YUNESKO-nun “Qlobal məqsədlər”
dərsləri
Hamı üçün təmiz su
“Suyun
çirklənməsi içməli sudan
istifadəni azaldır və suda yaşayan orqanizmləri təhlükə
altında qoyur. Suda yaşayan orqanizmlərin və
bütövlükdə ekosistemin
qorunmasını təmin etmək üçün
ciddi tədbirlər lazımdır”.
Kollinz Abalu Abudca,
Ladela orta məktəbinin müəllimi. Nigeriya
Mövzu:
Hamı üçün
təmiz su
Fənn:
Həyat bilgisi, Coğrafiya
Təlim
məqsədi:
Məşğələlərin sonunda şagirdlər:
* Suyun çirklənməsinin
nə olduğunu biləcək;
* Suyun çirklənməsinin
bəzi səbəblərini
öyrənəcək;
* Təmiz sudan
istifadədə ümumdünya
bərabərsizliyini təsvir
edəcək.
Hazırlıq:
* İki fincan su hazırlayın (təmiz və çirkli), şəffaf qabdan istifadə edin ki, su
görünsün.
* Suyun çirklənməsinin
səbəbləri barədə
məlumatı proyektorda
göstərin və ya çap edin
(əlavə 2).
* Təqdim olunan xəritəni proyektorda göstərin və ya çap edin.
* Bütün şagirdlərə
dünya xəritəsindən
istifadə imkanı yaradın.
Ümumi
vaxt: 60 dəq.
Yaş həddi: 8-14 yaş.
Təlim tapşırığı - 5 dəq.
İki fincana su doldurun (təmiz
və çirkli).
Şagirdlərdən cütlərdə işləmək
və öz fikirlərini bölüşməyi
xahiş edin. Fincanlar arasında
hansı fərqi duyduqlarını şagirdlərdən
soruşun. Hansı fincandakı
su istifadə üçün daha təhlükəsizdir? Niyə? Fincanlardakı sudan
istifadənin nəticələri
hansılardır?
Verilmiş suallara cavab almadan öncə şagirdlərə düşünmək
üçün 1 dəqiqə
vaxt verin. Sonra şagirdlər
cütlüklərə bölünərək
fikirlərini və cavablarını tərəfdaşları
ilə müqayisə
etməlidirlər. Nəhayət, şagirdlərdən fikirlərini
siniflə bölüşməyi
xahiş edin.
Diferensiasiya və alternativ tapşırıqlar
Alternativ tapşırıq olaraq şagirdlərə cavabları
və müşahidələrini
öz dəftərlərində
və ya vərəqlərdə yazmağı
təklif edin. Vərəqləri dərsin axırına qədər saxlayın ki, şagirdlər öyrəndikləri və
gördükləri mövzu
üzrə fikirləşsinlər
və ya hansısa cavabın dəyişdiyini bilsinlər.
Təlim tapşırığı - 10 dəq.
Suyun çirklənməsi
anlayışını izah
edin və ya əyani surətdə
göstərin. Məsələn, “Suyun çirklənməsi
elə vəziyyətdir
ki, bu zaman
istənilən su mənbəyinə (çaylar,
göllər, okeanlar)
canlı varlıqlar üçün ziyanlı
olan maddələr düşür”. Suyun çirklənməsini
heç də həmişə görmək
mümkün olmadığını
izah edin.
Təmiz və çirklənmiş
su şəkillərini
nümayiş etdirin (şəkillərə bax). Şagirdlərdən şəkilləri müqayisə
etməyi xahiş edin. Onlar bu şəkilləri
hansı sözlərlə
təsvir edərdilər.
Şagirdlərə harada təmiz
və harada çirkli suyun təsvir olunduğu yeri müəyyən etməyi təklif edin.
Diferensiasiya və alternativ tapşırıqlar
Şagirdlərə çirkli su şəkilləri ilə
bağlı sual vermələrini təklif
edin.
