Müəllimlərin Qlobal Nüfuz İndeksi

 

Müəllimlərə hörmət təkcə mənəvi borc deyil, həm də təhsil nəticələri üçün zərurətdir

 

Qlobal Müəllimlər Mükafatının (1 milyon dollar) təsisçisi olanVarkey Foundation” təşkilatı və Milli İqtisadiyyatSosial Araşdırmalar İnstitutu (London) tərəfindən dünyanın 35 ölkəsində hakimiyyət, biznes nümayəndələrinin, ictimai xadimlərin arasında keçirilən sorğular əsasında 2018-ci il üzrə  Müəllimlərin Qlobal  Nüfuz İndeksi (The Global Teacher Status Index) təqdim olunub. Tədqiqatda hər ölkədən 1000 ictimaiyyət nümayəndəsi iştirak edib.

Müəllimlərin 2018-ci il Qlobal İndeksi  2013-cü ildə aparılmış anoloji tədqiqatla müqayisədə daha geniş xarakter daşıyır. Fondun əməkdaşları bu il tədqiqata 14 yeni ölkəni  (Tayvan, Macarıstan, Qana, Uqanda, Argentina, Peru,  Kolumbiya, Çili, Panama, Hindistan, Rusiya, Malayziya, İndoneziyaKanada) cəlb edib. Bu ölkələrin PISA və TIMSS  beynəlxalq qiymətləndirməsində sərgilədikləri nəticələr, təmsil olunduqları qitələr və fərqli təhsil sistemlərini təmsil etmələri nəzərə alınıb.

Tədqiqata cəlb edilmiş 35 ölkədən 21-də müəllimlərin statusu orta səviyyədə olub. Beynəlxalq tədqiqatlar göstərir ki, ən yüksək müəllim statusu Çin, MalayziyaTayvanda  qeydə alınıb. Onların Braziliya, İsrail və İtaliyadakı həmkarları isə “müəllim statusu indeksinin aşağı sıralarında yerləşiblər. Böyük Britaniya indeks reytinqinin yüksək sıralarında yer alıb.

Bu ölkədə müəllimlər ABŞ, Fransa və Almaniyadakı həmkarlarına nisbətən daha çox hörmət sahibidirlər. Bütövlükdə müəllim statusu üçün ən yaxşı top 10 ölkə bunlardır:

 

1. Çin

2. Malayziya

3. Tayvan

4. Rusiya

5. İndoneziya

6. Cənubi Koreya

7. Türkiyə

8. Hindistan

9. Yeni Zelandiya

10. Sinqapur.

 

Müəllimə ehtiram mədəniyyəti

 

 Reytinqin lideri olan Çin əhalisinin 81%-i hesab edir ki, şagirdlər öz müəllimlərinə hörmət edirlər. Orta hesabla bu göstərici 35% təşkil edir. Avropada Cənubi Amerikada bütövlükdə şagirdlər arasında müəllimlərə etimad məsələsində bədbinlik daha yüksək səviyyədə müşahidə olunur. Müəllimə ehtiram mədəniyyəti Asiya ölkələrində, xüsusilə Cənubi Koreya Sinqapurda özünü daha bariz şəkildə göstərir. Bu ölkələrdə təhsilalanlar,  həmçinin, beynəlxalq testlərdə ən yaxşı nəticələr göstərir.

Tədqiqatçıların fikrincə, müəllim  peşəsinə hörmət, istedadlı insanları  bu sahəyə cəlb edir, bu isə təlimin daha yüksək standartlarla aparılmasını təmin edir. Tədqiqatın nəticələri müəllimlərin səriştəliliyi effektivliyi nəzərə alınmaqla indi çox məşhur olantəhsil sisteminin keyfiyyəti öz müəllimlərinin keyfiyyətindən yüksək ola bilməzaforizmi kontekstində  müzakirə olunub.

Tədqiqata əsasən, bütün dünyada insanların öz ölkələrinin təhsil sistemlərinə əminliyi artır. Rəy sorğusunda iştirak etmiş 21 ölkədən 17-də insanlar öz milli təhsil sistemlərini 5 il əvvəlkinə nisbətən yüksək qiymətləndiriblər. 2013-cü ildən sonra təhsil sistemlərinə etimadın azaldığı ölkələr Misir, Braziliya, Türkiyə Yaponiyadır. Yaponiya qeyri-adi ölkə kimi status qazanıb. PISA-da mövqeyi yüksək qiymətləndirilən bu ölkədə ictimaiyyətin milli təhsil sisteminə etimadının aşağı səviyyədə olduğu bildirilir.

 

Övladınızın müəllim olmağını istərdiniz?

 

Tədqiqat gedişində müəllim karyerasının nüfuzunu təyin etmək üçün respondentlərə verilən suallardan biri bu olub ki, onlar öz övladlarının müəllim olmasını istərdilərmi. Çin, Hindistan Qanada ailələrin çoxu övladlarının müəllimliyi seçməsini böyük məmnunluqla qarşılayıb. Amma araşdırmalar Rusiya, İsrail  Yaponiyada valideynlərin daha çox öz uşaqlarını bu yoldan daşındırmağa meyilli olduğunu üzə çıxarıb.

