Pedaqoq, alim, təşkilatçı

 

Tədqiqat sahəsi geniş və təhsilin sabahkı perspektivinə yönəlik

 

Roma  filosofu  Seneka  demişkən, uzun ömür  o  ömürdür ki, o, yaxşı  əməllərlə  doludur. Həyat  da  təmsil  kimidir, o da uzunluğu ilə  deyil, məzmunu ilə  dəyərlidir.  Çox  yaşamaq  deyil, yaxşı yaşamaq  lazımdır.  Hər  ömür  nemət  deyil, ancaq  yaxşı  yaşanmış  ömür  nemətdir.  Mənalı  ömür  o  ömürdür  ki, onun  hər  anından ağılla  istifadə  olunsun. Xeyirxah  işləri  görməyi sonraya saxlamaq lazım deyildir.

Belə bir deyim  var: dörd  adam  dörd əlamətlə tanınar: yazıçı yazısı, alim hikməti, hikmət sahibi əməli, həlim adam yumşaqlığı ilə. Amma haqqında söz açmaq istədiyimiz Hümeyir  Əhmədova şəxsiyyət  olaraq yanaşmaq üçün, bu  əməllərin  onun  simasında tamamilə  əks  olunduğunu görürük.

Onu tanıdığımız  illərdə (orta məktəb illərindən) bizi cəlb  edən iki  başlıca  məqamı  xüsusi  qeyd  etməliyik. Öncə  deyək ki, Hümeyirin  ürəyi  safdır, həsəddən, küdurətdən, kindən, ədavətdən, paxıllıqdan uzaqdır, bu, ziyalı üçün çox vacibdir. İkincisi, o, həmişə tələbkarlığı ilə yanaşı olaraq insanlara müsbət, pozitiv mövqedən yanaşır, dost gözü ilə baxır, onları özünə doğma hesab edir.

O, həm də peşəkar təhsil təşkilatçısıdır. Təhsil İnstitutunda rəhbərlik etdiyi elmi-pedaqoji kadr hazırlığı şöbəsinin elmi işi onun əməli fəaliyyətinin aynasıdır. Sənədləşmə və hüquqi-normativ bazanın təmin edilməsi baxımından onun peşəkarlığı rəhbərlik tərəfindən daim təqdir edilməkdədir.

Hümeyir Əhmədovun bütün çoxcəhətli fəaliyyətini xarakterizə edən başlıca meyar onun haqq və ədalət adamı olmasıdır. Böyük yunan filosofu  Aristotel zamanında ədalət anlamını belə ifadə etmişdir: “...Ədalət hər kəsin layiq olduğu haqqın ona verilməsidir”. Hümeyir müəllim də, uzun illər boyu aldığı təhsilin çalışmalarının, çalışqanlığının əvəzi kimi bu gün təhsilimizin aparıcı simalarından birinə çevrilmişdir, ən yüksək elmi ada, dərəcəyə layiq görülmüşdür, o, təhsil üzrə şərəfli professor adını daşıyır.

Hümeyir  müəllimin insani məziyyətlərindən bəhs edərkən onun pedaqoq, alim  və təşkilatçı xüsusiyyətlərini tamamlayan əsas məqamı unutmamalıyıq. Bu da insan kimi sadəliyi, səmimiliyi və ünsiyyət qura bilmək qabiliyyətinə malik olmasıdır ki, onu başqalarından fərqləndirir.

Səliqəli görkəmi, gülümsər siması, işgüzarlığı, incə yumor misalları, baməzə atmacaları, çevik təfəkkürü, yaradıcı təxəyyülü, maraqlı söhbətləri, yüksək nitq mədəniyyəti manerası və kreativliyi onun ziyalı ailəsində tərbiyə və təlim görməsindən qaynaqlanır.

Alim yaşıdları içərisində Hümeyir müəllim həm də xarici pedaqoji aləmlə ən çox ünsiyyətdə olan və tanınandır. O, PedaqojiSosial Elmlər Akademiyasının müxbir üzvü (2004), həqiqi üzvü (2007), Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü (2006), Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzv (2007),  Rusiya Hüquq Elmləri Akademiyasının (2008), Rusiya Federasiyasının Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü (2012), Rusiya Təbiətşunaslıq Akademiyasına  (2018) seçilməklə yanaşı, bir çox respublikaxarici elmi-pedaqoji jurnalların da redaksiya heyətinin üzvüdür.

