YUNESKO-nun “Qlobal məqsədlər” dərsləri
Sülh nə deməkdir?
VII dərs
Mövzu:
Sülh nə deməkdir?
Fənn:
Sosial araşdırmalar, Vətəndaşlıq, Həyat bilgisi
Təlim məqsədi:
* Sülhün bir neçə tərifini öyrənmək.
* Vətəndaş fəallarının fəaliyyətinin və simvollarının xüsusiyyətlərini araşdırmaq.
* Sinifdə və həyatda dinc birgə yaşam prinsiplərinin tətbiqi üsullarını müəyyənləşdirmək.
Hazırlıq:
* Əlavə 1-i oxuyun.
* Şagirdlərə tanış olan dinc və münaqişəli situasiyaları əks etdirən fotoşəkilləri seçin.
* Şagirdlərin vətəndaş fəalları haqqında tədqiqat aparmaq üçün lazım olan kitab və saytlara çıxış imkanı olduğuna əmin olun və ya əlavədəki məlumatları çap edin.
Müəllim üçün qeyd:
Bu dərs bəzi həssas məsələlərə toxunduğundan müəllim şagirdlərin hisslərinə ehtiyatla yanaşmalıdır.
Ümumi vaxt: 60 dəq.
Yaş həddi: 8-11 yaş.
Təlim tapşırığı - 5 dəq.
Dinc və münaqişəli situasiyaları əks etdirən (məsələn, dua etməyi, dostlar arasında söhbəti, qışqıran və özlərini aqressiv aparan insanları, insanların dinc nümayişini, tankları, polisin cəlb olunması ilə keçirilən etiraz aksiyasını) fotoşəkilləri seçin.
Şəkillər ehtiyatla seçilməlidir.
Şəkilləri şagirdlərə göstərin və onlardan hər bir şəkli ifadə edə biləcək 1-3 söz yazmağı xahiş edin. Şəkillərin onlarda oyatdığı hissləri əvvəlcə cütlüklərlə, sonra isə bütün siniflə müzakirə etməyi təklif edin.
Şagirdlərin diqqətini dinc və münaqişəli situasiyaları ifadə etmək üçün istifadə olunan sözlərə yönəldin və onlara “Sizin fikrinizcə, münaqişəli situasiyalar nə səbəbdən baş verir?” sualını verin:
Dərsin mövzusunu və məqsədlərini elan edin
Təlim tapşırığı - 10 dəq.
Sülh nə deməkdir?
Şagirdlərə aşağıda verilən təriflərdən doğru və ya onların fikirləri ilə oxşar olanını seçməyi təklif edin:
*
“qayğı və problemlərdən azad olmaq”;
* “mənəvi
və ya emosional rahatlıq hissi”;
* “müharibənin olmadığı və ya bitdiyi
dövr”.
Şagirdlər sülhü necə təsvir edir?
Şagirdlərin
ideyalarını inkişaf etdirmək məqsədi ilə
aşağıdakı suallardan istifadə edin:
* Müxtəlif
insanlar üçün sülh müxtəlif məna kəsb
edə bilərmi? Nə üçün belə ola bilər?
* Biz
münaqişələri necə həll edirik? Münaqişələrin
həlli üçün hansı dinc yollar mövcuddur?
* Biz
sülhü daxilimizdə və ya ətrafımızda
hiss edirikmi?
Cavabları soruşmazdan əvvəl şagirdlərə
düşünmək üçün bir neçə dəqiqə
vaxt verin.
Şagirdlərin cavablarından bir neçə
açar sözü və ideyaları lövhədə və
ya flipçartda qeyd edin. Sülhün tərifi ilə bağlı əlavə məlumat
əldə etmək üçün bu qısa məqaləni
oxuyun: http://www.international-alert.org/what-peace.
İnternetə çıxışı olmayan
şagirdlər paylayıcı materiallardan istifadə edə
bilər (Əlavə 1).
Diferensiasiya
və alternativ tapşırıqlar
11
yaşdan yuxarı və daha hazırlıqlı şagirdlər
üçün siz insan hüquqları üzrə
Ümumdünya Bəyannaməsindən
aşağıdakı bəyanatı sitat gətirə bilərsiniz:
“Azadlığın, ədalətin
və sülhün əsasını insan ailəsinin hər
bir üzvünə və onların bərabər, ayrılmaz
hüquqlarına xas olan ləyaqətin tanınması təşkil
edir”.
“Bəyanat nə ifadə
edir?” sualı ətrafında düşünməyi və
müzakirə etməyi şagirdlərə təklif edin.