Təlim tapşırığı - 15 dəq.
“Əlavə 2”-dəki paylama materiallarını bölüşdürün
və şagirdlərə
suyun çirklənmə
səbəbləri ilə
tanış olmağı təklif edin. Şagirdlərə suyun çirklənmə
səbəblərini zərərin
miqyasına görə
sıralamağı təklif
edin (kəsib onları partanın üzərinə düzmək
və ya vərəqdə yazmaq olar).
Tapşırığın məğzi ondan ibarətdir ki, şagirdlərə müxtəlif
səbəblər, fikirlər
irəli sürmək
və yalnız düzgün cavab vermək deyil, həmçinin öz seçimlərini izah etməyə hazır olmaları təklif edilir. Sonra bir neçə
şagirddən öz
ideyalarını siniflə
bölüşmələri xahiş olunur.
Təlim tapşırığı - 25 dəq.
Dünyada təmiz suya əli çatmayan insanlar var. Bunun bir sıra səbəbləri
var və suyun çirklənməsi
onlardan biridir.
Dünyanın təmiz su hövzələrini
göstərən xəritəsini
paylayın və ya ekranda şəklini
göstərin. İzah edin ki, xəritədə
insanların Yer kürəsində təmiz
sudan istifadə
imkanları göstərilir.
Şagirdlərdən aşağıdakı suallara
cavab verməyi xahiş edin. Yəqin
ki, onlara ölkələrin adı
olan adi dünya xəritəsi lazım olacaq:
* Onların ölkəsi harada yerləşir? Təmiz su yerləşməsini göstərən xəritədə
həmin ölkəni
tapın.
* Təmiz sudan
yaxşı istifadə
imkanları olan ölkələr harada yerləşir? Cavab verərkən qitələrin
və cəhətlərin
adlarından istifadə
edin.
* Təmiz sudan
daha az istifadə
imkanları olan ölkələr harada yerləşir? Cavab verərkən qitələrin
və cəhətlərin
adlarından istifadə
edin.
* Bütün dünya üzrə təmiz sudan istifadə
imkanları nə dərəcədə eynidir?
Bu hamı üçün
əlçatandırmı?
Təlim tapşırığı - 5 dəq.
Əgər vaxtınız qalarsa,
şagirdlərdən xəritəyə
baxarkən ilk ağla
gələn sualı yazmağı xahiş edin (Sualları lövhəyə və ya sinfin divarlarına
bərkitmək üçün
yapışqanlı kağızlardan
istifadə etmək olar). Sinif yoldaşlarının bu suallara cavab verə biləcəklərinə
nəzarət edin və ya bu
suallardan ev
tapşırığının tədqiqatında və ya gələcək məşğələlərin mövzusu kimi istifadə edin. Əgər vaxtınız
varsa, dərsin əvvəlində qoyulmuş
suallara qayıtmağı
təklif edin, onların fikrincə çirkli sulardan istifadənin hansı nəticəsi ola
bilər.
Qlobal məqsədlərə çatmaq
üçün fəaliyyətə
başlayın
Müəllim olaraq sizin şagirdlərin müsbət
enerjisini düzgün
istiqamətləndirmək və
onları aciz olmadıqlarına, dəyişikliyin
mümkün olduğuna
inandırmaq imkanınız
var. “Design for Change” hərəkatı tərəfindən keçirilən
“Mən bacarıram” məktəb müsabiqəsi
uşaqları əməkdaşlığa
çağıraraq öz
mühitlərində dəyişikliklər
etməyə və öz təcrübələrini
dünyadakı uşaqlarla
bölüşməyə dəvət edir.
Başlamaq üçün www.dfcworld.com saytına
daxil olun.
“Design for Change”in
dərslər və ya şagirdlərə sərbəst fəaliyyətləri
üçün www.globalgoals.org/ worldslargestlesson sayta daxil olun.
Əlavə 2.