Əldə etdiyi elmi zirvəyə  qədər H. Əhmədov uzun, sadə, ləyaqətli elm və təhsil pillələrindən keçmişdir. Hümeyir Əhmədov 14 avqust 1958-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhər 30 nömrəli orta məktəbin I sinfinə getmiş və 1975-ci ildə 246 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı  ordenli Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdur. İnstitutda ali təhsil almaqla yanaşı 1976-cı ildə Zaqafqaziya komsomol məktəbini “əla” qiymətlə bitirmiş, 1976-1977-ci illərdə institutda fəaliyyət göstərən ictimai peşələr fakültəsinin jurnalistika şöbəsinin dinləyicisi olmuş, 1979-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, təyinatla Xaçmaz stansiyası 45 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1979-1981-ci illərdə Vətən qarşısında borcunu Uzaq Şərq hərbi dairəsinin Xabarovsk-Vladivostok şəhərlərində yerləşən hərbi hissələrdə yerinə yetirmiş, tərxis edildikdən sonra əmək fəaliyyətini Saatlı stansiyasında 33 nömrəli dəmir yolu orta məktəblərində riyaziyyat, fizika və əmək müəllimi kimi davam etdirmişdir. Ailə qurduqdan sonra daimi yaşayış yerinə qayıdaraq C.Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta internat məktəbində tərbiyəçi müəllim, A.S.Makarenko adına 12 nömrəli rus dili təmayüllü internat məktəbində riyziyyat müəllimi işləmişdir. Görkəmli alim, dövlət və siyasi xadim, professor Zahid Qaralovun vaxtı ilə direkroru olduğu Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun Pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində məşhur pedaqoq-alim professor Əjdər Ağayevin rəhbərliyi altında əyani aspiranturada təhsil almış (1984-1987), “Azərbaycan SSR-də hamılıqla orta təhsilə keçirilməsinə hazırlıq və onun həyata keçirilməsi (1961-1977)” mövzusunda namizədlik dissertasiyasını  müdafiə etmişdir (1988). Azərbaycan ETPEİ-nin Pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində kiçik elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir (1988-2000). 2000-ci ildən Təhsil Problemləri İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiridir. Hümeyir müəllim pedaqoji fəaliyyətlə də məşğul olur. Müxtəlif illərdə ayrı-ayrı orta ixtisasali təhsil müəssisələrində əvəzçiliklə müəllimlik etmişdir. 2014-cü ildən Bakı Qızlar Universitetinin Pedaqogika kafedrasının professorudur.

1985-ci ildən SSRİ PEA-nın “Məktəb və pedaqogika tarixi” üzrə problem şuranın üzvü, 2003-cü ildən ABŞ-ın Minnesta Universitetinin “Təhsilin strateji planlaşdırılması” üzrə Koordinasiya Şurasının üzvü və fəxri professorudur. 2008-ci ilin fevralından Azərbaycan Respublikası “Təhsil Şurası” ictimai birliyinin idarə heyətinin üzvü kimi Hümeyir Əhmədov ictimai fəaliyyətlə də çox ciddi şəkildə fəaliyyət göstərir. Əbəs yerə professor Əjdər Ağayev onu öz layiqli davamçısı adlandırmamışdır. Uzun illərdir ki, pedaqoji elmlər sahəsində fəaliyyət göstərən dissertasiya şuralarının üzvü kimi özünün səriştəli alimliyini təsdiq etmişdir.

2003-2005-ci illərdə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun doktorantı olmuş, “Qloballaşma şəraitində Azərbaycan Respublikasında ali təhsilin modernləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. Hobbisindən geri qalmayaraq təhsilin hüquqi nizamlanması istiqamətində ikinci doktorluq dissertasiyası yazmış və Konstitusionno-pravovıye osnovı nauki, nauçnoy i nauçno-texniçeskoy deyatelnosti v Rossiyskoy Federasii (Moskva: Elit, 2010, 464 s.) adlı monoqrafiya nəşr etdirmişdir.

Bəli, bu, öz zəhməti, ağlı, işgüzarlığı, savadı ilə qazanılmış ləyaqətli bir ömrün, bir ziyalının həyat tarixçəsidir.

