“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi iştirakçılarının təqdimatının qiymətləndirilməsi meyarları

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.02.2018-ci il tarixli F-120 nömrəli əmrinə 1-ci əlavə

 

1.  Təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi.

2.  Təqdimatın maraqlı forma əsasında qurulması.

3.  Ulu öndər Heydər Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata

malik olduğunu nümayiş etdirməsi.

4.  İrəli sürdüyü fikirləri faktlarla əsaslandırması.

5.  Təqdimatda Ümummilli liderin fikirlərinə istinad etməsi və müvafiq sitatlarını

səsləndirməsi.

6.  Söylədiyi fikirlərin təsir gücünü artırmaq məqsədilə ədəbi-bədii nümunələrə müraciət etməsi.

7.  Ulu öndərin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi.

8.  Təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması.

 

Qeyd: Hər bir iştirakçının çıxışı maksimum 10 balla qiymətləndirilir.

 

Azərbaycan müəllimi.- 2018.- 16 fevral.- S.3.