Müəllim alim adına layiq insan

 

Müəllim adı müqəddəsdir. Bu peşə sahibləri xüsusi hörmət və ehtirama layiq olmaqla insana ilk düz yol göstərən, onun  mükəmməl insan olmasında stimul verən əsas qüvvədir.

Böyük yunan filosofu Platon demişdir: “Müəllim hər şeydən əvvəl bir Tanrı sənətidir”.

Müəllim yüksək əqidə, məslək sahibi olmaqla  bir vətəndaş olaraq  xalqını, vətənini sevməli, gəncliyi də bu ruhda yetişdirməlidir.

Məhz belə əqidəli müəllim adına layiq şəxslərdən biri də mərhum professor Cabbar Mirzə oğlu Məmmədovdur. O, 25 avqust 1932-ci il tarixdə Gürcüstan Respublikasının indiki Qardabani rayonunda (Ertoba kəndi) anadan olub. Anası Xatın xanım onu zəhmətlə boya-başa çatdırıb    Cabbar Mirzə oğlu 1941-1951-ci illərdə Qardabani orta məktəbində ilk təhsilini alıb.

C.Məmmədov 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinin tələbəsi olub, 1956-cı ildə bu ali təhsil ocağının Maşınqayırma texnologiyası ixtisası üzrə məzunu adını qazanıb, mühəndis-mexanik əlaçı diplomuna yiyələnib.

1956-1958-ci illərdə Tbilisi Dəzgahdüzəltmə İnstitutunda baş texnoloq vəzifəsində çalışıb, 1958-1959-cu  illərdə  Qardabani RTŞ-da baş mühəndis vəzifəsini icra edib. Eyni zamanda Qardabani rus orta məktəbində ictimai əsaslarla texniki fənn üzrə müəllimlik edib. 1959-1960-cı illərdə Gürcüstanın Rustavi şəhərində “Avtomatprom” Layihə-Konstruktor İnstitutunda II dərəcəli mühəndis-konstruktor vəzifəsində çalışıb.

1960-cı ilin yanvarında Azərbaycan Politexnik İnstitutunun rektoru tərəfindən rəsmi müraciət ilə Cabbar Mirzə oğlu RustaviAvtomatpromİnstitutundan Politexnik İnstitutunun Maşınqayırma Texnologiyası kafedrasına Azərbaycan dilində dərs deməyə dəvət edilir. Cabbar müəllim gənc bir mütəxəssis kimi Rustavidən əvvəl çalışdığı institutun direktoru  V.E.Sarişvilinin təqdim etdiyi xasiyyətnamə ilə birgə 21 yanvar 1960-cı il tarixli ərizə ilə rektora müraciət edir. Nəhayət, rektorun əmri ilə gənc Cabbar müəllim 01.02.1960-cı il tarixdən hesablanmaqla kafedranın assistenti kimi işə qəbul olunur. Elə bu ilin 23 sentyabr  tarixindən kafedranın baş müəllimi vəzifəsinə seçilir.

O, 25 iyun 1965-ci il tarixdə M.Əzizbəyov adına NeftKimya İnstitutunun Elmi Şurasının qərarı ilə “Èññëåäîâàíèå ïðîöåññà íàðåçàíèÿ ðåçáû ìóôòû íàðåçíûìè ïàòðîíàìè” adlı namizədlik dissertasiyası müdafiə edir. Akademik S.L.Yaroşevskinin rəhbərliyi ilə icra edilən bu namizədlik dissertasiyasının diplomu 04.03.1967-ci il tarixdə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunur  o, texnika elmləri namizədi elmi dərəcəsini alır. 24 sentyabr 1968-ci il tarixdə isə bu komissiya onun dosent vəzifəsini təsdiq edir. Eyni zamanda o, dekan müavini vəzifəsini də icraişin çoxluğu ilə əlaqədar öz xahişi ilə bu vəzifədən imtina edib.

1970-ci ildə onun gərgin əməyi və məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan Politexnik İnstitutunun yeni “Metalkəsən dəzgahlar və alətlər” kafedrası yaradıldı. “Maşınqayırma texnologiyası” kafedrasından ayrılan bu yeni kafedraya  o, 1970-1981-ci illər ərzində rəhbərlik edib. 1991-ci ildə N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində “Îñíîâû ïîâûøåíèÿ òî÷íîñòè è ïðîèçâîäèòåëüíîñòè ìåõàíè÷åñêîé îáðàáîòêè ïóòåì óïðàâëåíèÿ ñèëîâûì ïîëåì òåõíîëîãè÷åñêîé ñèñòåìû” adlı doktorluq dissertasiyası müdafiə edərək texnika elmlər doktoru  alimlik elmi dərəcəsinə layiq görülüb. 1 oktyabr 1991-ci ildən kafedranın professoru vəzifəsində  çalışıb.

Elmipedaqoji fəaliyyəti 50-dən çox elmi əsərdə öz əksini tapıb. Onun bir neçə dərs vəsaiti və metodik göstərişləri, 3 kitabı və bir monoqrafiyası çap olunub. Beynəlxalq, keçmiş ittifaqrespublika səviyyəli 20-dən çox konfransda məqalə və tezislə çıxış edib.

14 fevral 1993-cü il tarixdə onun ürək-damar çatışmazlığı diaqnozu ilə qəfil vəfatı  çoxlarını kədərləndirdi. 1966-1967-ci illərdə onun həm tələbəsi, daha sonra  yoldaşı olmuş, 1992-ci ilin yanvarından  kafedra müdiri vəzifəsində çalışan professor  Vaqif  Abbasovun  söylədiyi  kimi,  professor Cabbar Mirzə oğlu bir müəllim kimi çox savadlı, tələbkar, daim öyrətməyə çalışan, təmiz, eyni zamanda müəllim adını uca tutan ləyaqətli alim vətəndaş olub. Ciddi insan idi. İnstitut kollektivi arasında kifayət qədər hörmət və nüfuza malik idi.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsi Mexanika kafedrasının müdiri, professor İsmayıl Sadıqov da Cabbar müəllimi əsl müəllim adına layiq bir insan kimi xarakterizə edir.

Professor Cabbar Mirzə oğlu Məmmədov nümunəvi bir ziyalı olmaqla yanaşı, eyni zamanda gözəl ailə başçısı idi. Həyat yoldaşı Səmayə Bədrəddin qızı, övladları İradə, Leyla, Eldar onunla həmişə fəxr edirlər.

Cabbar müəllimin əziz xatirəsi onun tələbələri, yoldaşları və digər onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

Hafiz OSMANOV,

ATU-nun elmi işçisi

 

Azərbaycan müəllimi.- 2018.- 15 sentyabr.- S. 15.