Səriştələrin tanınması
peşə
təhsilinə yanaşmanı dəyişəcək
Əmək
bazarındakı orta ixtisas və peşə təhsilinə
malik şəxslərə yeni imkanlar yaradılacaq
Azərbaycanda informal və qeyri-formal təhsil formaları vasitəsilə əldə edilən bilik, bacarq, səriştə və təcrübənin qiymətləndirilmə si və tanınması məqsədi ilə imtahanların keçirilməsi, onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası hazırlanıb. Bu addımın qısa zamanda öz müsbət nəticəsini verəcəyi şübhə doğurmur. Belə ki, bu mexanizmin işə düşməsi ilə hazırlanan kadr potensialının əmək bazan ilə daha çevik əlaqəsinin qurulması, eyni zamanda, indiyədək müxtəlif üsullarla əldə edilən kompetensiyalarm əmək bazan ilə uzlaşması təmin ediləcək.
Ümumiyyətlə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq peşə təhsili istiqaməti üzrə bir sıra tədbirlər həyata keçirilir. Yeni qanunvericilik təşəbbüsləri, “Peşə təhsili haqqında” qanun və ona dair hazırlanan bir sıra normativ hüquqi sənədlər ətrafında aktiv müzakirələr apanlır. Beynəlxalq təşkilatlann nümayəndələrinin və ekspertlərin iştirakı ilə apanlan növbəti müzakirələrin mövzusu “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” olub. “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən bu müzakirələrdə təhsil naziri Ceyhun Bayramov, əmək və əhalinin social müdafiəsi naziri Sahil Babayev, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, dövlət qurumlarının, peşə təhsili müəssisələrinin əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, layihə və özəl sektorun təmsilçiləri, ekspertlər iştirak edib.
Peşə təhsilinə yeni yanaşma
Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir.
Peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, işsizliyin aradan qaldırılmasına, xüsusən, gənclər arasında məşğulluğun təmin olunmasına xidmət edir. Bunu nəzərə alaraq Azərbaycan hökuməti son illərdə insan kapitalının inkişafı, keyfiyyətli əmək bazarının formalaşdırılması üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması istiqamətində mühüm tədbirlər həyata keçirir. “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi, peşə təhsili müəssisələrində çalışanların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi, işçilərin əmək haqqının əhəmiyyətli dərəcədə artırılması belə tədbirlərin, sadəcə, bir neçəsidir.
Həmin tədbirlərə diqqət çəkən təhsil naziri Ceyhun Bayramov “Peşə təhsili haqqında” qanunun qəbul edilməsini yaxın gələcəkdə bu sahənin inkişafı ilə bağlı əhəmiyyətli dəyişikliklərə nail olunması istiqamətində təkanverici addım kimi dəyərləndirir. Onun fikrincə, qanunda peşə təhsilinə yeni yanaşma əksini tapıb. Beynəlxalq təcrübəyə uyğun olaraq bu pillənin peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib. Ümumi təhsil müəssisələrində ilk peşə təhsili üzrə təmayüllü siniflərin yaradılması, peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi, yüksək texniki peşə təhsili alanlara subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi, tələbələrə iş yerində təcrübə müqaviləsi bağlamaq və minimum əməkhaqqından az olmamaq şərtilə əməkhaqqının ödənilməsi, sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün güzəştlərin müəyyən edilməsi kimi yeni müddəalar təsbit edilib.
Son illərdə Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, Bakı və Gəncə şəhərlərində, o cümlədən Qəbələ rayonunda yerləşən 34 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 14 peşə təhsili mərkəzi yaradılıb. Kənd təsərrüfatı istiqamətində ixtisaslaşan Qəbələ Dövlət Peşə Təhsili, elektrik, mexanik, santexnik, tikişçi, İT istiqaməti üzrə ixtisaslaşan Mingəçevir “ASAN Peşə” Təhsil mərkəzləri istifadəyə verilib. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanan kredit sazişinə görə 8 ixtisas üzrə peşə hazırlığının təşkil ediləcəyi Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin tikintisinə başlanılıb.