Bu
müzakirəni fəallarla bağlı sonrakı
tapşırıqla uzlaşdırmaq olar: fəalların əlavə
2-də verilən qısa tərcümeyi-halları insan hüquqları ilə
bağlıdır.
Təlim tapşırığı - 20 dəq.
Vətəndaş fəallarının həyatının
tədqiqi.
Şagirdləri 3-4 nəfərlik qruplara bölün. Qruplara vətəndaş fəallarının
adları qeyd olunan
xüsusi vərəqələr paylayın və ya hər
qrupa bir vətəndaş fəalını təklif edin. Fəal
qismində Kərim Vəsfi, Leyma Qbovi, Mahatma Qandi, Malala
Yusufzay və Nelson Mandelanı qeyd etmək olar.
Şagirdləri qruplar üzrə
bölüşdürməyin optimal variantını
seçin.
Şagirdlərə əlavə 2-dən materialları
paylayın və ya internetdən istifadə edərək fəalların
tərcümeyi-hallarını araşdırmağı təklif
edin. Bəzi
şagirdlər üçün məlumatı kompüter
ekranından deyil, çap olunmuş material və kitablardan
götürmək daha rahat ola bilər.
Seçiminizdən asılı olaraq mövzu ilə
bağlı başqa fəalın tərcümeyi-halı da
istifadə oluna bilər. Lakin nəzərə alın ki, bəzi fəallar
müəyyən ölkə və ya region kontekstində
siyasi xadim sayıla bilər. Ona görə
də onları ehtiyatla seçin.
Şagirdlərə vərəq və ya plakat
kağızı, yazı ləvazimatı verin. Fəalın
həyatı ilə bağlı mühüm faktları və
onların nəyə görə mübarizə
apardıqlarını əks etdirən plakat
hazırlamağı şagirdlərdən xahiş edin. Fəalın fotoşəklini çap etməyi və
şəklini çəkməyi təklif edin.
Aşağıdakı
sualları cavablandırmağı tapşırın:
* Sizin vətəndaş
fəalınız kimdir? Onun adı nədir?
O haradandır?
* Onun məqsədi
nədir?
* O məqsədinə
necə nail oldu və yaxud nail olmağa
çalışır?
* Nə
üçün onun metodları dinc metodlar sayılır?
* O
hansı xüsusiyyətlərə malikdir?
Diferensiasiya
və alternativ tapşırıqlar
Bəzi
şagirdlər üçün ayrılıqda vətəndaş
fəalını araşdırmaq çətin ola bilər. Belə halda alternativ
olaraq bir və ya iki fəalı seçin və bütün
siniflə birgə onların həyatını
araşdırın.
Təlim tapşırığı - 10 dəq.
Təqdimatlar
Qruplara plakatların təqdimatı üçün 1-2
dəqiqə vaxt verin. Fəal haqqında bildiklərini və ya
onun fəaliyyətini plakatdan oxumaq əvəzinə
yaradıcı şəkildə nümayiş etdirməyi
şagirdlərə (məsələn, qısa səhnəcik
vasitəsilə) təklif edin.
Təlim tapşırığı - 10 dəq.
Şagirdlər
tərəfindən sülhün müəyyən edilməsi
Şagirdlərə vərəqələr paylayın və
onlardan sülhün nə olduğu barədə öz fikirlərini
yazmağı xahiş edin. Fikirlərini sözlə
ifadə edə bilməyənlərə sülhü təsvir
etməyə icazə verin.
Vərəqələri yığın (anonin qalmaq istəyənlər
vərəqələrdə adlarını qeyd etməyə
bilər). Onlardan bir neçəsini sinfə oxumaq və ya
göstərmək üçün seçin.
Müxtəlif təriflər
verilən vərəqələri seçməyə
çalışın.
Diferensiasiya
və alternativ tapşırıqlar
Kiçikyaşlı
və ya daha az hazırlıqlı
şagirdlər üçün sülhün tərifini verərkən
istifadə edə biləcəyi şəkil, söz və
ifadələri seçib hazırlaya bilərsiniz.
Məsələn,
Sülh... Hamının xoşbəxt olduğu,
insanların bir-biri ilə müharibə aparmadığı
bir dövrdür.
Vərəqələri sinifdə tematik sərgi təşkil
etmək üçün istifadə etmək olar. Məsələn,
şagirdlərdən sülhü və ya onun vacibliyini şərh
edən digər sitat, şəkil və şeirlər
tapmağı xahiş etmək olar.
Bu, digər şagirdlərə və məktəbin
qonaqlarına sizin şagirdlərinizin nəyi öyrənib,
müzakirə etdiyini anlamağa imkan yaradır.
