“İki
günlük imtahandan
sonra hədəfimə
çatdım”
2002-ci il
28 yanvar tarixində Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. 2009-cu
ildə 220 nömrəli
tam orta məktəbin
I sinfinə gedib. VIII sinifdən etibarən Fizika-riyaziyyat və
informatika təmayüllü
liseydə təhsil alır. Riyaziyyat fənni üzrə bir sıra olimpiadalarda
iştirak edib. Muradın ilk uğurları VI sinifdən başlayıb.
O, məktəblilərarası fənn müsabiqəsində,
VII və
VIII siniflərdə isə Respublika fənn olimpiadasında I yerə, 2016, 2017
və 2018-ci illərdə
isə Respublika Fənn Olimpiadalarında qızıl medala layiq görülüb. Beynəlxalq Olimpiadalarda isə 2017-ci ildən iştirak edir. 2017-ci
ildə yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (Bolqarıstan),
2017 və 2018-ci illərdə
35-ci Balkan olimpiadasında (Makedoniya
və Serbiya) bürünc medala və Dünya Olimpiadasında (Braziliya və Rumıniya) həvəsləndirici sertifikata
layiq görülüb.
- Bu il Meqapolislər Olimpiadasında ikinci
dəfə iştirak
edirdim. İlk dəfə 2017-ci ildə bu olimpiadada bürünc medal almışdım. Yay aylarında 2016 və
2017-ci illərdə keçirilmiş
Meqapolislər və buna oxşar bir neçə olimpiadanın sualları ilə məşğul oldum. Keçən il bu olimpiadada bürünc aldığımdan, bu il artıq hədəfim
gümüş idi. İki günlük imtahandan sonra hədəfimə çatdım.
Komanda hesabında
3-cü
Olimpiadaya dünyanın
ən böyük 33 şəhər və
paytaxtlarından 14-18 yaş
arası iştirakçılar
dəvət olunub. Olimpiada 4 fərqli fənlər (riyaziyyat, informatika, kimya və fizika)
üzrə keçirilən
komanda turniridir. Birinci mərhələdə komanda
üzvlərinin tapşırıqları
düzgün həll etmələri ilə yanaşı, həm də sürətli olmalarına önəm verilir. Kimya və fizika
fənləri üzrə
qatılan iştirakçılar
nəzəri və təcrübi hissələrdən
ibarət olan müsabiqədə öz
bilik və bacarıqlarını nümayiş
etdirirlər. Riyaziyyat və
informatika fənləri
üzrə qatılan
iştirakçılar isə
onlara təqdim olunan tapşırıqları
həll edirlər.
İştirakçıların yazı işləri
beynəlxalq münsiflər
heyəti tərəfindən
qiymətləndirilir.
Kimya üzrə komanda yarışlarında ölkəmizin
təmsilçiləri birinci
olublar. Onlar verilən 20 tapşırığın
hamısını dəqiqliklə
yerinə yetiriblər.
Onlar fizika, kimya, riyaziyyat və informatika üzrə öz biliklərini sınayırlar.
İlkin
mərhələdə hər
bir komandaya 80 tapşırıq təqdim
olunur. Burada nəinki tapşırıqların
düzgün həllinə, həm də sürət amilinə diqqət yetirilir. Şagirdlərin ixtiyarında 2 saat var. İlkin mərhələ
müstəqil yarışmadır,
onun nəticələri
ümumi hesabda nəzərə alınmır.
Tapşırıqların çətinlik səviyyəsi
irimiqyaslı beynəlxalq
olimpiadaların müvafiq
səviyyələrinə uyğundur.
İştirakçıların tapşırıqları beynəlxalq
münsiflər heyəti
tərəfindən yoxlanılır,
onların arasında tanınmış müəllim
və nüfuzlu alimlər var.
Komanda hesabında
olimpiadanın qalibi
adına Moskva, Şanxay, Sankt-Peterburq və Honkonq şəhərlərinin komandaları
layiq görülüb.
İkinci yeri Belqrad, Sofiya, Minsk, İstanbul,
Budapeşt, Cakarta, Zaqreb komandaları tutub. Bakı Leyspiq, Düşənbə, İnsburk,
Milan, Almatı, Bratislava, Bişkek
kimi şəhərlərlə 3-cü yeri tutub.
Qeyd edək ki, ilk dəfə 2017-ci ildə bu olimpiadaya qatılan məktəblilərimiz bir qızıl və dörd bürünc medal əldə ediblər. Olimpiadada iştirak edən şagirdlər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin və Kimya, biologiya təmayüllü
liseyin nəzdində yaradılmış
Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində xüsusi
proqram əsasında hazırlıq prosesindən
keçiblər. 2014-cü ildən etibarən Təhsil Nazirliyinin müvafiq əmri əsasında yaradılmış
mərkəzlərdə artıq
4 ildir ki, şagirdlər beş
müxtəlif fənn
- riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə iki fərqli yaş qrupu olmaqla hazırlıqlara
cəlb olunurlar. 200-dən çox şagirdin dinləyici olduğu bu mərkəzlərə müxtəlif
dövlət və özəl məktəblərin
şagirdləri dəvət
edilir. Tədris ilinin əvvəlində namizədlər arasından
seçilən şagirdlər
ali məktəblərin,
ayrı-ayrı institutların
alim və professorlarının, eləcə
də əcnəbi mütəxəssislərin dərslərində
iştirak edirlər. Olimpiadalara hazırlıq mərkəzləri yerli və ölkədən kənarda bir neçə ali
məktəblə sıx
əməkdaşlıq yaradaraq,
nəzəri və praktiki dərslərin hazırlığı prosesini
davam etdirməkdədir.
Murad AĞAZADƏ,
Fizika-riyaziyyat və informatika
təmayüllü liseyin
şagirdi
Azərbaycan
müəllimi.- 2018.- 15 sentyabr.- S. 7.