Bu gün isə daha çox xoşbəxtəm”

 

26 noyabr 1993-cü il tarixində Sumqayıtda anadan olub. 2001-2010-cu illərdə Bakı şəhəri Suraxanı rayonundakı 275 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə 4 nömrəli Bakı Peşə liseyininMühasib - fərdi kompüter” fakültəsinə daxil olub. Lisey təhsilini başa vurduqdan sonra “1 C” proqramı üzrə kurs bitirib. “Pink accessories”da satış məsləhətçisi kassir köməkçisi işləyib.

“ƏSA” Teatrına müraciətindən sonra onu aktrisa olaraq teatra işləməyə qəbul edib bu sənətin dərinliyini öyrədiblər. 2017 -ci ilin mart ayından etibarən “ƏSA” Teatrında aktrisa olaraq fəaliyyət göstərir. TeatrınYuxumtamaşasında rol alıb. III qrup anadangəlmə fiziki məhdudiyyətlidir.

- “ƏSA” Teatrı ilə ilk dəfə çalışmağa başladığım zaman bu, mənim üçün sadəcə bir zövq idi. Çünki ilk dəfə birgə çalışdığım kollektiv məni qüsurlu olaraq görmür, bu isə mənim üçün böyük xoşbəxtlik idi. Məqsədimiz o idi ki, insanlar bizimonlardan biri olduğumuzu, məhdudiyyətlərimizin bizi onlardan əskik etmədiyini, bizim də arzularımızın, istəklərimizin olduğunu görmələridir. Buna görə də “ƏSA” Teatrını ərsəyə gətirən şəxslərə təşəkkür edirəm. “ƏSA” Teatrı bizə yeni həyat bəxş etdi. Bu gün isə daha da çox xoşbəxtəm. Möhtərəm Prezidentimizin gənclər günü ilə bağlı mükafatlandırdığı namizədlərin arasında olmaq mənə çox böyük qürurümid hissləri yaşatdı. Artıq inanıram ki, məhdudiyyətlərimiz deyil, bizim də əməyimiz, səylərimiz göz önündədir. Bu sevinci bizə, bizim timsalımızda gənclərə bəxş edən, öz qayğısını üzərimizdən əskik etməyən cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.

 

 

Gülnar ƏLFİDATLI,

“ƏSA” Teatrının aktrisası

 

Azərbaycan müəllimi.- 2018.- 9 fevral.- S.5.