Tədqiqat sahəsi geniş və təhsilin sabahkı perspektivinə yönəlikdir. Bu elmi araşdırmalar Azərbaycanın mənəvi mədəniyyəti, zəngin və çoxəsrlik inkişaf tarixinə malik təlim və tərbiyə sisteminə həsr olunmuşdur. Azərbaycanda ali təhsilin təşəkkülü və inkişafı mədəni-pedaqoji ənənələr və tolerant düşüncə kontekstində araşdırılır, ali təhsilin yeniləşdirilməsinin əsas istiqamətləri nəzərdən keçirilir. Bu əsərlərdə Azərbaycan Respublikasinda ali təhsilin yeniləşdirilməsi qloballaşma kontekstində təhlil olunur, ali təhsil sisteminin qlobal təhsilə keçidi prosesinin mexanizmi və yeniləşmənin müxtəlif aspektləri müəyyənləşdirilir, beynəlxalq əməkdaşlıq və kadr təminatı, təhsilin modernləşdirilməsinin praqmatik hüdudları və elmi-pedaqoji təminatı, ali məktəb fəaliyyətinin müasir şəraitdə əsas prioritetləri və inkişaf strategiyası araşdırılır. Hümeyir Əhmədovun əsərlərində ali təhsil sistemi Bolonya prosesi müstəvisində təhlil edilir, paradiqmaların modernləşdirilməsi və ali təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi və reallığa uyğun hüquqi-normativ bazanın yaradılması prosesi araşdırılır.

Təhsillə bağlı araşdırmalarında qloballaşma şəraitində Azərbaycan Respublikasında ali təhsilin modernləşdirilməsi istiqamətləri və inkişaf tendensiyası, mövcud idarəetmə sisteminin yeniləşdirilməsinin sosial-siyasipedaqoji-psixoloji əsasları müəyyənləşdirilir. Avropa təhsil məkanına inteqrasiyanın şərtlərindən biri kimi ali təhsil sisteminin modernləşdirilməsinin elmi-nəzəri, təşkilati-pedaqoji əsaslarının təkmilləşdirilməsinin və qloballaşan dünyada sərbəst fəaliyyət göstərməyi bacaran yüksək ixtisaslı kadrların hazırlanmasının praktiki yolları üzə çıxarılır.

Nəhayət, qloballaşma şəraitində Azərbaycanda ali təhsilin inkişaf strategiyası və ali təhsilin modernləşdirilməsi Hümeyir Əhmədovun sistemli tədqiqatlarının predmetinə çevrildi. OnunAli təhsilin modernləşdirilməsi” (2008) monoqrafiyası nəşr olundu. O, tədqiqatlarında milli təhsil sisteminin inkişafı, təkmilləşdirilməsi, idarə edilməsi sahəsindəki problemləri həm nəzəri-konseptual, həm də praktiki baxımdan araşdırmış, prosesin dinamikasını müəyyənləşdirmişdir. Təhsilin inkişafının qanunvericiliknormativ-hüquqi təminatı, idarə olunmasının dövlət-ictimai əsaslarının formalaşdırılması, tədris müəssisələrinin nəzəri və praktiki cəhətdən müstəqilliyinin genişləndirilməsi sahəsində müxtəlif mexanizmləri təcrübədən keçirmiş, təhsilin məzmun və strukturunun yeniləşdirilməsi ilə bağlı praktik tövsiyələr vermişdir.