Peşə təhsilinin müasir məzmununun formalaşması istiqamətində 80-dən çox ixtisasın kurikulumu, o cümlədən 130-dan çox modul tipli dərslik hazırlanıb. 300-dən çox ixtisas müəlliminin təlimlərdə iştirakı təmin edilib.
Peşə təhsili sahəsində atılan addımlar həm də vətəndaşların rahatlığma xidmət edir. Təhsil naziri “ASAN Peşə” layihəsinin əhatə dairəsinin bu ildən genişləndirilyini xatırladaraq, artıq bütün “ASAN Xidmət” mərkəzlərində elektron sənəd qəbulunun təşkil edildiyini vurğulayıb. Peşə təhsili almaq üçün “ASAN Peşə” layihəsi çərçivəsində 16 mindən çox müraciət olub. Onların 15 mindən çoxu peşə təhsili müəssisələrinin tələbəsi adını qazamb.
2018-2019-cu tədris ilində əmək bazarının dəyişən tələblərini nəzərə alaraq 34-ü əlavə dəyər yaradan yeni ixtisas olmaqla 168 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib.
Peşə ixtisasını təsdiq edən sənədin
icbariliyi
peşə təhsilinə marağı artıracaq
Təhsil naziri peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla birgə layihələrin icrasını xüsusi qeyd edib. Hazırda Avropa İttifaqı tərəfindən Azərbaycanda “Peşə təhsili və təliminin inkişafına dəstək” texniki yardım layihəsinin icrası uğurla davam etdirilir. İcra olunan 4 qrant layihəsi hesabına Gəncə və Qəbələ şəhərləri, Cəlilabad, Qax, İsmayıllı və Bərdə rayonlarında peşə təhsilinin keyfiyyətinin artırılması, tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılınası, təhsil müəssisələrinin işəgötürənlərlə əməkdaşlığı çərçivəsində iş yerində təcrübə proqramlarının həyata keçirilməsi, səriştə əsaslı məzmunun formalaşdırılması üçün kurikulum tədris materiallarının hazırlanması, səriştələrin tanınması mexanizminin tətbiq edilməsi kimi fəaliyyətlər həyata keçirilməkdədir.
Təhsil naziri 3 ay əvvəl Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə də diqqət ayırıb. Onun fikrincə, digər əhəmiyyətli cəhətləri ilə yanaşı, Milli Kvalifikasiyalar Çərçivəsi əmək bazarı ilə təhsil sistemi arasında əlaqələri gücləndirir, informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması sistemini təşviq edir: “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması ömür boyu təhsil konsepsiyasının vacib elementlərindən hesab olunur, tnsan kapitalının əhəmiyyətinin artdığı və rəqabətin yüksək olduğu bir dövrdə fərdlər, cəmiyyət və iqtisadiyyatın inkişafı üçün bu bacarıqların və səriştələrin tanınması çox böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə bacarıqların bu yolla tanınması və bundan sonra əmək bazarına daxil olmaq istəyən şəxslərin peşə ixtisasını təsdiq edən sənədin icbariliyi peşə təhsilinə marağın əhəmiyyətli şəkildə artmasına və məşğulluğa bilavasitə təsir edəcək”.
Məşğulluq strategiyası çərçivəsində
həyata
keçiriləcək
işlər böyük əhəmiyyət kəsb edəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqtisadiyyatda müasir meyillərin peşə təhsili qarşısında yeni tələblər irəli sürdüyünü və əmək bazarında rəqabətə davamlı ixtisaslı kadrlara tələbatın artdığını qeyd edib. O, kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.Nazirin fikrincə, Azərbaycanda yeni təsdiqlənən məşğulluq strategiyası çərçivəsində həyata keçiriləcək işlər böyük əhəmiyyət kəsb edəcək: “Azərbaycan əmək bazarına hər il 100 min nəfərə yaxın yeni şəxs daxil olur. Növbəti çətinliklər də bu insan resurslarını əmək bazarının tələbləri ilə, əmək bazarını isə insan resursları ilə uzlaşdırmaqdan ibarətdir”.
