“Azərbaycan məktəbi”
jurnalının keçmiş nüfuzu
qaytarılır
95 il
elmi-pedaqoji mühitin tərbiyəsində
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin elmi-nəzəri,
pedaqoji jurnalı olan “Azərbaycan
məktəbi”nin bu il 95 yaşı tamam olur. Mətbuat tariximizin
ən uzunömürlü
elmi jurnalı hesab olunan bu
dərgi 1924-cü ildə
“Yeni məktəb” adı ilə fəaliyyətə başlayıb.
1930-cu ildən “Müəllimə
kömək”, 1943-cü ildən “Azərbaycan
məktəbi” adı
ilə çap olunur.
Jurnal
95 il müddətində təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə
işinin keyfiyyətinin
yüksəldilməsində, mütərəqqi tədris
metod və formalarının təbliğində,
qabaqcıl təcrübənin
öyrənilib yayılmasında,
görkəmli alimlərin
fikir və ideyalarının cəmiyyətə
təqdim olunmasında,
elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli
rol oynayıb. Ötən əsrin əvvəllərində
Azərbaycanda inkişaf
edən maarifçilik
ideyaları, yaranan yeni məktəblər, elmə, təhsilə olan marağın artması elm adamlarının
elmi əsərlərlə
çıxış etmələrini
də şərtləndirirdi.
Xalqın mütərəqqi ziyalılarının elmi
nəşrlər ətrafında
birləşib, öz
elmi fikir və düşüncələrini
oxuculara çatdırmaq
zərurəti yaranmışdı.
“Azərbaycan məktəbi” jurnalı da maarifçiliyin, elmə, təhsilə yeni yanaşmanın getdikcə vüsət aldığı bir zamanda meydana çıxdı və öz ətrafında dövrünün ən görkəmli alimlərini
birləşdirdi. Fəaliyyətinin ilk illərindən jurnala elmi-pedaqoji aləmdə nüfuzu olan alimlər, pedaqoji sahənin mütəxəssisləri
rəhbərlik edib.
Baş redaktorlar
Jurnalın ilk baş redaktoru Mustafa Quliyev olub. 1928-1929-cu illərdə
ona Abbas Sultanov, 1930-cu ildə Qılıncinski, 1932-ci ildə
Mikayıl Rəhimli,
1935-1936-cı illərdə Pənah Qasımov,
1937-1940-cı illərdə İsmayıl Qasımov,
1940-cı ilin sonlarında
Rüstəm Hüseynov,
1941-1943-də Laləzar Mustafayeva,
1947-də Ə.M.Qafarlı, 1948-1963-cü
illərdə Rüstəm
Hüseynov, 1963-1974-cü illərdə
Əkbər Mirzəyev,
1974-1981-ci illərdə Əjdər
Ağayev, 1981-2006-cı illərdə
Zəhra Əliyeva,
2006-2018-ci illərdə Nəcəf
Nəcəfov rəhbərlik
edib. Hazırda jurnalın baş
redaktoru Rahil Nəcəfovdur.
Məqalələri dərc olunan dünya şöhrətli
alimlər
Azərbaycan ictimai fikrinin tanınmış simaları
- Bəkir Çobanzadə,
Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Tağı Şahbazi Simürğ, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Məmməd Arif, Məmməd Cəfər, Əşrəf
Hüseynov, Məmmədağa
Şirəliyev, Əbdüləzəl
Dəmirçizadə, Abasqulu
Abbaszadə, Maqsud Cavadov, Cümşüd Zülfüqarlı,
Mehdi Mehdizadə, Əhməd Seyidov, Ağəmməd Abdullayev,
Feyzulla Qasımzadə,
Həmid Araslı, Əkbər Bayramov, Budaq Budaqov, Mərdan Muradxanov, Bəşir Əhmədov,
Yusif Talıbov, Əliheydər Həşimov,
Əjdər Ağayev,
Əbdül Əlizadə,
Nurəddin Kazımov,
Yəhya Kərimov, Hüseyn Əhmədov və digərləri jurnalla sıx əməkdaşlıq əlaqələri
qurub, özlərinin elmi fikirlərini, pedaqoji təcrübələrini
məhz bu məcmuə vasitəsilə
oxuculara çatdırıblar.
