“Ən yüksək
balı toplayaraq birinci yeri tutdum”
2002-ci il 15 iyul tarixində Bakı şəhərinin Zirə
qəsəbəsində anadan olub.
Orta təhsilinə qəsəbədəki
Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə
başlayıb. VIII sinifdə
beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzinə
qəbul üçün keçirilən imtahanlarda kimya fənni
üzrə iştirak edib və
mərkəzə qəbul olunub. Daha sonra
mərkəz tərəfindən Kimya-Biologiya təmayüllü
respublika liseyində keçirilən dərslərdə
iştirak edib. IX sinifdə
adıçəkilən tədris müəssisəsinə
qəbul olunub. İndiyə qədər
müxtəlif beynəlxalq olimpiadalarda - Qazaxıstanın
Astana şəhərində keçirilən 51-ci Beynəlxalq
Mendeleyev Kimya olimpiadasında və Rusiyanın Moskva şəhərində
keçirilən Meqapolis olimpiadasında iştirak edib. Meqapolis Olimpiadasında və Niderlandın Neymegen şəhərində
keçirilən 14-cü Beynəlxalq Elm Olimpiadasında
bürünc medallara layiq
görülüb.
- 2-7 sentyabr tarixlərində Moskvada keçirilən Meqapolislərin Beynəlxalq Olimpiadasında iştirak etdik. Kimya komandası olaraq beynəlxalq olimpiadalara müəllimimiz İqrar Nəzərovun təşəbbüsü ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçilən dərslərdə iştirak edərək hazırlaşırdıq. Olimpiada 4 fənn üzrə təşkil olunmuşdu. Kimya fənni üzrə iştirakçılar 3 turda iştirak etməli idilər: “Blitz tur”, təcrübi tur, nəzəri tur. “Blitz tur” komanda yarışı idi. Bu turda kimya üzrə mümkün maksimal nəticəni (20 bal) göstərərək iştirak edən şəhərlər arasında kimya üzrə birinci yeri tutduq. Təcrübi və nəzəri turlar fərdi idi. Təcrübi tur keçən illə müqayisədə daha çətin idi. Lakin MDU-nun Bakı filialında təşkil edilən intensiv dərslərin və müəllimlərin gərgin zəhmətinin nəticəsi olaraq mən bu turda bütün iştirakçılar arasında ən yüksək bal toplayaraq birinci yeri tutdum. Nəzəri tur 5 məsələdən ibarət idi. Digər suallar maraqlı və düşündürücü idi. Medala görə qiymətləndirmə digər beynəlxalq kimya olimpiadalarında olduğu kimi təcrübi və nəzəri turda toplanan xalların cəminə görə hesablanırdı. Mənim nəticəm mənə qızıl medal qazanmağa imkan verdi. Əlbəttə ki, bu nəticənin arxasında müəllimlərimizin böyük zəhməti durur. Mən bu nəticəyə görə onlara borcluyam.
Əli ƏLİYEV,
Kimya-biologiya təmayüllü Respublika liseyinin
şagirdi
Azərbaycan müəllimi.- 2018.- 15 sentyabr.- S. 9.