Heydər Əliyev Mərkəzi və Bayraq Muzeyinə ekskursiya

 

Sabirabad rayonu Yastıqobu kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi Heydər Əliyev Mərkəzi və Bayraq Muzeyinə ekskursiya ediblər.

Belə tədbirlər şagirdlərin milli-mənəvi dəyərlər və ənənələr, tarixi keçmişinə bağlı ruhda böyüməsinə, ölkəmiz haqqında bilik və məlumatlarının artırılmasına xidmət edir.

Ekskursiya iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Şagirdlər Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli liderinin həyat və fəaliyyəti barədə məlumat alıblar.

Sonra şagirdlər Bayraq Muzeyində Azərbaycanın xanlıqlar dövrünün xəritəsi və bayraqları, orta əsrlərə aid döyüşçülərin geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycanın Xalq Cümhuriyyətinə dair sənədlər, SSRİ və müstəqillik dövrünün konstitusiyaları, gerbləri, bayraqları, poçt markaları, ordenmedallar ilə tanış olublar.

 

Azərbaycan müəllimi.- 2018.- 26 yanvar.- S.12.