Hümeyir Əhmədovun araşdırmalarının üstünlüyü ondadır ki, o, ideoloji tabeçiliklə xarakterizə olunan sovet təhsil sistemindən Avropa ali təhsil məkanına inteqrasiya edən ali təhsil sisteminə keçid proseslərini pedaqoji-psixolojiaksioloji cəhətdən dəyərləndirmişdir. Dəyərli faktdır ki, təhsilin hüquqi nizamlanmasının elmi əsaslarını tədqiq etmiş, “Təhsil hüququ” fənninin proqramını və dərsliyini hazırlamışdır. Nəşr olunmuş əsərlərində ölkəmizdə təhsil siyasətinin istiqamətlərinin və təhsil sisteminin əsaslı surətdə yenidən qurulması prosesində baş vermiş sosial-pedaqoji hadisələrin mürəkkəbliyini, onun ziddiyyətlərini ətraflı təhlil etmiş, islahatların qaçılmazlığını və labüdlüyünü əsaslandırmışdır. Müasir bazar iqtisadiyyatı şəraitində təhsilin keyfiyyətini artırmaqla, dövlətin iqtisadi və mənəvi dəyərlərinin qorunmasına, inkişaf etdirilməsinə, respublikanın əmək qabiliyyətli əhalisinin tam və səmərəli məşğulluğunun təminatına nail olmaq qənaətinə gələn Hümeyir Əhmədov qeyd edir ki, bunun üçün ilk növbədə ölkə vətəndaşlarının ümumi inkişaf səviyyəsinin, intellektual potensialının, peşə-ixtisas dərəcəsinin və təhsil səviyyəsinin artırılması vacibdir. Çünki hər bir vətəndaşın mütəxəssis kimi yetişdirilməsi, formalaşdırılması və cəmiyyətdə rolunun artırılmasına qısa vaxtda nail olmaq mümkün deyil. Keyfiyyətli kadr hazırlığına nail olmaq üçün hər kəsin təhsilin bütün pillələrində yüksək təhsil almasına şərait yaradılmalıdır - qənaətinə gələn müəllif bunun üçün ölkədə həyata keçirilən yeni təhsil quruculuğunun geniş inkişaf mənzərəsini vermişdir.

Hümeyir Əhmədov 350-dən artıq çap olunmuş elmi əsər, 10 monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, metodik vəsait və proqramların müəllifidir.  Onun monoqrafiyaları (Azərbaycanda xeyriyyə cəmiyyətlərinin maarifçilik fəaliyyəti. Bakı: Mütərcim, 1997,  56 s.; Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi. Bakı: Təhsil NPM,  2006,  264 s. (həmmüəllifli); Çeloveçeskiy resurs Azerbaydjanskoqo obrazovaniya. Moskva: MPSİ, 2007, 140 s.; Ali təhsilin modernləşdirilməsi. Bakı: Maarif, 2008, 190 s.; Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı: Elm, 2010. 800 s.; Konstitusionno-pravovıye osnovı nauki, nauçnoy i nauçno-texniçeskoy deyatelnosti v Rossiyskoy Federasii. Moskva: Elit, 2010, 464 s.; The Strategy of Education Development in Azerbaijan. Saarbrücken, Deutschland/Germany. LAP LAMBERT Academic Publishing, 2014, 245p.; Elmi-pedaqoji pedaqoji kadr hazırlığı problemləri. Bakı: ARTİ, 2018, 343 s. (həmmüəllifli)) ümumtəhsil, orta ali pedaqoji ixtisas təhsili müəssisələri üçün metodik vəsaitləri, dərs vəsaitləri, dərslikləri (Upravlençeskaya pedaqoqika i psixoloqiya: Uçebnoye posobiye. Baku: Maarif, 2002, 380 s. (həmmüəllifli); İnformatikanın tədrisi metodikası: Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Təhsil NPM, 2003, 240 s. (həmmüəllifli); Pedaqogika. Orta ixtisas məkəbləri üçün. Eksperimental dərs vəsaiti. Bakı: Təhsil NPM, 2006; Təhsil hüququ. Ali məktəblər üçün dərslik. Bakı: Təhsil NPM, 2007, 400 s. (həmmüəllifli); Pedaqogika. Ali məktəb tələbələri üçün. Dərs vəsaiti.  Bakı: Təhsil NPM, 2013; Pedaqogika. Bakalavr səviyyəsində təhsil alanlar üçün. Bakı: Elm təhsil, 2016 (həmmüəllifli); Texnologiya. Ümumtəhsil məktəblərinin II-IX sinif şagirdləri üçün. Dərslik. Bakı: Təhsil, 2008-2018 (həmmüəllifli); Texnologiya. Ümumtəhsil məktəblərinin I-IX siniflər. Müəllim üçün metodik vəsait. Bakı: Təhsil, 2008-2018 (həmmüəllifli); Pedaqogika. Bakalavr hazırlığı üçün dərslik. Bakı: Elm təhsil, 2016. 455 s. (həmmüəllifli); Alqoritmlər nəzəriyyəsi. Ali təhsil müəssisələri tələbələri üçün. Bakı: Elm təhsil, 2018 (həmmüəllifli); Pedaqogika. Bakalavr hazırlığı üçün dərslik. Bakı: Elm təhsil, 2018. 455 s. (həmmüəllifli)). ciddi tədqiqatın nəticəsidir. “The Strategy of Education Development in Azerbaijan” adlı monoqrafiyası Pedaqogikaadlı dərsliyi 2018-ci ildə Parisdə keçirilən kitab sərgisindəQızıl medal”la təltif olunaraq sertifikata layiq görülüb. Norveçdə Sloveniyada ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində onun elm təhsilin inkişafında roluna dair dərc olunmuş məqaləsi maraq doğurur. Azərbaycan Xalq Cümuriyyəti dövründə elm təhsilin inkişafına həsr olunmuş maraqlı məqalələri ölkədə xaricdə dərc edilmişdir. Xüsusi qeyd etmək istəyirik ki, onun İsmayıl bəy Qasparlının üsuli-cədid məktəblərinin təşəkkülünə aid yazdığı silsilə məqalələri elmi-pedaqoji ictimaiyyət tərəfindən maraqla qaşılanmış, təhsil tariximizin şanlı səlnaməsində özünə məxsus yer almışdır.