XX əsrin 70-80-ci illərində
“Azərbaycan məktəbi”
jurnalı Sovetlər Birliyinin ən nüfuzlu pedaqoji nəşrləri sırasında
yer alırdı. Keçmiş
ittifaqın tanınmış
pedaqoq alimlərinin (keçmiş
SSRİ Maarif naziri Mixail Prokofyev, Rusiyanın görkəmli
alimləri, akademiklər Yuri Babanski, Artur Petrovski, Meşşannikov, Mirzə
Maxmutov, Vladimir Adoratski,
Valeri Alekseyev, Aleksey Bodalyov, Vladimir Favorski, İvan Kairov, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir
üzvləri Daniel Elkonin,
Aleksandr Kotalikov, professorlar Pyotr Fridolin, Boris Komarovski, Pavel Yakobson, Mixail Abramov, Aleksey Amossov, Leb İtelson,
Nadejda Krupskaya, Belorusiyadan
olan akademik Aleksandr Makovelski, Gürcüstandan akademik Şalva Amonaşvili, Azərbaycanın görkəmli
müəllimləri, məktəbşünasları
Sona Tağıyeva, Zahid Şöyübov, Məhər Quliyev, Zərbəli Səmədov,
Aliyə Təhmasib, Abuzər Ağayev, Yunis Zərgərli) əsərləri sistemli olaraq jurnalın səhifələrində yer
tutub. İttifaqın aparıcı elmi-pedaqoji
nəşrləri “Azərbaycan
məktəbi” jurnalında
dərc olunan yazılardan ardıcıl
olaraq iqtibaslar gətirib, buradakı elmi məqalələri öz səhifələrində
yerləşdiriblər.
“Special Issue” - xüsusi
buraxılışlar
Keçmiş sovet respublikaları arasında ilk dəfə olaraq “Azərbaycan məktəbi”
jurnalına əlavə
kimi müxtəlif illərdə 8 adda metodik məcmuə çap edilib. Həmin metodiki əlavələrin
bəziləri bu gün də dərc olunmaqdadır.
Dövrün tələblərinə uyğun olaraq ilk əlavə məcmuə
1947-ci ildən nəşrə
başlayan “Russkiy yazık i literatura
v Azerbaydjanskoy şkole”
məcmuəsi olub.
Bir neçə il sonra nəşrə
başlayan “Azərbaycan
dili və ədəbiyyat tədrisi”
(1954), “Fizika və riyaziyyat tədrisi” (1954), “Kimya və biologiya tədrisi” (1956), “Əmək
və politexnik təlim” (1958), “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” (1964), “İbtidai
məktəb və məktəbəqədər tərbiyə”
(1970), “Məktəbdə bədən
tərbiyəsi” (1976) məcmuələri
uzun illər müəllimlərin stolüstü
vəsaitinə çevrilib.
Qeyd edilməlidir ki, fənlər üzrə əlavə metodik məcmuələr nəşrə başlayana
qədər metodika
sahəsindəki yeni ideyalar yalnız bu jurnal vasitəsilə
təhsil ictimaiyyətinə
çatdırılırdı.
1990-cı illərin əvvəllərində
“Azərbaycan məktəbi”
jurnalı bir sıra problemlərlə üzləşib. Jurnalın bağlanmaq təhlükəsi
yaranıb. Yalnız
ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından (1993) sonra
ölkəmizdə bərqərar
olan sabitlik və davamlı inkişaf kursu sayəsində təhsilin
bütün sahələrində
olduğu kimi, pedaqoji mətbuat orqanlarının, o cümlədən
də “Azərbaycan məktəbi” jurnalının
normal fəaliyyət göstərməsinə
imkan və şərait təmin olunub.
Beynəlxalq nüfuzlu elmi indekslərdə
2018-ci ildən Təhsil
Nazirliyinin tövsiyəsi
ilə jurnalda məqalələrin işlənməsi
və qəbulu, tərtibat və dizayn sahəsində yeni standartlar tətbiq olunur. Jurnal beynəlxalq
nüfuzlu elmi indekslərdə indekslənir
və öz ənənələrinə sadiq
qalaraq maarifçilik,
fundamental elmi istiqaməti,
innovativlik təmayülünü
əsas götürür.