Növbəti dövrlər üçün hansı istiqamətlər üzrə əmək bazarının təşviq edilməli olduğu proqnozlaşdırılmalıdır:
“Məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsinə malikik. Ancaq bu, o demək deyil ki, onların səriştəsi və bacarığı yoxdur. Əksinə, bu insanların nəsildən-nəslə ötürülən səriştə və bacarıqları mövcuddur. Lakin onların bacarıqlarının rəsmi təsdiq sənədi yoxdur. Bu baxımdan qeyri-formal və informal bacarıqların tanınması mexanizminin yaradılması böyük əhəmiyyətə malikdir”.
Azərbaycanda kifayət qədər insan hər hansı peşə təhsili müəssisəsini və ya ali təhsil müəssisəsini bitirməyib, tndi həmin insanlar üçün də yeni imkanlar yaratmaq lazımdır: “Ali təhsil müəssisələrinin məzunları heç də əmək bazarında olanların əksəriyyəti deyil, əmək bazarında olan insanların əksəriyyəti orta ixtisas və peşə təhsilinə malik insanlardır. Biz də həmin insanlar üçün yeni imkanlar tanımalıyıq. Növbəti dövrlər üçün əmək bazarını hansı peşə istiqamətləri üzrə təşviq etməli olduğumuzu müəyyənləşdirməliyik. Mövcud insan resurslarının potensialından tam istifadə etməyə çalışmalıyıq”.
S.Babayevin fikrincə, Milli Kvalifikasiya Çərçivəsi təsdiq olunduğundan 270 köhnə peşə standartı ona uyğunlaşdırılmalı, 8 pilləli təhsil modelinə keçidlə əlaqədar standartlar yenilənməli, ümumilikdə dünyada olan 6000 peşənin, Azərbaycanda mövcud olan peşələrin 95 faizini əhatə edən 1000 önəmli peşə üzrə standartların hazırlanması işləri yekunlaşdırılmalıdır.
Konkret
peşə sahəsində formal universitet
dərəcəsi
olmayan insanlar üçün daha geniş imkanlar
BMT-nin
Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf
Proqramının Azərbaycanda Rezident Nümayəndəsi
Qulam İsaqzai həyata keçirilən layihələrin
ölkədə peşə təhsili sisteminin məzmun və
keyfiyyətinin yaxşılaşdırılmasına təkan
verdiyi qənaətindədir. Onun fikrincə, informal və
qeyri-formal qaydada səriştələrin tanınması Azərbaycanda
formal məktəb sistemlərindən kənarda olan tədris
imkanlarının tanınması və təsdiqlənməsi
baxımından ilk cəhd olacaq. Beynəlxalq təşkilatlarla
birgə icra edilən “İnformal və qeyri-formal üsullarla əldə
olunmuş səriştələrin tanınması” layihəsi
peşə təhsili imkanlarının genişləndirilməsinə
yönəlib.
Q.İsaqzainin
fikrincə, yerli əhalini iş yerləri ilə təmin etmək
və daimi tədris mərkəzləri yaratmaq Azərbaycan
xalqı üçün həyata keçirilən tədbirlərdən
biridir: “Dünyanın bir sıra ölkələrində bu təcrübə
milli əmək qüvvəsi sıralarında qanunvericiliyə
qanuni şəkildə daxil edilib. Bu da konkret peşə sahəsində
formal universitet dərəcəsi olmayan insanlara daha geniş
imkanlar yaradacaq”.