Təlim tapşırığı - 5 dəq.
Siniflə birgə müzakirə.
* Biz bu
gün nə öyrəndik? Davranışımız
və dostlarla ünsiyyətimiz sinifdə nə kimi dəyişiklik
edə bilər?
* Yer
kürəsinin daha dinc və rahat məkan olması
üçün biz nə edə bilərik?
Şagirdlərə bu sualları cütlərdə
müzakirə etmək üçün vaxt ayırın,
sonra isə onların bəzilərinə fikirlərini
bölüşmək üçün şərait
yaradın.
Qeyd edin ki, şagirdlər mövcud situasiyanı dəyişə,
hətta kiçik işlər görməklə planetimizi
daha dinc və rahat məkana çevirə bilərlər.
Digər tapşırıqlar üçün əlavə
3-ə baxın.
Diferensiasiya
və alternativ tapşırıqlar
Bütün şagirdlərin dərsdə keçilənləri
dərk etdiyini yoxlamaq üçün alternativ olaraq
sualları yazılı şəkildə
cavablandırmağı xahiş edin.
Qlobal Məqsədlərə çatmaq
üçün fəaliyyətə başlayın.
Müəllim olaraq
sizin şagirdlərin müsbət enerjisini düzgün istiqamətləndirmək
və onları aciz olmadıqlarına, dəyişikliyin
mümkün olduğuna inandırmaq imkanınız var.
“Design for Change” hərəkatı
tərəfindən keçirilən “Mən bacarıram” məktəb
müsabiqəsi uşaqları əməkdaşlığa
çağıraraq öz mühitlərində dəyişikliklər
etməyə və öz təcrübələrini
dünyadakı uşaqlarla bölüşməyə dəvət
edir. Başlamaq üçün
www.dfcworld.com saytına daxil olun.
“Design for Change”in dərslər və
ya şagirdlərə sərbəst fəaliyyətləri
üçün www.globalgoals.org/worldslargestlesson sayta daxil olun.
Əlavə
1
Sülh nə deməkdir?
Sülhün müxtəlif təsvir üsulları var.
Qlobal nöqteyi-nəzərdən sülh - münaqişələrin
zorakılıqsız həll olunması və həyat keyfiyyətinin
yaxşılaşmasıdır. www.international-alert.org saytına əsaslanaraq
“Sülh:
* hər kəs təhlükə, qorxu və
zorakılıq olmadan yaşayır və
zorakılığın bütün formaları qanunla
qadağan olunub;
* hər kəs qanun qarşısında bərabərdir,
məhkəmə strukturlarına inanır, ədalətli və
güclü qanunlar insan hüquqlarını müdafiə
edir;
* hər kəs siyasi qərarların
formalaşdırılmasında iştirak edə bilər və
hökumət xalq qarşısında hesabat verir;
* hər kəs qida məhsulları, təmiz su,
yaşayış yeri, təhsil, səhiyyə və layiqli həyat
səviyyəsi kimi əsas tələbatlara ədalətli və
bərabər çıxış imkanına malikdir;
* cinsindən, etnik mənsubiyyətindən
və digər aspektindən asılı olmayaraq hər kəs
işləmək və pul qazanmaq imkanına malikdir”.
Tənqidi
təfəkkürü inkişaf etdirən suallar:
1. Nə
üçün sülh bizim üçün vacibdir?
2. Yer
kürəsi sülhsüz necə olardı? Dəyişərdi,
yoxsa olduğu kimi qalardı?
3. Sizin
üçün sülh nə deməkdir?
4.
İnsan hüquqları haqqında eşitdiyinizlə
sülhün bu cür tərifi arasında nə kimi
oxşarlıq var?
Əlavə 2. Vətəndaş fəalları - Leyma Qbovi və Mahatma
Qandi
Leyma Qbovi kimdir?
Leyma Qbovi 2003-cü ildə Liberiyada II vətəndaş
müharibəsinə son qoyan, sülh uğrunda qadın hərəkatının
lideri olaraq gördüyü işlərə görə
2011-ci ildə Nobel mükafatı almışdır.
Vətəndaş müharibəsi bir ölkə daxilində
müxtəlif insan qrupları arasında aparılan müharibədir.
Leyma 1972-ci ildə mərkəzi Liberiyada anadan
olmuşdur.
I vətəndaş müharibəsi başlayanda o öz
valideynləri və bacıları ilə Liberiyanın
paytaxtı Monrovi şəhərində yaşayırdı.