Hazırda ResearchGate, Index Copernicus, Google
Scholar, CiteFactor, DOAJ, Indeks
Copernicus İnternational, İdealonline,
COPE indekslərinə sahib olan
jurnalın yaxın gələcək üçün
hədəfi nüfuzlu
elmi bazaların -
SCOPUS, Web of Science-in istinad bazasına,
həmçinin pedaqogika
sahəsində nüfuzlu
elmi məqalələrin
bazası sayılan
“Social Science Citation”ın siyahısına
düşməkdir. Bu hədəfə çatmaq
üçün isə
qarşıda dayanan vəzifələrdən ən
mühümü beynəlxalq
standartlara cavab verən, Azərbaycanda və dünyada tanınan alimlərin, zəngin pedaqoji təcrübəyə malik
olan müəllimlərin
elmi məqalələrinin
çapına nail olmaqdır.
Jurnalda yer alan “Təhsil
siyasəti”, “Pedaqogika”,
“Metodika”, “Kurikulum”, “Psixologiya”, “Təhsil tarixi”, “Beynəlxalq təcrübə”, “Təhsil
texnologiyaları” rubrikalarının
hər biri Azərbaycan və dünya təhsilinin qabaqcıl tendensiyalarını,
(“Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası”, “Azərbaycan
Respublikasının milli
iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” kimi konseptual sənədləri, Azərbaycan
təhsilində son dövrlər
həyata keçirilən
genişmiqyaslı islahatların
nəticələrinin elmi
mahiyyətini, beynəlxalq
təcrübənin tətbiqi
imkanlarını, pedaqoji
təhsilin məzmununu,
pedaqoji kadr hazırlığının təşkilinə
qoyulan tələblərin
nəzərə alınması,
ümumtəhsil müəssisələrinin
ibtidai təhsil səviyyəsi üzrə
təhsil alan şagirdlərinin beynəlxalq
qiymətləndirmədə mövcud vəziyyətini,
Beynəlxalq məktəblərdə
qlobal vətəndaşlıq
təhsilinin liberal perspektivlərini,
eyni zamanda təhsil tariximizin bəzi mühüm məqamlarını) zəngin
tədqiqat faktlarını
əhatə edir.
Jurnala təqdim
edilən məqalələrin
orijinallığı xüsusi
proqramlar vasitəsilə
yoxlanılır.
Məqalələrin daha rahat axtarış
və istinad sistemini təmin etmək məqsədilə
DOİ (digital object identifier) nömrələri
alınır. Bu isə
imkan yaradır ki, müəlliflərin məqalələri dünya
kitabxanalarının, indeks
qurumlarının istinad
bazasında olsun.
Bu, elmi əlaqələrin
genişlənməsi, qlobal
elm, təhsil mühitinə
inteqrasiya olunmaq baxımından çox önəmlidir. Jurnalın www.journal.edu.az saytının da rolu danılmazdır.
Saytda yeni məqalələrlə
yanaşı, jurnalın
mövcud olduğu dövrlər ərzində
çap olunmuş məqalələrin də
arxivi yerləşdirilir.
Bu, təhsil tariximizin
öyrənilməsi baxımından
mühüm mənbə
kimi diqqət çəkəcək, eləcə
də təhsil tariximizi araşdıranların
işini asanlaşdıracaq.
Jurnalın perspektivinə, onun geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına əsas verən amillərdən biri də Azərbaycan dili ilə yanaşı, rus, ingilis, türk dillərində yazıların dərc olunmasıdır. Müxtəlif dillərdə dərc olunan yazılar jurnalın oxucu auditoriyasını genişləndirməklə bərabər, ona mövzu, yanaşma rəngarəngliyi gətirəcək, daha geniş müəllif dairəsinin yaranmasına yol açacaq.
Azərbaycan
müəllimi.- 2019.- 1 mart.- S.11.