...həmin
insanların əmək
bazarında
iştirakı çox vacibdir
Avropa
İttifaqının Azərbaycandakı Nümayəndəliyinin
Əməliyyatlar şöbəsinin rəhbəri vəzifəsini
icra edən Aleksandra Nerisanu Avropa İttifaqı ilə Azərbaycan
arasında qurulan əlaqələrin yüksələn xətt
üzrə inkişaf etdiyi qənaətindədir. Bu əlaqələrdə
peşə təhsili istiqaməti üzrə həyata
keçirilən tədbirlərin, xüsusən birgə layihələrin
xüsusi payı olduğunu vurğulayan A.Nerisanu Avropa
İttifaqı tərəfindən Azərbaycanın təhsil
sisteminə verilən dəstəyin bundan sonra da yüksək
səviyyədə davam edəcəyini deyib.
Nerisanu bu
fikirdədir ki, Azərbaycanda bir çoxları öz evində
- formal təhsil sistemindən kənarda çox zəngin təcrübə,
bacarıq və biliklər əldə edir: “Etiraf edirik ki,
ölkənin milli səviyyədə inkişafı
üçün həmin insanların əmək bazarında
iştirak etməsi çox vacibdir. Onların cəmiyyətə
verdikləri töhfə böyük ola bilər. Biz hesab
edirik ki, vətəndaşlara bu kimi imkanlar verilməli və
bununla bağlı sənədlər bazası
hazırlanmalı, onların bacarıqları və səriştələri
rəsmi şəkildə tanınmalıdır. Hətta onlar
bunu əldə etdikdən sonra təhsil və tədrislərini
davam etdirə bilərlər”.
İşəgötürənlərlə
təhsil sistemi arasında
əməkdaşlıq
hər mərhələdə zəruridir
Əmək
bazarının dəyişən tələblərinə
uyğun olaraq mühüm ixtisaslar və istiqamətlər
üzrə bugünkü tələbat işəgötürənlərlə
təhsil sistemi arasında əməkdaşlığı zərurətə
çevirir. Peşə Təhsili üzrə Dövlət
Agentliynin direktor əvəzi Amil Əlili Strateji Yol Xəritəsinin
əsas strateji hədəflərindən biri kimi bu məsələyə
diqqət çəkib. Azəbaycanm əmək bazarında
müəyyən qədər uyğunsuzluq
yarandığını deyən A.Əlili bunu təhsil
müəssisələrində hazırlanan kadrlarla əmək
bazarında tələb olunan kadrlar arasında taraz
inkişafın olmaması ilə izah edib. Onun fikrincə,
Strateji Yol Xəritəsində qəbul edilən əsas
strateji hədəflər yalnız peşə təhsili pilləsində
deyil, təhsilin bütün pillələrində qeyri-formal və
informal səriştələrin tanınmasını zəruri
edib. Odur ki, gələcək fəaliyyətin müəyyən
edilməsi istiqamətində yerli və beynəlxalq ekspertlərin
iştirakı ilə işlək bir sənədin
hazırlanması qərara alınıb. A.Əlilinin fikrincə
bu, yəni sənədlərin hazırlanması prosesində
də işəgötürənlərlə əməkdaşlıq
çərçivəsində fəaliyyət zəruridir:“Hər
yeni təhsil proqramının hazırlanmasında da, peşə
standartının müəyyənləşdirilməsində
də işəgötürənlərin maraqları,
onların istəyinə uyğun kadr hazırlığı
prioritet kimi müəyyən olunub”.
Səriştələrin
tanınması imtahanla olacaq
Maraqlıdır,
bəs, vətəndaşların peşə təhsili sahəsi
üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə
əldə etdikləri səriştələrin tanınması
prosesi hansı formada həyata keçiriləcək?
Peşə
Təhsili üzrə Dövlət Agentliyinin Təhsil
standartları və tədris resursları şöbəsinin
müdiri Məcid Bayramlı səriştələrin
tanınmasının iki hissədən ibarət proses
olacağını açıqlayıb: “Prosesin bir hissəsini
yazılı, yaxud digər formada keçirilən proses kimi,
digər hissəsini praktik formada həyata keçirilən
imtahan kimi görürük. Nəzəri hissə testlə
keçirilə bilər. Prosesin praktik hissəsində imtahan
götürəcək şəxslərin həmin sahə
üzrə mütəxəssis olması vacibdir. Buna görə
də ekspertlərin müəssisələri təmsil edən
mütəxəssislərdən ibarət olmasına
üstünlük veririk. Qiymətləndirilmənin təşkili
üçün infrastrukturun olması da vacibdir. Odur ki,
sertifikatlaşmanm keçiriləcəyi müəssisələr
də müəyyənləşməlidir”.
