Balaca aktyorlar peşəkarlarla bir səhnəni paylaşıblar

 

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Nəsimi filialındaÇiçəyimuşaq teatrının balaca üzvlərinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktyorları ilə görüşü keçirilib. Tədbirin özəlliyi isə bu dəfə mərkəzin uşaq teatrının balaca aktyorlarının peşəkar aktyorlarla birgə ustad dərsləri aparması olub. Ustad dərslərin keçirilməsində məqsəd uşaqların aktyorluq qabiliyyətini üzə çıxarmaq, onların bu istiqamətdə bacarıqlarını inkişaf etdirməkdir.

Ustad dərslərində gənc teatrsevərlərimiz tanınmış aktyorlarla canlı ünsiyyətdə olmaq imkanı əldə ediblər. Balaca aktyorlar “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Qoğal” nağıllarından səhnəciklər göstəriblər. Həmçinin balacalar peşəkar aktyorlarımızla bir səhnəni də paylaşıblar. Bigə birliyinin məhsulu olaraq onlar “Qırmızı papaq” nağılından səhnələşdirilmiş bir parça göstəriblər.

Balacaların və aktyorların çıxışları görüşdə iştirak edən “YARAT” Müasir İncəsənət Mərkəzinin əməkdaşları və valideynlər tərəfindən maraqla qarşılanıb.

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2018.- 2 fevral.- S.15.