ktəblilər üçün kiçik kitabxana yaradılıb

 

Yanvarın 22-də Şəmkir rayon mərkəzindən təxminən 46 km məsafədə, dəniz səviyyəsindən 1300 m yüksəklikdə yerləşən Nərimanlı kəndində məktəblilər üçün kitabxana yaradılıb.

Kitabxana rayonun gənc müəllimlərinin “Ordu torpaqları, kitab könülləri fəth edər” şüarı altında bir ay öncədən başladılmış kitab toplama kampaniyasından əldə olunan kitablar hesabına qurulub. Kampaniyada Şəmkir rayonunun fəal gəncləri və müəllimləri iştirak edərək kiçik kitabxana üçün dünyayerli yazıçıların əsərlərindən ibarət kitablar təqdim ediblər.

Gənclərin ucqar kənddə kitabxana yaratmaqda məqsədləri məktəbliləri maarifləndirmək, onlarda kitab oxumağa həvəs oyatmaq və asudə vaxtlarını səmərəli keçirməyə imkan yaratmaq olub.

 

Kənan İBRAHİMOV,

Şəmkir Rayon Təhsil Şöbəsinin

ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 

Azərbaycan müəllimi.- 2018.- 26 yanvar.- S.12.