M.Bayramlı
qeyd edib ki, səriştələrin tanınması prosesini
idarə edəcək Sertifikatlaşdırma Mərkəzinin
qurulması nəzərdə tutulub. Sertifikatlaşma Mərkəzi
səriştələrin tanınması üzrə
bütün normativ sənədləri hazırlayan,
bütün prosesləri təşkil edəcək qurum olacaq.
Hazırda mərkəzin hansı formada qurulması üzrə
danışıqlar aparılır. Yaxın gələcəkdə
mərkəzin normativ hüquqi bazasının
formalaşdırılması nəzərdə tutulur”.
M.Bayramlı
əlavə edib ki, səriştələrin tanınması
prosesinin məntiqi nəticəsi olaraq veriləcək sənədlər
işə qəbul zamanı tanınacaq. Onun sözlərinə
görə, səriştələrin tanınması prosesinin
həyata keçirilməsi üçün ilkin olaraq sənədlərin
qəbulu aparılacaq. Bu zaman müraciət edən şəxsin
iddia etdiyi ixtisas üzrə bilik və bacarıq səviyyəsi
şifahi olaraq yoxlanılacaq:
“İlkin
proses yekunlaşandan sonra imtahan mərhələsi gəlir. Bu
mərhələ yazılı və praktik olmalıdır,
imtahanın nəticələrinə uyğun olaraq, müvəffəqiyyətli
nəticə göstərən şəxs dövlət
nümunəli sənəd əldə edəcək.
İmtahanda aşağı nəticə göstərən
şəxslərin təlimlərə cəlbini nəzərdə
tuturuq. Şikayətləri olan şəxslər
üçün apelyasiya şikayətinin verilməsi
imkanının da yaradılması nəzərdə tutulub”.
Peşə
təhsilinin sosial-iqtisadi
inkişafda
rolunu qəbul etməliyik
Dövlət-özəl
əməkdaşlığı sahəsində beynəlxalq təcrübəyə
dair beynəlxalq ekspert Brian Milton hesab edir ki, bazar
iqtisadiyyatında dövlət və özəl sektorun tərəfdaşlığı
təhsillə əmək bazarını əlaqələndirən
bir vasitədir. Ekspert deyir ki, təhsil xidmətlərinin
maliyyələşdirilməsi və həyata keçirilməsi
ilə bağlı dövlət və özəl sektorun
üstünlüklərini tamamlamaq və bu strukturları bir
araya gətirmək məqsədi ilə çərçivə
strukturu yaradılır. Avropa İttifaqı ölkələrində,
Avstraliyada, ABŞ-da bundan istifadə edilir. Banqladeş,
Almaniya, İrlandiya təcrübəsinin xüsusi cəhətlərinə
diqqət yetirən mütəxəssis karyeranı
düzgün istiqamətləndirmək üçün bu əməkdaşlığın
xüsusi əhəmiyyətini qeyd edib: “Peşə təhsili
və təliminin bütün səviyyələrində
innovasiyalara töhfə vermək, sahibkarlığı təşviq
etmək və iqtisadi mükəmməlliyi təbliğ etmək
potensialını qiymətləndirməliyik. Peşə təhsili
və təliminin sosial-iqtisadi inkişafda rolunu qəbul etməliyik.
Bu və digər vətəndaşların
bacarıqlarının biznes əməliyyatlarında istifadəsi
baxımından peşə təhsili və təlimi çox
vacibdir”.
Ruhiyyə Daşsalahlı
Azərbaycan müəllimi.- 2018.- 2
noyabr.- S.1; 4.