Tam Fiziki Cavab metodu ibtidai siniflərin ingilis dili dərslərində

 

Xarici dil vahidləri öyrədilərkən fiziki hərəkətlərlə əlaqələndirilməsi mənimsəməni daha səmərəli edir

 

Artıq bir neçə ildir ki, ibtidai siniflərdə İngilis dilinin əyləncəli tədris metodlarından biri olan Tam fiziki cavabya Total Physical Response (TPR)-dan istifadə edirəm. Azyaşlı şagirdlərimin dərsi həvəslə gözlədiklərinin şahidi oluram. Tam fiziki cavabya TPR metodu ötən əsrin 60-70-ci illərində amerikalı psixoloq Ceymz Aşer tərəfindən əsası qoyulmuş bir metoddur. Bu metodun xarici dili öyrənməyə ilkin başlayanlar üçün olduqca səmərəli nəticə verdiyi sübut olunmuşdur. Müəllim şifahi əmrlərdən istifadə edir, şagirdlərsə onu dinləyərək həmin hərəkətləri icra edirlər. Bu metod öyrənənin danışması üzərində deyil, dinləyib anlaması üzərində cəmləşir, dinləyib anlamanın bütün digər dil bacarıqlarından daha ilkin və əhəmiyyətli olduğunu vurğulayır. Çox qısa müddətdə şagirdlər eşitdikləri ifadələri fiziki hərəkətlərlə kombinasiya edərək mənimsəyirlər. Bu metod çoxhərəkətli və kinestetik xüsusiyyətli azyaşlılar üçün olduqca müvafiqdir. Onlar müəllimi dinləyərək hərəkətləri həvəslə edir, nəticədə xeyli hədəf dil lüğəti mənimsəmiş olurlar. TPR metodunun öyrənənlərdə özünə inam hissinin formalaşmasına, hədəf dilə marağın və sevginin artmasına səbəb olduğunun şahidiyəm. Bu metoddan istifadə edərkən ilkin olaraq sadə əmrlərdən istifadə edirəm.

 

open your book smile

raise your right hand frown

touch your head shake hands

show your shoulders with your partner

close your eyes spin

chop an onion sleep / wake up

make some soup pour tea

add same salt fly

add some pepper swim

stir the soup jump

taste your soup clap

point to the door stand up

walk to the desk sit down

take the book ride a bike

hold the book open the door

shake the book close the door

 

Hər yeni dərsdə öyrədiləcək lüğət əvvəlcədən hazırlanır hərəkətlər şagirdlərlə bərabər müəllim tərəfindən yerinə yetirilir, bu zaman şagirdlərin bəzilərində olan utancaqlıq hissi aradan qalxmış olur. Şagirdlərimi dairə formasında düzürəm verilən əmrləri necə yerinə yetirdiklərinə nəzarət edirəm. TPR hədəf dilin stressiz əyləncəli öyrənmə metodlarından biridir ibtidai sinif şagirdləri, bağçayaşlı uşaqlar üçün ideal öyrətmə metodu hesab oluna bilər. Bədən orqanlarının adlarını çox asanlıqla - Touch your nose, Touch your right leg, Touch your head s. kimi əmrlərlə mənimsətmişəm. Düşünürəm ki, şagirdlər 45 dəqiqə ərzində həm hədəf dillə təmasda olur, parta arxasından qalxaraq həm fiziki fəallıq edirlər ki, bu da onların sağlamlıqları üçün faydalıdır, bu, dil dərsində stresin aradan qalxmasına səbəb olur hətta ən tənbəl zəif öyrənən şagirdlərin belə hərəkətləri düzgün etməyə can atdıqlarını hədəf dildə sadə əmrləri eşidərək anladıqlarını müşahidə edirəm. Öyrədilən lüğət hər dərs hərəkətlərlə əlaqələndirilmiş şəkildə təkrarlanır, beləliklə , möhkəmləndirilir.

