Sağlam rəqabət
və innovativ fəaliyyət
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum oldu
Son illər ölkəmizin təhsil sistemində aparılan keyfiyyət dəyişikliklərinin əyani
nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin
həyata keçirilməsi
müsbət ənənəyə
çevrilib. Bu il artıq üçüncü dəfədir ki, keçirilən təhsildə
inkişaf və innovasiyalar üzrə qrant layihəsinin də təhsil müəssisələri
və müəllimlərin
bu sahədə xüsusi fəallığına
səbəb olduğunu
deyə bilərik.
İyulun
3-də Təhsil
Nazirliyində təhsildə
inkişaf və innovasiyalar üzrə
3-cü qrant
müsabiqəsinin yekunlarına
həsr olunmuş brifinqdə də diqqətçəkən əsas
məqamlardan biri layihənin paytaxt Bakı ilə yanaşı, ölkəmizin
bütün regionlarını əhatə etməsi oldu.
Təhsil Nazirliyinin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov layihənin nəticələri
və qaliblər barədə məlumat verərkən qeyd edib ki, müsabiqənin
keçirilməsində əsas məqsəd ümumtəhsil
müəssisələri və
ümumtəhsil müəssisələrində
işləyən pedaqoji
işçilərin
fəaliyyətinin stimullaşdırılması,
onlar arasında rəqabətin yüksəldilməsidir. Adından da göründüyü kimi, bu, inkişaf və innovasiya müsabiqəsidir.
Bu il 200 ümumtəhsil
müəssisəsi və
678 pedaqoji işçi
öz innovativ və inkişafa yönəlik layihələri
ilə müsabiqəyə
qatılıblar.Təhsil Nazirliyinin Təşkilat Komitəsi tərəfindən
yaradılan Ekspert qrupu bu layihələri qiymətləndirib.
Ümumilikdə isə
53 təhsil
müəssisəsi
və 115 pedaqoji
işçinin layihəsi
müsabiqənin şərtlərinə
uyğun, daha rəqabətli və daha innovativ
inkişafa yönəlik
olduğu üçün
qrant layihəsinin
qalib elan olunublar. Bu layihələrin
icrasına avqustun 1-dən
etibarən başlanılacaq
və layihələr
özlüyündə müxtəlif dövrlərdə
icra olunacaq, onların icra müddəti isə bir ili əhatə
edir.
Elektronlaşan
müraciət
Məlumdur
ki, son illərdə təhsil sahəsində icra olunan layihələrin böyük
qismi həm də vətəndaş məmnunluğunun təmin
olunması faktoruna əsaslanır.
Təhsildə inkişaf
və innovasiyalar üzrə 3-cü qrant layihəsi də bu məmnunluğu təmin edib. O.Abbasovun sözlərinə görə, bu il keçirilən müsabiqənin öncəki
müsabiqələrdən əsas fərqi ondan ibarətdir ki, bu il istər müraciətlərin qəbulu, istər layihələrin qiymətləndirilməsi - yəni proses başdan sona qədər elektronlaşıb. Yəni iştirakçılar
grant.edu.az portalı vasitəsilə
qeydiyyatdan keçib, öz ərizələrini
elektron qaydada yerləşdirib. Ekspert komissiyası isə qiymətləndirmə
prosesini tam elektron şəkildə
həyata keçirib.
Mükafatlandırma
Qeyd edilməlidir ki,
müsabiqə özlüyündə
6 sahə üzrə keçirilir, bu sahələr istər idarəetmənin təkmilləşməsi, istər sağlamlıq imkanları
məhdud şagirdlərlə
iş, istedadlı işaqların bacarıqlarının
üzə çıxarılması,
eyni zamanda qiymətləndirmə kimi
sahələri əhatə
edir. Sektor müdiri bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qərara əsasən layihələrə
ayrılan mükafatların
həcmi - pedaqoji işçilərin təqdim
etdiyi layihələr üçün 10 min manata qədər, ümumtəhsil
müəssisələrinin layihələri üçün isə maksimum 100 min manat civarında ola bilər. “Ancaq builki müsabiqədə biz ümumi şərti rəqəm desək, pedaqoji işçilər
üçün orta
rəqəm 3000 - 3500 manat, ümumtəhsil
müəssisələri üçün
isə 15- 20 min manat arasında dəyişib. Təbii ki, hər bir layihənin
öz fəaliyyət
istiqamətinə və
smetasına uyğun olaraq büdcələri var. Bütünlükdə
müsabiqə qaliblərinin
mükafatlandırılması üçün hər il dövlət büdcəsindən
1 milyon manat vəsait ayrılır”.
