Universitet seçimi
Türkiyə
universitetlərinin rektorlarından tələbələrə
tövsiyələr
Hər il dünyanın Times Higher Education (THE) və QS kimi təhsil sahəsində ixtisaslaşmış nüfuzlu şirkətləri tərəfindən dünya universitetlərinin illik reytinqləri dərc olunur. Bu universitetlərin qlobal reytinqdə mövqeyi, onların təklif etdikləri saysız-hesabsız təhsil proqramları gənclər üçün öz gələcək seçimlərində ciddi istinad rolunu oynayır. Bu reytinqlərdə Türkiyənin Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Boğaziçi Universiteti də yer alır.
Türkiyənin adları çəkilən 3 ən nüfuzlu universitetinin rektorlarının gələcək peşələr və universitet seçimində gənclərə nə kimi tövsiyələri var? Bu universitetlərin rektorları gələcəyin peşələri, inkişaf edən sahələr və peşə seçimində nələrə diqqət edilməsinin zəruriliyi barədə ətraflı danışıblar.
“Alternativlərə imkan verən
sahələrə üstünlük verin”
İstanbul Texniki Universitetinin
rektoru, professor-doktor Mehmet Qaraca:
- Arzuladıqlanmzla etmək istədikləriniz arasında
tarazlığı gözləyərək,
dünyanı müşahidə
edərək peşələri
təhlil edin. Sahələrarası qabiliyyətlə yanaşı, köklü
bir universitetə üstünlük verin.
Bəzən özünüzə uyğun gəlməyən
bir universitet bölümünə daxil
olduğunuzu fərq edə bilərsiniz. Xüsusilə qərarlarında tərəddüd edən
namizədlər, gələcəkdə
alternativ yollara imkan verən və müəyyən dövrlə məhdud olmayan peşələrə
yönəlməlidirlər.
Ailələrin seçimlərdə təsiri
çox olur. Bir çox
valideyn uşaqlarının
həkim olmasını
istəyir. Amma tibb
də dəyişir.
Bəlkə gələcəkdə sağlamlığımızı robotlara, süni intellekt proqramlarına əmanət edəcəyik.
Çətin marafondan çıxan
universitet namizədləri
də bu robotları və sistemləri inkişaf etdirmək perspektivi baxımından peşə
seçməlidir. Gənclər yeni dünyaya daha yaxşı hazırlaşır, həyəcan
duyaraq sahib olacaqları
yeni peşələr
onları gözləyir.
Uğur həyəcanın sonrasında
gəlir. Ailələr də yeni peşələrə
qərəzli yanaşmamalıdır.
Verilənlərlə işləyənlərin yükü çox olacaq
Universitetlərin inkişafı məlumat, təcrübə mübadiləsi,
yenilikçi baxış
tələb edir. Bunun üçün
də araşdırma
və inkişaf, sahibkarlıq viziyonu olan köklü universitetlər ön plana çıxır.
Məsələn, İstanbul Texniki
Universiteti öz infrastrukturunu gələcəyin
peşələrinə görə
formalaşdırır.
Riyaziyyat, fizika və kimya kimi fundamental elmlər yenidən populyarlıq qazanacaq. Fənn və
mühəndislik oxuyan
gənclərin sosial elmlərlə təmin edilməsi onların sahibkarlıq və innovativ təfəkkürünə
təkan verəcək.
Verilənlərə dair sənaye
elmi, robot əlaqələndirici,
sənaye kompüter, şəbəkə mühəndisliyi,
3D mühəndis layihələri,
bulud hesablama və verilənlərin informasiya təhlükəsizliyi
ixtisasları, sənaye
istifadəçi interfeysi
və dizayn novator texnologiyası gələcəyin peşələri
olaraq qarşıya çıxır. Xüsusilə də məlumatların işləmə proqramı
gələcəyin əsas
peşələri arasındadır.
Onlar məlumatları hazırlayır,
üzə çıxarır
və ətraflı təhlillər aparır.
Nəticələrdən isə məhsul
və istehsal prosesini inkişaf etdirmək üçün
istifadə edilir.
“Təhsilin keyfiyyətini nəzərə
alın”
Orta Doğu Texniki Universitetinin rektoru,
professor-doktor Mustafa Verşan
Kök:
- Universitetdə, ilk növbədə,
təhsilin keyfiyyətinə
diqqət edilməlidir.
Seçdiyiniz ali məktəbin beynəlxalq akkreditasiya qurum və təşkilatlan
tərəfindən tanınması,
bu universitetdə təhsilin beynəlxalq standartlara uyğun olması baxımından mühüm əhəmiyyət
daşıyır. Həmçinin təlim-tərbiyə şəraiti
də nəzərə
alınmalıdır. Beynəlxalq səviyyədə səriştəli,
uğurlu, öz sahəsindəki prosesləri
təqib edən, yetkin akademik kadr heyəti kimi məsələlər
də təhsilin keyfiyyəti araşdırılarkən
diqqətdən qaçmamalıdır.
Sinif və laboratoriya şəraiti, eləcə
də tələbələrə
təqdim olunan mədəniyyət, incəsənət,
idman, elm tədbirləri
də təhsili qiymətli edir.