Su çirklənməsinin səbəbləri
* Bulaqlara və çaylara axıdılan
zibil tullantısı.
* Dağ mədənlərində
fəaliyyət zamanı
çaylara və bulaqlara axıdılan kimyəvi maddələr.
* Güclü yağışlardan
sonra bulaq və çaylara axan torpaq.
* Fermer təsərrüfatlarının
bulaqlara və çaylara axıdılan
tullantıları və
kimyəvi maddələri.
* Müəssisələrdən bulaq
və çaylara axıdılan isti su.
* Havada yağış damcıları ilə qarışan
ziyanlı tüstülərin
mənbəyi olan maşınlar, təyyarələr
və elektrik istehsalı məqsədləri
üçün yandırılan
faydalı qazıntılar.
* Bəzən su mənbələrinə sızan
torpaqdakı zərərli
kimyəvi maddələr.
* İri su hövzələrinə düşən
plastik torbalar.
* Evdə istifadədən sonra borulardan torpağa sızan məişət kimyası.
* Paltar istehsalında istifadə olunan boyaların bulaq və çaylara
axıdılması.
* Təmiz su ilə
qarışmış təmizlənməmiş
məişət axıntı
suları.
* İnsanların və heyvanların sudan
birgə istifadə etməsi; onların ifrazatlarının su ilə qarışması.
* Tankerlərdən okeana neft axıntısı.
* Okean və göllərə
atılan zibil.
* Yemək hazırlanması
zamanı çanaqda yuyulan yağ.
Əhalinin say faizini nəzərə
alaraq 2010-cu il
üçün təkmilləşdirilmiş
içməli su mənbələrinə çıxışı
əks etdirən və su ehtiyatlarının
öz əksini tapdığı dünya
xəritəsi (xəritəyə
bax).
Əlavə resurslar:
Suyun çirklənməsi barədə
məlumatlar:
www.eschooltoday.com/pollution/water-pollution/what-is-water-pollution.html
* Uşaqlar üçün suyun çirklənməsi
barədə məlumatlar:
www.water-pollution.org.uk/
* Suyun çirklənməsi
barədə video :
www.youtube.com/watch?v=lgLIMaZAJj0
* “Creek
Freaks” hərəkatdan su
müdafiəçilərinin videosu: www.youtube.com/watch?v=MLKsifjwPG4
* Su ilə bağlı oyun və tapşırıqlar:
* Şagirdlər üçün:
www.water.epa.gov/learn/kids/drinkingwater/kids_4-8.cfm
* Müəllimlər üçün:
www.water.epa.gov/learn/kids/drinkingwater/teachers_4-8.cfm
* Su süzülməsi üzrə
eksperiment və animasiya çarxı:
www.epa.gov/safewater/kids/flash/flash_filtration.html
* Eksperimentin videosu:
www.youtube.com/watch?v=OMZpzcItQkc
* Sudan xlorun təmizlənməsi
üzrə eksperiment:
www.education.com/science-fair/article/water-purification-filtration/
* Suyun çirklənməsi
barədə əlavə
saytlar: www.eschooltoday.com/pollution/water-pollution/what-is-water-pollution.html
*
www.water-pollution.org.uk/
Qeyd: Xatırladırıq ki, müəllimlər YUNESKO-nun “Qlobal
məqsədlər” dərslərini
münasıb bildikləri
və ya imkanları
olduqları vaxt keçə bilərlər.
Təqdim olunan materiallar
dərsləri keçməkdə
müəllimlərə kömək
edər. Onlar materialları
tədris üsullarına
və məktəb şəraitinə
uyğunlaşdırıb istifadə
etməkdə də müstəqildirlər. Materiallar
8-14 yaşlı uşaqlar
üçün hazırlansa
da onları istənilən yaş qrupuna uyğunlaşdırmaq olar.
Azərbaycan müəllimi.- 2019.- 1
fevral.- S.6.