Mükafat məni ölkəmizi dünya səhnələrində layiqincə təmsil etməyə ruhlandırır

 

25 sentyabr 2000-ci il tarixində Bakı şəhərində musiqiçi ailəsində anadan olub. 9 yaşından L. M.Rostropoviçlər adına 21 nömrəli Musiqi Məktəbinə professor M.Ağamalızadənin sinfinə qəbul olunaraq fleyta ifaçılığı ilə məşğul olmağa başlayıb. 2012-ci ildə islam dövlətləri musiqiçilərinin I Beynəlxalq müsabiqəsindəQran-primükafatı alıb. Mədəniyyət Turizm Nazirliyi tərəfindən 2012-ci ildə Rusiyada Yuri Başmet adına Uşaq Musiqi Akademiyasına göndərilmiş Avropa fleytaçılarının prezidenti Salvatore Lombarti ilə qala-konsertdə çıxış etmək kimi ali mükafata, 2013-cü ildə Estoniyada keçirilənBaltika ulduzlarıBeynəlxalq müsabiqəsində I yerə layiq görülüb. 2013-cü ilin iyun ayında Kremlin Georgiyevsk sarayında orkestrlə birlikdə Rusiya prezidenti V.Putinin qarşısında böyük uğurla Demersmanın fleyta orkestr üçün yazılmış konsertini ifa etmiş ilk azərbaycanlı musiqiçi olub. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Prezident təqaüdünə layiq görülməklə adı gənc istedadlarınQızıl kitabı”na salınıb. 2016-cı ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkil etdiyiSözpoeziya gecəsində böyük uğurla solo ifa edib. 2017-ci ildə Parisdə Nəsiminin 600 illik yubileyində iştirak edib. A.Quliyev 11 illik musiqi məktəbini 43 nömrəli liseyi fərqlənmə ilə başa vurub hazırda Ü.Hacıbəyli adına BMA-nınİfaçılıqfakültəsinin orkestr alətləri şöbəsində təhsil alır.

- Mən yüksək mükafata layiq görülməyim münasibətilə ilk növbədə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya biz gənclərə göstərilən diqqət qayğıya görə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Dünyanın bir sıra ölkələrində ölkəmizi, mədəniyyətimizi, incəsənətimizi təmsil etmək üçün bizə yaradılan şərait imkana görə təşəkkürlərimi çatdırmaq istəyirəm. Mən əminəm ki, Azərbaycanın gənc istedadları əllərindən gələni edəcəklər ki, Azərbaycan musiqisi bütün dünyada səslənsin. Gənclər üçün Prezident mükafatına layiq görülməyim məni ölkəmizi dünya səhnələrində layiqincə təmsil etməyə ruhlandırır əlavə stimul verir.

 

Ağarəhim QULİYEV,

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kurs tələbəsi

 

Azərbaycan müəllimi.- 2018.- 9 fevral.- S.5.