YUNESKO-nun “Qlobal məqsədlər” dərsləri
Yolu yarıya qədər
getmək mənasızdır: Minilliyin İnkişaf Məqsədlərindən
(MİM) Qlobal Məqsədlərə
“Şagirdləri
qazandıqları bilikləri xeyirli məqsədlər naminə
istifadəyə yönəltmək lazımdır. Çətin
çağırışlardan qorxmayan yaradıcı insan
başqaları ilə əməkdaşlıqda qlobal problemləri
dərindən anlayaraq dünyada görmək istədiyimiz dəyişikliklərin
başında duracaq. Ən yüksəkdəki buluda tərəf gedin, ona çata bilməsəniz
də yüksək dağın zirvəsində
olacaqsınız”.
Şeri İneson,
Yeni Zelandiya qızlar üçün
Sautlend orta məktəbinin
müəllimi
VI DƏRS
Fənn: Sosial araşdırmalar, vətəndaşlıq,
coğrafiya
Təlim
nəticələri:
* Qlobal Məqsədlər haqqında təməl biliklərə
malik olmaq.
* Qlobal Məqsədlərin təsiri haqqında
düşünmək.
* Qlobal Məqsədlərlə
Minilliyin İnkişaf Məqsədləri arasındakı əlaqəni
müəyyən etmək.
* Niyə
Qlobal Məqsədlər Minilliyin İnkişaf Məqsədlərilə
müqayisədə daha dayanıqlı olmağa yönəlmişdir.
Hazırlıq:
* Dərs
üçün Minilliyin İnkişaf Məqsədləri
barəsində təsəvvürləri olmalıdır.
* Dərsdən əvvəl
şagirdlər “Qlobal məqsədlərə giriş”
adlı animasiya filmini izləməlidir.
www.globalgoals.org/worldslargestlesson.
* Şagirdlər filmi izləməyiblərsə, dərs
planı qurarkən, dərsin ikinci yarısında filmin izlənməsi
üçün vaxt ayırmaq lazımdır.
* Təlim
tapşırıqları üçün əlavələri
çap edin
Ümumi vaxt - 60 dəq.
Yaş həddi:
11-14 yaş.
Təlim tapşırığı - 5 dəq.
“Pani” futbol klubu haqqında
qısametrajlı filmi izləyin (müddəti-5:15).:
*
https://vimeo.com/21871455
* youtube.com/watch?v=jU4oA3kkAWU
Bu film “Pani” futbol
klubunun yaranması haqqındadır. Pani -
Tailandda yerləşən kiçik adadır. Ada sakinlərinin ölkədə ən güclü
futbol komandalarından birini necə yaratdıqları
nümayiş etdirilir.
Şagirdlərdən
cütlüklərə bölünməyi və
aşağıdakıları müzakirə etməyi
xahiş edin:
* Filmdə
nədən bəhs edilir?
* Filmin qəhrəmanları
nəyə nail oldular?
*
Oğlanların xəyalını gerçəkləşdirən
amillər hansılardır?
* Filmin əsas
ideyası nədir?
Diferensiasiya və alternativ
tapşırıqlar
İnternetə çıxışınız yoxdursa,
Əlavə 1-də olan hekayədən istifadə edin.
Təlim tapşırığı - 10 dəq.
Əlavə 2-dən istifadə edin, Minilliyin 8
İnkişaf Məqsədini brilliant prinsipinə əsasən
düzün.
Bu,
MİM mövzularının çox əhəmiyyətlidən
az əhəmiyyətliyə doğru
brilyant formasında yerləşdirilməsi deməkdir.
Üstdə olan məqsəd çox əhəmiyyətli,
ondan sonra əhəmiyyətinə görə orta, altda isə,
fikrinizcə, ən az əhəmiyyətə
malik məqsəd yerləşdirilir.
Bu cür düzülüş brilliant formasına bənzəyir.
Düzülüş
variantları:
* Yerli səviyyədə
*
Respublika səviyyəsində
* Qlobal səviyyədə
* Əhəmiyyətlilik
prinsipinə əsasən
* Əldə
edilmiş nəticələr prinsipinə əsasən
* Gələcək
fəaliyyət prinsipinə əsasən.
Burada düzgün və ya yanlış cavablar yoxdur. Məqsəd
şagirdlərin ideyalarının öz aralarında
müzakirəsidir.
