“Sərgüzəşti-vəziri-xani-Lənkəran” ADMİU-nun tələbələrinin ifasında

 

 Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Beynəlxalq Muğam Mərkəzi iləGənc nəsil dəvət edirlayihəsi çərçivəsində Əməkdar artist, professor Gülşad Baxşıyevanın rəhbərliyi ilə IV kurs tələbələrinin ifasında Mirzə Fətəli AxundovSərgüzəşti-vəziri-xani-Lənkərantamaşası nümayiş olunub. Tamaşa Beyrək Rüstəmzadə (Vəzir), Sona Novruzova ( Şölə xanım, rəqqasə), Nərmin Hüseynova (Ziba xanım, rəqqasə), Şəfiqə Quliyeva (Nisə xanım, rəqqasə), Ağaəli Kərimzadə (Teymur ağa), Əbülfəz İskəndərov ( Xan), Novruz Şahverdiyev (Xacə Məsud, ərizəçi), Tərlan Əliyev ( Mehtər Kərim, ərizəçi), Orxan Məmmədov ( Hacı Salah, Rza), Elmin Qiyaslı (Səlim bəy, Nazir ağa Bəşir), Nurlan Novruzzadə (Səməd bəy),Müşfiq Məmmədov (Fərraş, ərizəçi), Məhbubə Quliyeva ( Ana, rəqqasə) və Dilarə Rzayevanın iştirakı ilə keçib (Rəqqasə).

 

Azərbaycan müəllimi.- 2018.- 23 fevral.- S.14.