Gənc nəslin çağırışaqədərki

hazırlığında sıra təliminin rolu

 

Bu, uşaqların fiziki inkişafı ilə yanaşı, həm də psixoloji inkişafını sürətləndirən praktiki fəaliyyət növüdür

 

“Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”.

 

Heydər ƏLİYEV,

ümummilli lider

 

Dünya təcrübəsinə müraciət etsək görərik ki, təlim-tərbiyə ilə məşğul olan  müxtəlif təyinatlı qurumlar intizamın yüksəldilməsi məqsədilə bir çox üsul və vasitələrdən istifadə edirlər. Sıra təliminin bu vasitələrdən biri olduğunu söyləsək yanılmarıq. Respublikamızın orta ümumtəhsil məktəblərində həftədə 2 saat olmaqlaFiziki tərbiyə” və “Gənclərin çağırışaqədərki hazırlığı” fənləri tədris olunur (İxtisaslar üzrə təmayülləşmiş məktəblərdə həftədə 1 saat olmaqla). Bu fənlərin tədrisi zamanı şagirdlərə “Sıra təlimi”nin bəzi elementləri  öyrədilir. Məktəb həyatını və keçirilən əksər tədbirləri sırasız təsəvvür etmək olmur. Sıra düzülüşü nizam-intizamın əsas meyarlarından biridir. Pedaqoji fəaliyyətimiz zamanı, düzğün qurulmuş təlim prosesində, şagirdlərin sıra fəndlərini böyük həvəslə öyrəndiklərinin və yerinə  yetirdiklərinin şahidi oluruq. Məktəblilərin sıra təlimi məşqlərinin düzgün planlaşdırılması və həyata keçirilməsi  peşəkarlıq tələb edir.  Məhz bu səbəbdən, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin və fiziki tərbiyə müəllimlərinin ən çox çətinlik çəkdiyi bu məsələdə müsbət nəticələr əldə etməsi üçün, həm pedaqoji  bacarıqlara və biliklərə, həm də müvafiq praktiki təcrübəyə malik olması vacib şərtlərdəndir.

Məktəblərdə sıra təlimi şagirdlərin aşağıdakı xüsusiyyətlərə nail  olması məqsədi ilə həyata keçirilir:

-   intizamlı olmaq, tapşırıqları tez və dəqiq yerinə yetirmək;

-   qrupla hərəkətlər zamanı kollektivə  rahat uyğunlaşa bilmək;

-   fiziki cəhətdən daha sağlam, güclü, dözümlüçevik olmaq.

Bundan əlavə, sıra hazırlığı gələcəkdə ordu həyatına uyğunlaşmanı və hərb işinin öyrənilməsini  asanlaşdırır, gənclərə nümunəvi xidmət üçün əlavə motivasiya verir.

Məktəblərdə 1-ci sinifdən başlayaraq tədris olunan fiziki tərbiyə fənni şagirdlərin sağlam inkişafına kömək göstərmək məqsədi daşıyır. Həmçinin tədris zamanı verilən tapşırıqların yerinə yetirilməsi üçün daxili imkanları səfərbər etməyə xidmət edir. Sıra təliminin tərbiyəvi məqsədini, məktəblilərdə  intizam hissinin yaranması və möhkəmlənməsi, həmçinin məktəbin daxili qayda-qanununa şüurlu surətdə riayət edilməsi kimi xarakterizə etmək də olar. Bu məqsədə nail olmaq üçün fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fənlərinin tədrisi ilə yanaşı, məktəbdə həyata keçirilən hərbi-vətənpərvərlik tədbirləri də böyük rol oynayır. Bu tədbirlərə dövlət himninin oxunması, dövlət bayrağının gətirilməsi və qaldırılması, ölkəmizin müstəqillik günü və Silahlı Qüvvələrimizin yaranması münasibətilə məktəblilərin təntənəli düzülüşlərdə iştirakı, dərs ilinin başlanması və qurtarması münasibətilə sıra düzülüşləri, Şəhidlər xiyabanının ziyarət edilməsi, Böyük Vətən müharibəsi və Qarabağ  veteranlarının qarşılanması, hərbi-idman oyunlarının keçirilməsi aiddir. Belə tədbirlər yeniyetmələrin sıra bacarıqlarını daha da təkmilləşdirir və onlarda vətənə sevgi hisslərinin artmasına səbəb olur.

