təqdim olunması nəticəsində mümkün olub. Belə yaradıcılıq mühiti  ən müxtəlif istedadlar, təcrübə mədəni ənənələr üçün, həmçinin  gənc alimlərə fikir bildirməyə imkan verir”,- deyə K.Xeldin bildirib. 

Daha sonra  İsveç Kralı ÕVI Karl Qustav Nobel mükafatı laureatlarına üzərində Nobelin təsvir olunduğu qızıl medal, diplom 9 milyon İsveç kronu  (təqribən 1,06 milyon dollar )  pul mükafatı təqdim edib. 

2018-ci ildə fiziologiya tibb sahəsində Nobel mükafatına amerikalı Ceyms Ellison yaponiyalı Tasuku Hondze layiq görülüblər. Onlar immunitet sisteminin mənfi fəaliyyətini dayandıraraq xərçəng xəstəliyinin müalicəsinin kəşfinə görə bu mükafatla təltif ediliblər. İqtisadiyyat üzrə Nobel mükafatı innovasiya, iqlim iqtisadiyyat sahəsində tədqiqatlarına görə Vilyam Nordhaus Paul Romerə verilib. Fizika üzrə Nobel mükafatı lazer fizikası sahəsində yenilikçi ixtiralara görə üç aliməamerikalı Artur Eşkin, fransalı Jerard Moro kanadalı Donna Striklanda verilib. Kimya sahəsində Nobel mükafatını amerikalı alim Frensis Arnold fermentlərin təkamülünə, Corc Smit Qreqori Uinter isə faqotiv displey yaratdıqlarına görə alıblar. 

2018-ci ilin Nobel Sülh mükafatı isə Norveçin paytaxtı Osloda sahiblərinə təqdim olunub.   Mükafat hüquq müdafiəçisi Nadya Murada konqolu cərrah Denis Mukvegeyə döyüşlər silahlı münaqişələr zamanı cinsi zorakılığa qarşı mübarizədə göstərdikləri səylərinə görə verilib.

Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı da yaradılıb. Sonda Nobel mükafatı laureatları qonaqlar üçün rəsmi bayram ziyafəti verilib. Stokholmun Konsert zalında keçirilən mərasimə 1500-dən artıq qonaqlaureatların ailə üzvləri, elm, mədəniyyət siyasət nümayəndələri qatılıblar.  

2018-ci ildə ümumilikdə 12 nəfər Nobel mükafatı laureatı olub. Bu il ədəbiyyat üzrə mükafat təsis olunmayıb.  Ədəbiyyat üzrə Nobel mükafatının 2019-cu ildə veriləcəyi bildirilir.  

Qeyd edək ki, builki  laureatlar arasında ən qocamanı olan 96 yaşlı amerikalı fizik Artur Eşkin  səhhətinə görə İsveç paytaxtına gələ bilməyib. Onu  mükafatlandırma mərasimində oğlu  Maykl  təmsil edib.

 

Oruc Mustafayev

 

Azərbaycan müəllimi.- 2018.- 14 dekabr.- S.16.