MİM tapşırıqlarını yerinə yetirdikdən
sonra dayanıqlı inkişafın Qlobal Məqsədlərinin
izahına keçin.
Diferensiasiya və alternativ
tapşırıqlar
Alternativ olaraq şagirdlərə 3 məqsədi
seçməyi təklif və ya 2 məqsədin
çıxarılmasını xahiş edin. Yuxarı sinif
və ya daha hazırlıqlı şagirdlər
düzülüş prinsiplərinə əsaslanaraq
tapşırığı bir neçə dəfə yerinə
yetirə və düzulüş prinsipindən asılı
olaraq fərqləri müzakirə edə bilərlər.
Təlim tapşırığı - 10 dəq.
İlkin ideyalarını qeyd etmək üçün
Qlobal Məqsədlər mövzusunda assosiativ baza xəritəsi
və ya hörümçək formasında diaqram
qurmağı şagirdlərdən xahiş edin.
Qlobal məqsədlər və ya problemlərin həllinə
yönəlmiş biliklərini orada qeyd etməyi şagirdlərdən
xahiş edin.
Qlobal məqsədlər haqqında eşitdikdə
şagirdlərin ağlına hansı şəkil, simvol və
ya rəng gəldiyini və ya hər hansı bir konkret məqsəd
(onunla bağlı problem) haqqında soruşun.
Şagirdlər öz ideyalarını xəritəyə
əlavə etməlidirlər.
Diferensiasiya və alternativ
tapşırıqlar
Əlavə olaraq “Bilirəm, bilmək istəyirəm,
öyrəndim” cədvəlini qurmağı şagirdlərdən
xahiş edə bilərsiniz. Şagirdlər
üç sütunlu cədvəl çəkib, Qlobal Məqsədlər
haqqında bildiklərini birinci sütunda, öyrənmək
istədiklərini ikinci sütunda qeyd edirlər. Nəzərə alın ki, II sütunu bütün
dərs boyu doldurmaq olar.
Dərsin sonunda Qlobal Məqsədlər haqqında yeni
biliklərini cədvəlin III sütununda qeyd etməyi
şagirdlərdən xahiş edin.
“Bilmək istəyirəm”
sütünunda qeyd olunmuş maraqlı ideyaları növbəti
dərsin əsası kimi istifadə etmək olar.
Təlim tapşırığı - 20 dəq.
Qısa müsahibələr. Şagirdləri 6 nəfərlik
qruplara bölün. Hər şagirdə
“Əlavə 3”-ün sürətini verin. Şagirdlərə
materialla tanış olmaq üçün
3 dəqiqə vaxt verin. Əmin olun ki, onlar
materialın məzmununu anlayırlar. Şagirdlər
anlamadıqlarını sizdən soruşa bilər. Sonra qrup daxilində cütlüklər
yaratmağı xahiş edin. Mövzuları
bir-birinə qısaca şərh etmək üçün
şagirdlərə əlavə 1 dəqiqə vaxt verin.
Daha sonra tərəf-müqabilini dəyişərək
digər mövzuları dinləməyi şagirdlərə təklif
edin. Əsas fikirləri və ideyaları qeyd etməyi
xahiş edin. Qısa müsahibənin məqsədi
bütün mövzuları dinləmək və əsas
ideyaları assosiativ xəritədə qeyd etməkdir. Mümkündürsə, ilkin fikirlərindən fərqləndirmək
məqsədilə qeydləri başqa rəngdə olan qələmlə
aparmağı şagirdlərdən xahiş edin.
Diferensiasiya və alternativ
tapşırıqlar
Şagirdlər həmçinin “Görmək istədiyimiz
dünya” tapşırığından da istifadə edə
bilərlər. Bu tapşırıq uşaq və gənclər
üçün Qlobal Məqsədlərin şərhidir.
www.globalgoals.org/worldslargestlesson.
Təlim tapşırığı - 5 dəq.
Qlobal Məqsədlərin
mövzuya dair mümkün nəticələri barəsində
düşünməyi şagirdlərə təklif və
öz ideyalarını və fikirlərini xəritədə
qeyd etməyi xahiş edin. Məqsədlərə əməl
olunduğu halda, 5 il sonra baş verə biləcəklər
barəsində düşünməyi xahiş edin.
