Tədqiqat və innovasiyalar nüfuz göstəricisi kimi

 

Avrasiya ali məktəblərinin reytinqi təqdim olunub

 

Böyük Britaniyanın təhsil xidmətləri sahəsində ixtisaslaşmış  Times Higher Education  (THE) nəşri  ilk  dəfə olaraq Avrasiya regionu ölkələrinin ən yaxşı  ali məktəblərinin reytinqini (Times Higher Education Eurasia Rankings 2018)  tərtib edib.  Reytinqin nəticələri avqustun 31-də Kazanda keçirilən Dünya təhsil sammitində açıqlanıb.  Reytinqin təqdimat mərasimində THE-nin  aparıcı mütəxəssisi  Berbel Ekelmann  qeyd edib ki, yeni sıralamanın tərtib olunması gedişində  regionun 16 ölkəsindən (Azərbaycan, Əfqanıstan, Belarus, Gürcüstan, İran, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Moldova, Rusiya, Tacikistan, Ukrayna, Özbəkistan, Ermənistan)  74 ali məktəbin fəaliyyəti təhlil olunub. Nəticədə reytinqə 6 ölkədən -  Rusiya, Türkiyə, İran, Ukrayna, BelarusGürcüstandan qlobal reytinqlərdə iştirak edən 74  universitet daxil olub. B. Ekelmann həmçinin ildən -ilə ali məktəblərin vəziyyətini  müqayisə etməyə imkan verən THE metodologiyasının sabitliyini qeyd edib. Və bildirib ki, son zamanlar Avrasiya innovasiyalar və tədqiqatlar üçün şəbəkə kimi açılır.  Reytinqin hazırlanmasına ehtiyac bununla əsaslandırılır ki, bu gün Avrasiya məkanının ali məktəbləri fəal inkişaf edir və dünyanın ən nüfuzlu universitetləri ilə rəqabət aparmağa başlayıb. Bundan başqa, regionun hüdudları daxilində demək olar ki, ali təhsil alan yarım milyard insan yaşayır.

Reytinqə daha çox Rusiyadan (27),  Türkiyədən (22), İrandan (18) ali məktəblər daxil olub.  Onu da bildirək ki,  reytinqdə təmsil olunan Rusiya ali məktəblərindən 17-si  “5-100”  layihəsində iştirak edir.   Sıralamaya  Rusiyanın nüfuzlu ali məktəblərindən olan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti başçılıq edir. Avrasiyanın ən yaxşı ali məktəblərinin  ilk 10-luğunda Türkiyənin Koç, Sabançı, Bilkənt kimi universitetləri də yer alıb.  Sıralamada 10-cu yerdə qərarlaşmış  Kazan Federal Universiteti (KFU) son illərdə elmi məhsuldarlıq sahəsində ciddi inkişafa nail olub.  Ali məktəbin rektoru İlşat Qafurovun sözlərinə görə,  KFU  son 5 il ərzində  Scopus   Web of Science kimi  beynəlxalq elmi bazalarında indeksləşən jurnallarda nəşrlərinin sayını 8 dəfə artırıb.  Yüksəkreytinqli  jurnallarda cari ilin birinciikinci rüblərində çap olunma səviyyəsi 60, prioritet istiqamətlər üzrə isə 70 faiz artım əldə olunub.  Bundan başqa, Scopus    Web of Science məlumat bazasına bu dövrdə  KFU-nun 6 jurnalı  daxil olub.

THE-ninAvrasiya  reytinqinin tərtib edilmə metodikası  “THE World University Rankings” in ötənilki  dünyanın ən yaxşı ali məktəblərinin ümumdünya reytinqinin metodikasına əsaslanmışdır. Reytinq indikatorları kimi tədris (təlim  mühiti), tədqiqatlar (həcmi, gəlirlər reputasiya), sitat gətirilmə (tədqiqatların təsiri), beynəlxalq qarşılıqlı əlaqə  (əməkdaşlar, tələbələr tədqiqatlar), istehsal fəaliyyətindən gəlirlər (innovasiyalar) çıxış edir. Reytinqin nəticələri THE-nin son ümumi reytinqinin nəticələrinə əsaslandırılmışdır. Reytinqin tərtib edilməsi üçün məlumatlar üç mənbədən yığılır: statistik məlumatlar universitetlərdən, Scopus bibliometrik basasından akademik ekspertlərin  sorğusundan.  Sorğu üçün respondentlər Scopus-da öz profilinə malik olan tədqiqatçıların arasından təsadüfi qaydada seçilir.

 Avrasiya regionu ölkələrinin aparıcı universitetlərinin yeni reytinqində biz beynəlxalq cəmiyyət tərəfindən tanınan effektivlik göstəricilərindən -  THE-nin (Times Higher Education World University Rankings) dünya universitetlərinin ümumi reytinqinin qızıl standartlarından,  həmçinin  bizim son dünya reytinqimizdə istifadə etdiyimiz kriteriyalardan istifadə etmişik” - deyə nəşrin direktoru Filipp Beyt  qeyd edib.   “Biz universitetlərə imkanları təhdidləri  görməkdə  kömək etmək istəyirdik. Bütövlükdə bütün Avrasiya landşaftı daha əhəmiyyətli rol oynamağa başlayır. Bizə bu böyük ərazinin ürəyinə baxmaq əhəmiyyətli idi.  Bu reytinqlə biz həmçinin regionun beynəlxalq  tədqiqat fəaliyyətində qədər əhəmiyyət daşıdığını göstərmək istəyirdik”, - deyə o  vurğulayıb. F.Beytin sözlərinə görə,   THE reytinqlərinin obyektiv şəffaf olması üçün məlumatlar müxtəlif mənbələrdən toplanır.  Xüsusi halda THE-nin qlobal reytinqi üçün bütün dünyadan olan universitetlərin (1600 ali məktəb) verdikləri informasiya,  reputasiya (bunun üçün 10 mindən çox alimin rəyi soruşulur) bibliometrik məlumatlar çox əhəmiyyətlidir. Daha ətraflı www.timeshighereducation.com/world-university-rankings/best-universities-eurasia səhifəsindən tanış olmaq olar.

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2018.- 7 sentyabr.- S.8.