Fikrimcə, Tam Fiziki Cavab metodunu bir qədər irəliləmiş öyrənənlərə tətbiq etmək olar. Bu zaman seçilən lüğət bir qədər genişləndirilə bilər. Tam Fiziki Cavab metodu xarici dilin öyrədilməsinin bütün problemlərini həll etməsə yeni başlayan dil öyrənənlərdə qısa müddətə qənaətbəxş nəticə əldə olunmasında, şagirdlərdə dil təliminə pozitiv münasibət formalaşdırılmasında əvəzsiz rol oynayır. Total Physical Response metodu əsasən hərəki feillərin rahat əyləncəli yolla mənimsədilməsində misilsiz bir üsul hesab olunur. Öyrənənlərdə stresi aradan qaldıraraq xarici dil dərsinə əyləncəli bir xarakter verir, onlarda öyrənmə motivasiyasını özünə güvən hissini yüksəldir. Total Physical Response metodu körpələrin öz ana dillərini mənimsəmə prinsipini təqlid edir. Valideynlər, yaxın adamlar, böyük bacı-qardaşlar azyaşlılara belə et, belə etmə formasında müraciət edirlər, onlar da bu müraciətlərə sözlə deyil, fiziki hərəkətlər etməklə cavab verirlər. Dil vahidlərinin fiziki hərəkətlərlə kombinə edilməsi prosesi körpələrdə aylarla davam edir, bu müddət ərzində onlar ana dilini öyrənirlər nəhayət, yığdıqları lüğət bazasıyla danışıq vərdişləri formalaşdıraraq nümayiş etdirirlər. Tam Fiziki Cavab metodu xarici dilin öyrədilməsinə belə yanaşır müəllim sinifdə sanki valideyn rolunu oynayaraq şagirdlərə hədəf dildə əmrlər verir, bu müraciətlərə fiziki şəkildə, lakin sözlərdən istifadə etmədən cavab verən şagirdlər hiss olunmadan dili mənimsəyir danışma prosesinə hazırlanırlar. Qrupda öyrənənlərin sayından hətta dilgötürmə qabiliyyətlərinin güclü ya zəif olmasından asılı olmayaraq dil təlimçisi bu metoddan yararlana bilər. Dərs üçün əvvəlcədən çox materialların hazırlanmasına ehtiyac qalmır, müəllim sinifdəki əşyalardan, onları gostərmək, onlara tərəf getmək s. formasında istifadə edə bilər. Lakin öyrədiləcək lüğət əvvəlcədən götür-qoy edilməli fiziki hərəkətlərlə əlaqələndirilməlidir. Bu metoddan istifadə zamanı dil vahidləri öyrənənlər tərəfindən tamamilə əziyyətsiz qeyri-ixtiyari olaraq mənimsənilir. Onlar dili əylənərək öyrənirlər. Müəllimin ifadələri təkrar-təkrar söyləməsi hərəkətlərlə əlaqələndirməsi çox zərurudir. Metodun yaradıcısı Ceymz Aşer qeyd edir ki, xarici dil vahidləri öyrənilərkən fiziki hərəkətlərlə əlaqələndirilərsə, mənimsəmə daha səmərəli uzunmüddətli olur. Metod, dinləyib-anlama bacarığının danışma bacarığından daha öncə baş verməsinin zəruriliyini dil vahidlərinin öyrənənin bədən hərəkətləri ilə sinxronizasiya olunmasını nəzərdə tutur. C.Aşerin fikrincə, dil öyrənmə prosesi stressiz olmalıdır, stres mənfi emosiyalar təbii dil məmimsəmə prosesinə əngəl törədir. Stressiz əyləncəli olması Total Physical Response metodunun üstün cəhətlərindən biridir. Əlli ildən artıq müddətdir ki, xarici dil siniflərində istifadə olunan sınaqlardan keçirilən TPR metodu öyrənmənin ilkin mərhələsində şifahi danışıq bacarıqlarının deyil, dinləyib anlama bacarığının daha mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Bu metodda dil öyrənən danışmağa məcbur edilmir, dil təlimatçısı öyrənənlərin danışmazdan əvvəl kifayət qədər dil materialı bazası toplamalarını gözləyir, lakin son məqsəd, dil öyrənənin mənimsədiyi materialları uğurla istifadə etməsidir. TPR nəzərdə tutur ki, xarici dilin öyrənilməsinin ilkin addımı eşidib anlamaqdır, şifahi produksiya deyil, TPR metodunun arxasında Dinlə hərəkətlə cavab ver prinsipi durur. Bu metod, hərəkətli kinestetik xüsusiyyətləri üstün olan azyaşlı öyrənənləri öyrənmə prosesində məşğul etmək, diqqətlərini bir yerə toplamaq təlimə maraq oyatmaq üçün ideal bir vasitədir, görərək göstərərək öyrənmədir. Təlimdə humanist prinsiplərin möhkəmlənməsinə xidmət edir.

Tam Fiziki Cavab metodundan yararlanaraq dərslərimin daha canlı öyrənənlərimin daha fəal olmasına nail oluram. Azyaşlı şagirdlərlə işləyən bütün xarici dil müəllimlərini bu metodla tanış olmağaondan faydalanmağa dəvət edirəm.

 

Ellada MİRZƏYEVA,

Sabirabad şəhər Nizami Gəncəvi adına

5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi,

Ən yaxşı müəllim müsabiqəsinin qalibi

 

Azərbaycan müəllimi.- 2018.- 26 yanvar.- S.8.