Diferensiasiya və alternativ
tapşırıqlar
Daha
hazırlıqlı şagirdlərə 5, 10, 15 il sonrakı situasiya barədə
düşünməyi təklif edin. Onlar necə
fərqlənəcək? Tapşırığı
genişləndirib “Qlobal Məqsədlərin müsbət nəticəsinə
nə mane ola bilər?” sualları ətrafında
düşünməyi şagirdlərə təklif etmək
olar.
Təlim tapşırığı - 10 dəq.
Dərsin yekununda şagirdlərə “Əlavə 4”-dən
17 Qlobal məqsədi nümayiş etdirin. Şagirdlərə
onları brilliant prinsipinə əsasən düzməyi
xahiş edin. Nəticələr nə dərəcədə
oxşardır?
Sualları
müzakirə etməyi şagirdlərə təklif edin:
* Qlobal məqsədlər
MİM-dən nə ilə fərqlənir?
*
Dayanıqlı inkişaf nədir və nəyə görə
Qlobal Məqsədlər MİM-dən daha
dayanıqlıdır?
* Niyə
Qlobal Məqsədlər MİM-dən daha uğurlu ola bilər?
* Dərsin
əvvəlində nümayiş olunmuş hekayə və
Qlobal Məqsədlər haqqında düşünməyi
şagirdlərə təklif edin. Onlar
arasında hansı əlaqə var?
* Nə
üçün Qlobal Məqsədlərdə iştirak daha
vacibdir?
* Şagirdlər “Qlobal Məqsədlər” Facebook səhifəsində
assosiativ xəritələri paylaşa bilərlər.
Əlavə
1
“Pani” Futbol klubu. Pani Cənubi Tailandda dirəklər üstündə
üzən kiçik bir kənddir. 1986-cı
ildə bu kəndin oğlanları mövcud normalara
qarşı çıxan və gələcək nəsilləri
ruhlandıran addım atıblar. Pani hər
tərəfdən su ilə əhatə olunduğu
üçün idman növlərindən burada yalnız
qayıqsürmə və balıqtutma inkişaf etmişdi.
Lakin oğlanlar futbol vurğunu idilər. Bir gün
oğlanlar müstəqil futbol komandası yaratmağı qərara
alır. Kəndin oğlanları
çempion olmağı arzulayır. Kənd
camaatı isə bu ideyanı sadəlöhvlük adlandırıb,
gülürdü. Panidə bu günə
qədər belə bir şey olmamışdı, suda dirəklər
üzərində yerləşən kənddə futbol
komandasının yaradılması mümkünsüz
görünürdü. Oğlanlar
anladılar ki, kənd camaatı həqiqəti deyir. Kənddə futbol oynamaq və məşq etmək
mümkün deyildi, bu məsələnin həlli
üçün yer də yox idi.
Oğlanlardan ibarət futbol komandası var idi, amma bu
komandanın oynaması üçün futbol
meydançası yox idi. Oğlanlar kəndi gəzib taxtalar
topladılar, bu taxtaları bir-birinə bağlayıb suda sal
düzəltdilər. Onlar meydançanı
axşamlar dərsdən sonra hazırlayırdılar. Taxtadan yığılmış meydançanın
nahamar və təhlükəli olmasına baxmayaraq,
oğlanların şəxsi futbol meydançası var idi.
Meydançanın bəzi yerlərində
mismarlar görünürdü. Oğlanlar
da, top da tez-tez suya düşürdü. Onlar
sürüşkən nəm yerdə oynamaq məcburiyyətində
idilər. Meydança kiçik olduğu
üçün komanda texnikasını inkişaf etdirdi.
Kəndin camaatı isə öz fikirlərindən
dönmürdü, bu komandanın nahamar meydançada məşq
etməklə çempion olacağına inanmırdı.
Bir gün oğlanlar materikdə keçiriləcək
bir günlük futbol turnirinin elanını gördülər. Komanda bu
turnirdə iştirak üçün səriştəli
olduğundan əmin deyildi, lakin iştirak etmək qərarına
gəldi. Oğlanlar bütün kəndin
onların məşqlərini izlədiyindən bixəbər
idi. Kənd camaatı köməkləşərək
turnirdə iştirak üçün komanda üzvlərinə
futbol təchizatı aldı. Bəziləri
isə oğlanları dəstəkləməq məqsədilə
materikə getdi.