Sorğular gedişində respondentlərdən müəllimlərin dərs prosesinə qədər vaxt sərf etməsi soruşulub. Ölkələrin əksəriyyəti bu göstəricini qiymətləndirməyib, ancaq 2 ölkədə - təhsil sistemləri dünyada ən yaxşılardan hesab olunan Kanada Finlandiyada ictimaiyyət əminliklə bildirib ki, müəllimlər, əslində, məlum olduğundan daha çox işləyirlər.

 

Müəllim əməyinin  qiymətləndirilməsi

 

Tədqiqat gedişində  5 il əvvəl aparılmış sorğunun nəticələrinin müqayisəli təhlili aparılıb.  Ən böyük dəyişikliklərdən biri təhsilalanların nailiyyətlərinə müvafiq olaraq müəllim əməyinin  qiymətləndirilməsi ideyası ilə bağlı olub.  2013-cü ildən 2018-ci ilə qədər bütün ölkələrdə müəllimlərin əməkhaqlarının şagirdlərin nəticələrindən asılı olması ideyasını dəstəkləyənlərin sayı azalıb. Məsələn, Finlandiyada bu ideyanı dəstəkləyənlərin sayı 80 faizdən 21 faizə, Böyük Britaniyada isə 74 faizdən 34 faizə düşüb. Bir sıra ölkələrdə müəllimlərə əksər hallarda status nöqteyi-nəzərdən sosial işçilər kimi baxılıb. Başqa ölkələrdə müəllimlər tibb bacıları, kitabxanaçılar ilə müqayisə olunub.

Fondun icraçı direktoru Vikas Potanın sözlərinə görə, “bu, həlledici əhəmiyyət daşıyan məqamdır, müəllim statusunun qlobal indeksinə dair ilk tədqiqat göstərir ki, müəllimin statusu şagirdin PISA ilə ölçülən göstəricisi arasında bilavasitə əlaqə mövcuddur”.   V.Pota qeyd edib ki, “müəllimin statusunun yüksəlməsi yaxşı müəllimlərin məktəbə cəlb olunması onların vəzifədə saxlanması üçün həyati əhəmiyyət daşıyır. Sonda, məhz müəllimlər yeni nəsli formalaşdıracaqlar, onlar bizim gələcəyimizi öz əllərində saxlayırlar. Müəllimlər hər yerdə layiq olduqları  hörməti alırlar”.

 

Müəllimlərə hörmət təkcə mənəvi borc deyil

 

2018-ci il İndeksi göstərir ki, müəllimlərin yüksək səviyyəsi nəinki sevindiricidir, bu, həm ehtimal ki, digər bərabər şərtlərlə ölkədə təhsilalanların ən böyük müvəffəqiyyətinə gətirib çıxaracaq. 2018-ci ildə rəyi  soruşulmuş 35 ölkədən 28-də müəllimlərə daha az əməkhaqqı ödəyirlər. Yüksək əməkhaqqı ödəyən ölkələr Finlandiya, İtaliya, Portuqaliya, Almaniya, İsveçrə, İspaniya Sinqapurdur. 2018-ci ildə rəyi soruşulmuş 35 ölkədən 6-sı istisna olunmaqla bütün digər ölkələrdə ictimaiyyət müəllimlərin həftəlik saatının miqdarını qiymətləndirməyib.

 “Bu indeks, nəhayət, akademik olaraq sübut edib ki, biz həmişə cəmiyyətdə müəllimlərin statusu ilə məktəbdə uşaqların davamiyyəti arasında əlaqənin olduğunu instinktiv olaraq bilirdik. İndi biz deyə bilərik ki, şübhəsiz ki, müəllimlərə hörmət təkcə mənəvi borc deyil, həm ölkənin təhsil nəticələri üçün zərurətdir”, - deyə Fondun təsisçisi Sanni Varki bildirib.

Tədqiqat göstərib ki, müəllimin statusu bütün dünyada artır. Bu il 2013-cü ildə tədqiqatda iştirak etmiş 21 ölkədən 13-də müəllimin statusu balları yüksəlib. 2018-ci ildə soruşulmuş 35 ölkədən - Asiya, Çin, Malayziya, Tayvan, İndoneziya, Koreya, Hindistan Rusiyadan olan müəllimlərin statusu üzrə orta göstəriciləri, bütün Avropa, eləcə ABŞ, Yeni Zelandiya Kanada daxil olmaqla Qərb ölkələrindən fərqli olaraq daha yüksək olub. Əmək məhsuldarlığı ilə bağlı müəllimlərin mükafatlandırılmasının həcmi bütün dünyada sürətlə aşağı düşüb. Rəyi soruşulanlar belə bir faktı təsdiq edirlər ki, şagirdlərin uğur göstəricilərinə müvafiq olaraq  müəllimlərə ödənilən mükafatların həcmi son 5 ildə aşağı səviyyədədir.

Sorğunun əsas nəticəsi - cəmiyyətdə müəllimlərin statusu onun məktəblərdə uşaqlarla işinin birbaşa korrelyasiyasıdır.

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2018.- 30 noyabr.- S.1; 16.