Hümeyir ƏhmədovAzərbaycan Respublikasının qabaqcıl təhsil işçisidöş nişanı (2006), Rusiya Federasiyası Elm Təhsil  Nazirliyinin K.D. Uşinski adına medalı (2009) ilə təltif edilmişdur. Qızıl Qələm” media mükafatı laureatıdır.  “YUNESKO müəllimi” (2008) fəxri adı sertifikatı verilmişdir (Kazan şəhəri). Rusiya Federasiyasnın 3-cü dərəcəli  Dolq i çestordeni (2008) ilə təltif edilmişdir. RTA-nın Rəyasət Heyətinin  2017-ci il tarixli qərarı iləƏməkdar elm təhsil xadimifəxri adına layiq görülüb.

Professor Hümeyir Əhmədov  elmi-pedaqoji fəaliyyətinin uğurlu nəticələrinə görə 2018-ci ildə  EUROPEAN SCIENTIFIC AND INDUSTRIAL CONSORTIUM-un “LABORE ET SCIENTIA” ordeni ilə təltif olunub.

Hümeyir  Əhmədovu  xarakterizə edən başlıca  meyarlar təkcə  onun  pedaqogika elmi, təhsili  idarəetmə  sahəsində  qazandığı  elmi    peşəkar  fəaliyyəti deyildir, məhz  onun  şəxsi  ləyaqətidir.  Məncə bunlar  bir-birini  tamamlamasaydı, yerli-yerində olmasaydı, bu  uğurlar, nailiyyətlər olmazdı. Onun elmi rəhbərliyi ilə fəlsəfə doktoru proqramı üzrə iyirmi nəfərdən artıq doktorant dissertant dissertasiya yazmışdır. Elmlər doktoru proqramı üzrə təhsil alan dörd doktorant dissertanta elmi məsləhətçi təyin olunmuşdur.

Beləliklə, Hümeyir müəllimi xarakterizə edən başlıca məqamlar, öncə dediyimiz kimi, onun ziyalı ailəsində boya-başa çatması, kübarlığı vətənpərvərliyidir.

Onun bu şəkildə yetişməsində, heç şübhəsiz, ailəsinin ziyalılığı, ata anasının ali təhsilli olması, təhsil aldığı bütün səviyyələrdə mikro mühitin münbitliyi, başlıca amil isə XX-XXI əsr Azərbaycan elmi-pedaqoji fikrinin ən məhsuldar istedadlı nümayəndələrindən olan akademik  Hüseyn Əhmədovun ailəsində doğulub-böyüməsidir. Onun babası 1918-ci ildə realnı gimnaziyanı, 1926-cı ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmiş (akademik Mehdi Mehdizadə ilə eyni qrupda təhsil almışdır) müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur (bax: M.C.Mərdanov, Azərbaycan təhsil tarixi. 4 cilddə, II cild. s.442). Necə deyərlər, ot kökü üstə bitər.

Bir göz qırpımında altmışı haqlaması onunla bağlı bizi bəzi kövrək olan qeydlərə şövq etdi. Əlbəttə, deyiləsi söz çoxdur. Qalsın yetmişinə.

 

Həsən BAYRAMOV,

pedaqoji elmlər doktoru,

 

Xatirə BƏŞİRLİ,

filologiya üzrə elmlər doktoru, professor

 

Azərbaycan müəllimi.- 2019.- 7 mart.- S.14.