Təhsil naziri Böyük
Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
İyulun 22-də Təhsil naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Kroftsla onun ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə goruşüb.
Görüşdə Azərbaycan
və Böyük Britaniya
arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə
edilib. Təhsil naziri Ceyhun Bayramov iki ölkə arasında təhsil sahəsində
əlaqələrin inkişaf etdirilməsinə
verdiyi töhfəyə görə səfirə
təşəkkürünü bildirib və
ona gələcək fəaliyyətində
uğurlar arzulayıb.
Azərbaycan
müəllimi.- 2019.-26 iyul.- S.2.