Yeni dərs
ilini medallarla qarşılayanlar
Şagirdlərimiz Moskvada
növbəti uğura
imza atıblar
Məlumdur ki, məktəblilərin bilik
və bacarıqlarının
möhkəmləndirilməsində ayrı-ayrı fənlər
üzrə keçirilən
bilik yarışları,
olimpiadalar əvəzsiz rol oynayır. Bilik olimpiadalarında əldə
olunan nəticələr
hər hansı ölkənin
elm, təhsil səviyyəsini
göstərir.
Təhsil Nazirliyinin
istedadlı şagirdlərin
üzə çıxarılması
və onların elmi potensial və
tədqiqatçılıq qabiliyyətlərinin
stimullaşdırılması istiqamətində məqsədyönlü
səyləri nəticəsində
məktəblilərimiz artıq
son illərdə dünyanın
müxtəlif nüfuzlu
fənn olimpiadalarında
ölkəmizi layiqincə
təmsil edirlər. Beynəlxalq olimpiadalar sırasında artıq 3 ildir ki, Moskvada dünyanın paytaxt şəhərlərinin orta məktəb şagirdləri arasında
keçirilən (Beynəlxalq
Meqapolis Olimpiadalar) da diqqəti cəlb etməkdədir.
Ötən Meqapolis
yarışları şagirdlərimiz
üçün
uğurlu olub. Yeni dərs ili ərəfəsində, sentyabrın
2-7 tarixlərində Moskvada baş tutan III Beynəlxalq Meqapolis Olimpiadasından da məktəblilərimiz
vətənə 4 medalla
dönüblər. Və bu zəfəri yeni dərs ili üçün
uğur simvolu kimi də dəyərləndirmək
olar.
Olimpiadada fərdi və komanda yarışlarında
ölkəmizi təmsil
edən məktəblilər
-kimya fənni üzrə Respublika Kimya-biologiya liseyinin 10-cu sinif şagirdi Əli Əliyev qızıl, Ağdaş şəhər, Texniki, humanitar və təbiət fənləri
təmayüllü gimnaziyanın
10-cu sinif şagirdi Fərid Əliyev gümüş
medal qazanıblar. Fizika, riyaziyyat və
informatika təmayüllü
liseyin 9-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat üzrə gümüş
medal əldə edib.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin
10-cu sinif şagirdi İbrahim Tağızadə
isə informatika fənni üzrə bürünc medala layiq görülüb.
Qaliblərlə daha yaxından tanış
olaq.
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2018.- 15 sentyabr.- S. 9.