Sıra təlimi əsasən, şagirdlərin fiziki inkişafı ilə yanaşı, həm də psixoloji inkişafını sürətləndirən praktiki fəaliyyət növüdür. Mürəkkəb fəndlər şifahi şəkildə izah olunur. Qalan bütün hallarda məşqlər, sıra fəndlərinin və elementlərinin göstərilməsi ilə həyata keçirilir. Bu məşqlərin keçirilməsi metodikası, “bax və təkrar etprinsipi əsasında şagirdlərin öz müəllimlərinin və ya məşq rəhbərinin icra etdiyi sıra fəndlərini eyni ilə təkrarlamasıdır.

Məşqlər sıra təliminin əsasını təşkil edir və yeniyetmələrə güclü tərbiyəvi və psixoloji təsir göstərir. Sıra fəndlərinin israrla təkrarı əzm və iradə tələb edir ki, məşq edənlər ancaq bu yolla qüsursuz və mükəmməl vərdişlərə nail ola bilərlər. Məşqlərin oyun və yarış  xarakterində təşkili tövsiyə olunur ki, bu da məktəblilərin həvəslə məşq etməsinə, bir-birinə kömək göstərməsinə və fəndlərin yüksək səviyyədə yerinə yetirilməsinə səbəb olur. Məşqlər zamanı məktəblilərin yaş xüsusiyyətlərinin nəzərə alınması vacib şərtlərdən biridir.

Sıra duruşu sıra təliminin əsas elementidir. Düzgün sıra duruşuna nail olmaq üçün imkan daxilində bütün dərslərdə, tədbirlərdə yarışlarda, şagirdlərin bu vərdişlərə yiyələnməsinə çalışmaq lazımdır. Bunun üçün hər zaman  şagirdləri müşahidə etmək onların səhvlərini doğru şəkildə başa salmaq gərəkdir. Bu fəaliyyət zamanı yuxarı sinif şagirdlərinin özlərindən kiçiklərə nümunə olmasına çalışmaq lazımdır.

Sıra təlimi özündə fərdi kollektiv məşqləri birləşdirir. Bu məşqlərdə sıra vərdişləri ilə yanaşı, gözəl qamət sağlam bədən quruluşu, düzgün yeriş, həmçinin cəldlik əzmkarlıq  formalaşır. Bundan əlavə, o, kollektivə uyğunlaşmaq, komanda ruhu yoldaşlıq, məsuliyyət hissi, intizamlılıq, özünə inam hörmət, ani reaksiya göstərmək, öz hisslərini ifadə etmək bacarığı liderlik kimi qabiliyyətləri inkişaf etdirir. Sıra təlimlərinin köməyi ilə yeniyetmələr təmkinli olmağa vaxta riayət etməyə öyrənir. Çalışmaq lazımdır ki, məktəblilər bu vərdişlərə şüurlu surətdə dərk edərək yiyələnsinlər, çünki yaş artdıqca bu keyfiyyətlərin formalaşması mürəkkəb prosesə çevrilir.

Sıra təlimi yeniyetmələrin intizamlı olmasına icra qabiliyyətinin yüksəlməsinə səbəb olduğu üçün, gənc nəslin müstəqil həyata hazırlığında mühüm rol oynayır. Məşqlər zamanı bütün tapşırıqlar hamı tərəfindən eyni dəqiqliklə eyni güc sərf etməklə yerinə yetirilməlidir.

Məktəblilərin sıra təliminin əsasını  fərdi məşqlər təşkil edir ki, bu da hər bir şagirdin sıra fəndlərini düzgün yerinə yetirməyinə səbəb olur. Təlimin uğurlu olması üçün təlim rəhbəri hər zaman öz üzərində çalışmalı, öz metodiki ustalığını sıra bacarıqlarını daha da artırmalıdır. Bütün dərslərə, məşqlərə tədbirlərə ciddi hazırlaşmalı, sıra fəndlərini hərəkətlərini nümunəvi şəkildə ilk növbədə özü icra edərək göstərməli, şagirdlərin səhvini düzəltməli hər zaman onların sıra bacarıqlarının artması üçün bütün imkanlardan istifadə etməlidir.

Sıra təlimi məşqlərini xüsusi hazırlanmış asfalt örtüyü olan sıra meydançalarında keçirmək daha məqsədəuyğundur. Pedaqoji hərbi təcrübəyə  əsaslanaraq, sıra məşqlərinin aşağıdakı ardıcıllıqla təşkil edilməsi tövsiyə edilir:

-   Birinci dərsdə  şagirdlər boy sırası ilə düzülür. Növbəti dərslərdə artıq hər kəs öz yerini boy sırasına uyğun tutur.  Hər yeni dərsdə xarici görkəmə baxış keçirilir.

-   İlk sıra fəndi komanda verilərək şəxsən  icra edilərək göstərilir. Nümunəvi şəkildə fəndin texnikası nümayiş etdirilir, əvvəlcə hissə-hissə, sonra isə tam şəkildə izah edilir.