Leyma I vətəndaş müharibəsinin
başlandığı ilk günü yaxşı
xatırlayır. “İyul səhərlərindən birində,
mən 17 yaşında idim, həkim olmaq arzusu ilə
universitetə gedirdim, birdən döyüşlər
başlandı”.
Leyma Qbovi nə edib?
Müharibənin liberiyalılara təsirini görərək
o, müharibə şəraitində yaşayan uşaqlara
kömək etmək üçün postravmatik sindrom üzrə
psixoloq olmağı qərara aldı. Postravmatik sindrom
üzrə ixtisaslaşmış psixoloqlar müharibə,
zorakılıq və ya ekstremal situasiyalarda zərər
çəkmiş insanlara, onları təqib edən kədərli
xatirələrdən azad olmağa kömək edir.
O,
tanıdığı xristian qadınlarını sülh
naminə hərəkata cəlb etmişdir. Sonra
isə müsəlman qadınları ilə işləyərək
bu qrupları bir araya gətirmişdir.
Leyma həmin qrupun nümayəndəsi, bir neçə
həftə davam və minlərlə insanları əhatə
edən qadınların etiraz aksiyasının lideri
olmuşdur. Leyma Liberiya qadınlarının hərəkatı
tərəfindən təşkil olunmuş sülh naminə
ictimai etiraz aksiyalarına başçılıq etmişdir.
Liberiyanın prezidenti Çarlz Teyloru fəallarla
görüşməyə və Qanada keçirilən rəsmi
sülh danışıqlarında iştirak etməyə
vadar etmişdir. Leyma Liberiyada yerləşən,
onun adını daşıyan Afrika Sülh Fondunun təsisçisi
və prezidentidir. Onun fondu Qərbi Afrikada
qız, qadın və gəncləri təhsil və liderlik
qabiliyyətlərinin inkişafı sahəsində dəstəkləyir.
Mahatma Qandi kimdir?
Mahatma
Qandi 1869-cu il oktyabrın 2-də Hindistanda
varlı ailədə anadan olmuşdur. Atası
yerli ictimai xadim idi. O, oğlunun hüquqşünas
olmasını arzulayırdı və 19 yaşında Londona təhsil
almağa göndərmişdi. Üç ildən
sonra o, Hindistana qayıtdı və şəxsi hüquq
firmasını açdı, lakin uğursuzluğa
düçar oldu. O digər hüquq firmasında işə
düzəlməyi qərara aldı və Cənubi Afrikaya
köçdü. Afrikada olarkən o, hindlilərə
qarşı olan irqi ədavəti özündə hiss etdi.
20 il ərzində o hindlilər əleyhinə
olan ayrı-seçkilik qanunvericiliyinə qarşı
çıxış etdi. Bu ayrı-seçkilik Qandinin vətəndaş
hüquqları uğrunda mübarizəyə
başlamasına təkan verdi.
Mahatma Qandi nə edib?
1941-ci ildə vətəninə qayıdan Mahatma Qandi
Hindistanı Böyük Britaniyanın müstəmləkəçiliyindən
azad etmək uğrunda mübarizəyə tam hazır idi. O, Hindistan Milli Konqresinə
başçılıq edərək ədalətsiz vergilərə
və diskriminasiyaya qarşı mübarizə aparmaqda
kasıb fermerlərə və fəhlələrə kömək
edirdi. Onun digər məqsədləri
kasıblığın azaldılması, qadın və
kişilər arasında bərabərsizliyi aradan qaldırmaq
idi. Bu məqsədlərə nail olmaq üçün
o, vətəndaş itaətsizliyi aksiyaları təşkil
edirdi.
Bu aksiyalar zamanı böyük insan kütlələri
işləməkdən imtina edərək, küçələrdə
oturub məhkəmələri boykot edirdilər. Bu aksiyalar eyni
zamanda keçirilsə, bütün ölkənin işini
iflic edə bilərdi. Bu etirazlar qeyri-qanuni
olduğu üçün Qandi bir neçə dəfə həbs
olunmuşdur. O, həbsdə olan zaman aclıq elan edirdi. Nəhayət, 1931-ci ildə Britaniya hökuməti
onu azad etdi. Hindlilər onu çox sevirdilər.
Çünki Qandi vətəndaş
hüquqları uğrunda mübarizə aparırdı. Ömür boyu Qandi təvazökar həyat tərzi
sürmüşdür. O, etirazlara çox əhəmiyyət
versə də, həmişə zorakılığın əleyhinə
olmuşdur. Qandi bu günə qədər
dünyanın bir çox vətəndaş fəalları
üçün böyük ilham mənbəyi olaraq
qalır.
Azərbaycan müəllimi.- 2019.- 29 mart.- S.6.