Oyun başlayan kimi oğlanlar düşündüklərindən
daha yaxşı oyun nümayiş etdirdiklərini anladılar. Onlar
yarımfinala çıxdılar. Matç
pis başladı, güclü yağış
yağırdı, onların butsları su ilə doldu. Rəqib komanda isə kifayət qədər
istedadlı idi. Oyunun yarısına rəqib
komanda artıq iki top vurmuşdu. Komanda
özünə güvəni itirmişdi və nə edəcəyini
bilmirdi.
Oyunun ikinci yarısında komanda üzvləri
butslarını soyunmağı qərara aldı. Oğlanlar məşqlərdə
də ayaqyalın oynayırdılar, məhz buna görə
daha sürətli oynamağa başladılar. Tezliklə onlar hesabı bərabərləşdirdilər.
Son dəqiqələrdə vurulan top rəqib komandaya qalibiyyət
gətirməsinə baxmayaraq, Pani kəndi
öz komandası ilə fəxr edirdi. Tezliklə
futbol Panidə ən məşhur hobbiyə çevrildi.
Kənd camaatı komanda üçün yeni,
hamar və böyük futbol meydançası inşa etdi.
”Pani” futbol klubu Cənubi Tailandda ən
yaxşı futbol klubları siyahısındadır. Bu komanda 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010-cu illərin
gənclər çempionatının qalibidir.
Əlavə
2
MİM 1:
Yoxsulluğun və aclığın aradan
qaldırılması.
MİM 2:
İbtidai təhsilin təmin edilməsi.
MİM 3:
Qadın və kişi bərabərliyinin
rəğbətləndirilməsi, qadınların hüquq və
imkanlarının genişləndirilməsi.
MİM 4:
Uşaq ölümünün azaldılması.
MİM 5:
Analığın mühafizəsinin yüksəldilməsi.
MİM 6:
QİÇS, malyariya və digər xəstəliklərlə
mübarizə.
MİM 7:
Ekoloji dayanıqlığın təmin edilməsi.
MİM 8:
İnkişaf məqsədilə qlobal əməkdaşlığın
formalaşdırılması. Məqsədlər
yazılmış kartları kəsin, çox əhəmiyyətlidən
az əhəmiyyətliyə olmaqla
düzün. Yolu yarıya qədər getmək mənasızdır:
Minilliyin İnkişaf Məqsədləri yazılmış
kartları kəsin, çox əhəmiyyətlidən az əhəmiyyətliyə olmaqla
düzün.
Əlavə
3
Dayanıqlı inkişafın qlobal
məqsədləri
Mövzu 1. Yoxsulluq (Qlobal məqsəd 1 - Yoxsulluğa son; Qlobal məqsəd
- 10 Qeyribərabərliyin azaldılması)
Mövzu
2: Fərdi sağlamlıq və rifah (Qlobal məqsəd 2 -
Aclığa son; Qlobal məqsəd 3 - Sağlam həyat tərzi;
Qlobal məqsəd 6 - Təmiz su və sanitariya)
Mövzu
3: Təhsil, bacarıqlar və iş (Qlobal məqsəd 4 -
Keyfiyyətli təhsil; Qlobal məqsəd 8 - Layiqli iş və
iqtisadi artım)
Mövzu
4: Ədalətli dünya (Qlobal məqsəd 5 - Gender bərabərliyi;
Qlobal məqsəd 16 - Sülh, ədalət və
güclü institutlar)
Mövzu
5: Dayanıqlılıq (Qlobal məqsəd 7 - Ucuz və təmiz
enerji; Qlobal məqsəd 9 - Sənayeləşdirmə,
innovasiya və infrastruktur; Qlobal məqsəd 11 - Davamlı
inkişaf edən şəhərlər; Qlobal məqsəd 12
- Düşünülmüş istehlak və istehsal; Qlobal məqsəd
17 - Dayanıqlı inkişaf naminə tərəfdaşlıq)
Mövzu 6: Ətraf mühit (Qlobal məqsəd 13 - İqlim dəyişikliyi ilə mübarizə; Qlobal məqsəd 14 - Su altında həyat; Qlobal məqsəd 15 - Yer üzündə həyat).
Azərbaycan müəllimi.- 2019.-
15 fevral.- S.13.