-   Bütün fəndlər hərəkətlər şagirdlərin hamısının yaxşı görə biləcəyi yerdə icra edilir. Sadə fəndlər bütövlükdə, mürəkkəb fəndlər isə hissə-hissə məşq etdirilir.

Sıra fəndlərinin hərəkətlərinin şagirdlər tərəfindən icrasını aşağıdakı ardıcıllıqla təşkil edirik:

-     Öyrənilən fəndin ya hərəkətin nümunəvi şəkildə icrası;

-     Göstərilən fəndin ya hərəkətin şagirdlər tərəfindən qrup ya fərdi şəkildə yerinə yetirilməsi;

-     Fəndin cəld dəqiq məşqi;

-     Hər bir şagirdin fəndi yerinə yetirməsini yoxlamaq.

Fəndlərin yerinə yetirilməsi məşqləri şagirdlərin dərk edərək təkrar etməsindən, bacarıq vərdişlərinin artmasından ibarətdir. İlk vaxtlar məşqlər zəif, sonra isə tədricən normal tempdə davam etdirilir. Şagirdlər bir-birinə növbə ilə komanda verərək cüt-cüt məşq edə bilərlər. Səhvlər məşqin gedişində aradan qaldırılır. Bu zaman fəndlərin nizamnaməyə uyğun yerinə yetirilməsinə ciddi fikir verilməlidir.

Nöqsanlar fərdi qaydada bildirilir. Fəndi yerinə yetirərkən səhv edən  şagirdi kənara çağrıraraq nöqsanı izah etmək hərəkəti təkrar etməyə həvəsləndirmək lazımdır. Əgər  şagird yenidən səhv edərsə, məşqin müəllimi pedaqoji ustalıqla  bir daha izah etməli fəndin düzgün terinə yetirilməsinə tam nail olmalıdır. İstənilən  nəticələrə nail olunması üçün təcrübədə  əsas  iki  üsuldan  istifadə  olunur:

1. Cəzalandırma üsulu - bu  üsulun tətbiqinin əsas xüsusiyyəti nəticələrin tez bir vaxtda əldə olunmasıdır. Lakin bu zaman öyrədənlə öyrənənlər arasındakı qarşılıqlı münasibətlər pozulur, mənəvi  bağlılıq itir.

2. Rəğbətləndirmə üsulu - bu üsulun tətbiqi ilə nəticələr gec alınsa da, öyrədənlə öyrənənlər arasında müsbət münasibətlər formalaşdırır, qarşılıqlı dostluq yaranır mənəvi bağlılıq güclənir.

Şagirdlərin mənimsəmə səviyyəsini təyin etmək üçün müəllim məşqlər zamanı mütəmadı olaraq öyrənilən fəndin ya hərəkətin texniki cəhətdən yerinə yetirilmə cəldliyinə görə komanda ilə icrasını yoxlayır.  Rəhbər, sıra fəndlərinin hərəkətlərinin yerinə yetirilməsi  zamanı yol verilən xarakterik nöqsanları dəqiq bilməli vaxtında xəbərdarlıq etməlidir.

Hər bir məşq, əvvəlki məşqlərlə əlaqəli olub, fənd hərəkətlərin kompleks şəkildə öyrənilməsini təmin edir   Sıra təliminin əsaslarıbölməsinə uyğun olaraq vərdişləri möhkəmləndirir.

Məktəblərdə sıra təliminin son məqsədi məktəblilərin əqli yaradıcılığa hərəkət aktivliyinə, həmçinin komanda ruhuna nail olması kimi təyin olunur. Pedaqoq şagirdlərin qarşılıqlı anlaşması sıra təlimi zamanı tapşırıqların dəqiq yerinə yetirilməsinə qarşıya qoyulan hədəflərə çatmasına səbəb olur. Sıra təliminin vacibliyini vurğulayarkən, məktəblilərin motivasiya olunmasını, sağlam həyat tərzinə üstünlük vermələrini vətənpərvərlik hisslərinin artmasını hökmən qeyd etmək lazımdır.

Ümumtəhsil məktəblərində nəzərdə tutulan sıra təlimi gənclərin çağırışaqədərki hazırlığının bir mərhələsidir ki, bu da gənc əsgərin hazırlıq kursunun baza hissəsini təşkil edir. Çağırışaqədərki hazırlıq proqramını mənimsəmiş gənclərin orduda hazırlıq prosesi asan sonrakı xidməti isə daha uğurlu olur.

 

Vasif RAMAZANOV,

Sumqayıt şəhəri internat tipli gimnaziyanın GÇH rəhbəri

 

Azərbaycan müəllimi.- 2018.- 21 dekabr.- S.12.