İş dünyasına hazırlanmalı
Eləcə də tədris
planlarının məzmunu
və dərinliyi diqqətə alınmalıdır.
Təhsil yekcins, təkölçülü
olmamalıdır. Tədrisdə fərqli düşünmə
formaları, istedad və dərinlik verəcək dərslər
yer almalıdır.
Fənlərarası çalışmalara imkan, dillərin öyrənilməsinə, diplomdansonrakı
təhsilə, tədqiqat
layihələrinə də
diqqət verilməlidir.
ODTU-də biz xüsusilə
də tələbələrimizin
fənlərarası çalışmalarına
dəstək üçün
bir mərkəz - “Dizayn Zavodu” yaratdıq. “Dizayn
Zavodu” nun məqsədi
universitetimizdə dizayn,
mühəndislik, informasiya,
sosial-inzibati elmlər,
təhsil və digər əlaqədar sahələrdə çalışan
tədqiqatçı və
tələbələrin fənlərarası
komandalarım yaradaraq,
sənaye ilə əməkdaşlıq halında
yeni məhsulların inkişaf etdirilməsini təmin etməkdir. ODTU-nun bakalavr tələbələri
aldıqları seçmə
dərslərlə “Dizayn
Zavodu”ndakı işlərdə
iştirak edə bilirlər. Bir mühəndislik tələbəsi, suriyalı
qaçqınlar üçün
hazırlanmış sosial
elm layihəsində və
ya bir ictimai
elmlər tələbəsi,
serebral beyin iflici xəstəliyindən
əziyyət çəkən
uşaqların məşq
etməsini təmin edən kompüter oyunu əsasında tibbi cihaz layihəsi
üzərində çalışa
bilər.
Universitet
təhsilinin tələbələri
iş dünyasına
nə dərəcədə
hazırladığı da
qiymətləndirilməlidir. Bir təcrübə imkanı
təqdim olunmalıdır.
Türkiyə və xaricdəki
firmalarla əlaqə təmin edilməlidir.
Məzun
şəbəkəsi geniş
olmalıdır. Sahibkarlıq imkanı yaradan şərait və proqramlara yer verilməlidir.
“Gələcək
ağıllı cəmiyyətdə
dəyişikliklərlə ayaqlaşın”
Boğaziçi Universitetinin rektoru,
professor-doktor Mehmed Özkan:
- Diqqət etməyiniz lazım olan ən önəmli nöqtə, uğurlu olduğunuz sahələri
yaxşı tanımaqdır.
Özünüzə peşə təzyiqi
etmədən, öz səriştələriniz və
maraqlarınız üçün
ən uyğun seçim etməyə çalışın. Dünya artıq
kiber sistemlər, süni zəka, böyük verilənlər
sahəsində inkişaf
edən “gələcək
ağıllı cəmiyyət”
konsepsiyasından danışır
və yaşayır.
“Gələcək ağıllı cəmiyyət”
ayrı-ayrı fənlərin
bir-biri ilə çulğalaşdığı, inteqrasiya etdiyi, yeni ixtisas sahələrinin
ortaya çıxdığı,
yeni ixtiralar və təşəbbüslərin
dünyanı dəyişdirdiyi
bir modeldir. Belə bir cəmiyyətdə hər bir peşə
və fənn sahəsi sürətli dəyişikliklərlə ayaqlaşmaq
durumundadır. Beləliklə, gənclərimiz bizim bildiyimizdən çox fərqli bir ekosistemdə yeni tələblərə adaptasiya
olunaraq özlərini
fərdi qabiliyyətlərinə
uyğun fənlərdə
yetişmək və gələcəyə hazırlaşmaq
məcburiyyətindədir. Onları sabaha hazırlayacaq təhsil müəssisələrinin
bu çoxşaxəli,
çoxfənli, qlobal
rəqabətədavamlı perspektivə malik olması həlledici əhəmiyyət daşıyır.
Günümüzdə fərdlərin bir peşədə uğurlu
olmasının əsasında
innovativ, dəyişiklikləri
duya bilən, təhlil etmə qabiliyyətinə malik, problemlərin həllinə
meyilli və çevik olması artıq zərurətə
çevrilib. Həyatınızın ən mühüm
qərarlarından birinin
astanasında sizi səriştələrlə təminatlı
gələcəyə hazırlayacaq
təhsil müəssisələrini
seçməyinizi tövsiyə
edirəm.
Ölkəmizin ən çox qlobal lider yetişdirən
universiteti olaraq, məzunlarımızın əsas
xüsusiyyətlərinə baxdıqda onların təcrübəli, çalışqan,
böhranlı vəziyyətlərdən
çıxış yollarına
sahib və xarici təsirlərə davamlı,
performans baxışlı
olduqlarını görürük. “Gələcək
ağıllı cəmiyyət”
modelində çox ölçülü, fərqliliklərə
açıq bir vizyonla özünü təmin edə bilən, problemi həll etmə səriştəsi yüksək
hər bir fərd, seçdiyi sahə və ya peşə nə olursa-olsun, uğur qazanacaq
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2017.-
9 sentyabr.- S.16.