Pekin İdman Universitetinin birincisi

 

Sadiq Həsənov: “Çində idmançı kimi kinoya dəvət aldım”

 

Tanıtım

 

Sadiq  Həsənağa oğlu  Həsənov   1985-ci il  aprelin 10-da Cəlilabad rayonunun  Günəşli kəndində anadan olub.  Günəşli kənd bir nömrəli orta məktəbi  bitirib.  Orta məktəb illərində daha çox coğrafiya, tarixingilis dillərinə maraq göstərib.  Kiçik yaşlarından ən böyük arzusu Azərbaycana layiq idmançı kimi xarici ölkələrdə bayrağımızı yüksəkliklərdə  dalğalandırmaq olub.  Bu səbəbdən tarix,  coğrafiyaingilis dili dərslərinə marağı olduqca çox olub.

 

Dünyanın müxtəlif ölkələrində təhsil alan gənclərimizin xoş sorağını eşitmək hər birimiz üçün iftixar mənbəyidir.  Gənclərimizin  təhsil aldıqları xarici universitetlərin elm, idman, sosial həyatında fəal iştirakı, təhsil uğurları ilə yanaşı,  ictimai fəallığı  ilə seçilmələri onların potensial  imkanlarından xəbər verir.   Əcnəbi ölkədə təhsillə yanaşı, idman sahəsində əldə etdiyi uğurlarla Azərbaycanımızın bayrağını yüksəklərdə  dalğalandıran gənclərimizdən biri də hazırda Çinin Pekin İdman Universitetində təhsil alan  Sadiq Həsənovdur.  Sadiq hazırda adıçəkilən ali məktəbin doktoranturasında   təhsil alır. O,  təhsilinin magistratura pilləsini də bu universitetdə alıb. Sadiqlə eksklüziv söhbətimizə onun ilk təhsil illərindən başladıq.

- Ali təhsilinizi hansı universitetlərdə almısınız?

-  Ali təhsilimin bakalavr pilləsini  Sumqayıt Dövlət Universitetində başa vurmuşam. Daha sonra  Pekin  İdman Universitetinin magistratura pilləsini bitirmişəm.  2018-ci il  iyunun 10-dan   Pekin İdman Universitetində doktorantura pilləsində 2-ci kurs tələbəsiyəm.  İxtisasım  Çin Xalq Respublikasının idman növü olan uşu-sandadır.   Hazırda Azərbaycan Uşu  Federasiyasının idmançısı kimi təhsilimi davam etdirirəm.

- Çində hansı çətinliklərlə üzləşdiniz?

- Çində təhsil almağın öz çətinlikləri var.  Düşünürəm ki,  ən böyük çətinlik Çin dili ilə bağlı ola bilər.  Əgər Çin dilinə  mükəmməl yiyələnməyi bacardınsa, bir çox çətinliklərin öhdəsindən asanlıqla  gəlmək olar.  Mən artıq 5 ildir ki,  bu ölkədə  təhsil alıram.  İdman təhsilimlə yanaşı, həm də  Çin dilinin dərinliklərini  öyrənməyə çalışıram.

İlk növbədə onu deyim ki,  idman universitetində   təhsil aldığıma görə  çox  çətinliklərlə rastlaşmadım.  Bu idman növü üzrə dəfələrlə ölkə və beynəlxalq arenada dünya çempionatlarında iştirak etmişəm. Buna  görə də  uşu idman növü mənə yaxındır.

- Əcnəbi tələbələri Çinə  daha çox  nə cəlb edir?

- Çin hazırda dünya bazarında ən böyük  gücə malik ölkələrdən biridir.  Düşünürəm ki,  bu hal getdikcə genişlənir və inkişaf edir. Hazırda Çin təhsil sistemi  öz qapılarını əlverişli şərtlərlə (təqaüdlərlə) əcnəbi tələbələrin üzünə açıb.  Bu da dünyanın bütün ölkələrindən olan  tələbələri özünə cəlb edə bilir. Mən idman sahəsində təhsil alıram və deyə bilərəm ki,  təhsil almağım üçün yaxşı şərait yaradılıb.

- Çində azərbaycanlı tələbələrin təşkilatlanması barədə nə deyə bilərsiniz?

- Çində təhsil alan tələbələrimizin təşkilatlanma işinin çox  yaxşı olduğunu düşünürəm. Tələbələrimiz olduqca fəaldır. Tez-tez Pekində Azərbaycan səfirliyində keçirilən tədbirlərdə iştirak edirik.   eyni zamanda Çinin müxtəlif şəhərlərində keçirilən mədəniyyət günlərində  burada təhsil alan azərbaycanlı tələbələrimiz  çox aktiv iştirak edərək Azərbaycanı layiqincə  təmsil etməyə çalışırlar.

Sadiq Çində universitet tələbələri arasında keçirilmiş fitnes-model yarışının qalibi olub. Yarışda ölkə üzrə təxminən 230 universitetdən 600-ə yaxın yerli və əcnəbi tələbə bir neçə növdə qalib olmaq üçün yarışıb. Sadiq fitnes-model növündə hamıdan güclü olmağı bacarıb. Daha sonra  Pekində  keçirilən “Beijing Students Fitness Model Contest” yarışmasının qalibi olub. O,  46 iştirakçı arasında “Ən istedadlı yarışçı” adına da layiq görülüb.

 - Siz Çində idman sahəsində birincilik qazandınız. vaxtdan idmanla məşğul olursunuz? 

-  Kiçik yaşlarımdan idmanın döyüş növlərinə olduqca böyük marağım olub.  Kikboksinq, tay boks    uşu-sanda  idman növləri ilə məşğul  olmuşam davam edirəm. Sadaladığım idmanın döyüş növlərində dəfələrlə ölkə çempionu mükafatçısı olmuşam. Hazırda Azərbaycan Uşu Federasiyasının idmançısı kimi təhsilimi uşu sahəsində davam etdirirəm. Bu idman növləri ilə yanaşı body fitness ilə məşğul oluram. Bu idman növü mənə yaxşı formada qalmaqda kömək edir.  Eyni zamanda bu sahədə yarışlarda çıxış edirəm  dəfələrlə birincilik qazanmışam.

- Azərbaycanlı tələbənin Çində kinoya dəvət alması da maraqlıdır...

- Düzdür,  idmançı kimi  kino çəkilişlərinə dəvət aldım.  Əvvəllər  ilk olaraq kiçik rollar üçün təkliflər gəldi  öhdəsindən layiqincə gəldim. Bu sahədə istedadım olduğunu aşkar etdim.  Hazırda təhsilimlə bağlı vaxt məhdudiyyətinə görə   kino sahəsində uzunmüddətli layihələrdə  iştirak edə bilmirəm.

- Gənclərə arzularınız?

- Sağlam ruhlu olaraq Azərbaycanın adına layiq olmalarını arzu edirəm.  Gənclik üçün təhsil həmişə öndə olmalıdır!

- Gələcək planlarınız.

- Ən böyük hədəfim doktorantura təhsilimi uğurla başa vurmaqdır.  Təhsilimi başa vurub Azərbaycan üçün layiqli mütəxəssis olmağa çalışacağam.

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2018.- 14 dekabr.- S.11.