Xarakterik istiqamətl
Təhsil
sistemimizdə davamlı
islahatların və müsbət dəyişikliklərin
baş verdiyi indiki şəraitdə ümumtəhsil müəssisələrini
və pedaqoji işçiləri hansı xarakterik
innovasiyalar və layihələr
maraqlandırır? O.Abbasovun sözlərinə görə, əslində qrant müsabiqəsi
innovasiya və inkişafla bağlı olduğundan onların bəziləri barədə
danışmaq olar. Məlumdur ki, son zamanlar ölkəmizdə
şagirdlərimizın böyük
marağına səbəb
olmuş olimpiadaların, eləcə də Beynəlxalq olimpiadalarda medallarımızın
sayı da artır. Buna görə də bir çox müəllimlərimiz, mütəxəssislərimiz tərəfindən
təqdim olunan layihələr - istər respublika fənn olimpiadaları, istər beynəlxalq olimpiadalara hazırlıq, ümumi vəsaitlərin,
məktəblər tərəfindən
məktəbdaxili qiymətləndirmənin
həyata keçirilməsi üçün veb səhifələrin, portalların, audio dərsliklərin hazırlanması, bununla yanaşı, ümumtəhsil müəssisələrində
çalışan pedaqoji
işçilər və
istedadlı şagirdlər
üçün təşkil
olunacaq yay məktəbləri, təlim
proqramları - bunların
hər biri öz spesifikliyi ilə bizim üçün innovativlik və inkişafa yönəlikdir.
Əhatəsi genişlənən yaradıcı
müsabiqə
İstənilən
layihənin uğurlu icrasını təmin edən mühüm amillərdən biri həm də onun əhatəliliyinin genişləndirilməsidir. Orxan Abbasova görə, sevindirici xəbər odur ki, builki müsabiqəyə ölkəmizin
demək olar bütün şəhər və rayonlarından olan ümumtəhsil məktəbləri
və pedaqoji işçilər tərəfindən
müraciətlər daxil
olub. “Bu, ondan xəbər verir ki, artıq respublikada bütün ümumtəhsil müəssisələri
və pedaqoji işçilər
layihədən xəbərdardırlar. Biz ümid edirik ki, gələcəkdə
müraciətlərin sayı
artacaq, eyni zamanda biz kəmiyyət artımı
ilə yanaşı keyfiyyətin də yüksəlməsini
müşahidə edə
biləcəyik”.Qalib layihələrə gəlincə,
onlar əsasən
44 rayon
və şəhərdən olan ümumtəhsil
müəssisələrini və pedaqoji işçiləri
əhatə edir. Qalib layihələri olan ən fəal rayon və şəhərlər
Bakı, Gəncə,
Sumqayıt, Lənkəran,
Quba, Masallı, Bərdə, Şəki, Göygöl və ŞəmkirdirÜmumtəhsil məktəbləri
üzrə qalib layihələrdən Bakıdakı 216 nömrəli
tam orta məktəbin “Dünya Uşaq Ədəbiyyatının Səsli
Kitabxanası”,
6 nömrəli məktəb-liseyin
“Ümummilli lider Heydər Əliyevə həsr olunmuş məktəblilərarası Fibonacci
intellektual yarışı”
- II mövsüm, Bakıdakı S.Bəhlulzadə adına
Xarici dillər təmayüllü gimnaziyanın
“STEM - Yay məktəbi”, Füzuli rayon 50 nömrəli tam orta məktəbin “Sabaha uzanan
əllər - Robototexnika
Mühəndisliyi Akademiyası”, Cəlilabad şəhər
8 nömrəli məktəb-liseyin
“Oxu və riyaziyyatın tədrisi metodikasında yeni yanaşmalar”, Gəncə şəhər
26 nömrəli məktəb-
liseyin “Robotiks”, Lənkəran şəhər S.Kazımbəyov
adına 6 nömrəli tam orta məktəb-liseyin “İstedadlı uşaqlara
dəstək olaq!”, Qax rayon İlisu
kənd Nizami adına tam orta məktəbin “Uğurlu nəticə üçün doğru strategiya”, Şamaxı şəhər
10 nömrəli tam orta məktəbin “Müəllimlərin STEM tədrisi
bacarıqlarının təkmilləşdirilməsi”, Salyan rayon Arbatan kənd
E.Ağayev adına tam orta məktəbin “Məktəb icmalarının
inklüziv təhsillə
bağlı maariflənməsi” kimi layihələri
göstərmək olarFərdi
kateqoriya üzrə qalib gəlmiş layihələrdən isə
“Yeniyetmələrin Beynəlxalq
Elm Olimpiadaları üçün Fizika üzrə hazırlıq
vəsaiti”,
“Müasir məktəb
idarəçiliyində innovativ
yanaşmaların tətbiqi”, “Məktəblilərə
robototexnika və mühəndislik biliklərinin
aşılanması”, “Oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi
vasitəsi”,
“Robototexnika” laboratoriyasının
yaradılması, “Yeniyetmələrin
Beynəlxalq Elm Olimpiadası”na hazırlıq
üçün müasir
tədris resursu, “Kiçik Akademiya tədqiqatçıları” müsabiqəsinin keçirilməsi
, Təbiət Fənlərinin
Tədqiqat və STEM əsaslı tədrisinə
aid metodik vəsaitin hazırlanması, “Səsli dərslik” mobil tətbiqi, “Müasir təhsilin idarə olunması” proqramı və digər layihələri göstərmək
olar.
Sonda qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir
Oruc Mustafayev
Azərbaycan müəllimi.-
2019.- 5 iyul.- S.1-4