Olimpiya Mədəniyyəti Təhsili Proqramı çərçivəsində Azərbaycan guşəsi açılıb.

Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı günlərində Olimpiya Mədəniyyəti Təhsili Proqramı (OSEP) çərçivəsində Azərbaycan guşəsinin rəsmi açılışı olub. Festival tarixində ikinci dəfə olaraq təşkil olunan  28 ölkənin iştirak etdiyi OCEP pavilyonunda Azərbaycanı Slovakiyanın 2 qardaşlaşmış məktəbi Bakının Y. Kovalyov adına 229 nömrəli tam orta məktəbinin şagirdləri təmsil edib.

Açılış mərasimində Mİlli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Liney Rut Halldorssdottır, Slovakiya Olimpiya Komitəsinin prezidenti Siekel Anton, Polşa Olimpiya Komitəsinin prezidenti Andrzej Krasnicki, Elm Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycanın Avstriya Respublikasındakı səfirliyinin nümayəndələri, idmançılar başqa rəsmilər iştirak edib.

Mərasimdə OCEP proqramının Azərbaycanın təşəbbüsü ilə Bakıda təşkil edilmiş XV Avropa Gənclər Yay Olimpiya Festivalından start götürərək Slovakiyada davam etdirilməsinin Olimpiya hərəkatının gənclər arasında təşviq olunmasında əhəmiyyətli rolu xüsusi vurğulanıb. Qeyd olunub  ki, bu təşəbbüs gələcəkdə təşkil olunacaq Festivallarda da tətbiq ediləcək.

Azərbaycanın Slovakiya Olimpiya Komitəsinə Avropa Olimpiya Komitəsinə OCEP-in xalçaları təqdim olunduqdan sonra qardaşlaşmış Slovakiya Azərbaycan məktəblərinin şagirdləri qonaqlar qarşısında milli rəqsləri ilə çıxış edib.

Daha sonra qonaqlar pavilyonda quraşdırılmış Azərbaycanın digər ölkələrin guşələrini ziyarət edərək məktəblilərin təmsil etdikləri ölkələrin mədəniyyəti, tarixi, idmanı, mətbəxi sair sahələr üzrə təqdimat viktorinalarını seyr ediblər.

İyulun 31-ə qədər Banska Bıstritsada olacaq OCEP məktəbliləri “EYOF 2022” “Sports” Parkına, ərazidəki idman obyektlərinə səfər edərək idman yarışlarına baxmaq imkanı da qazanacaqlar. Avropa Gənclər Olimpiya Səfirlərinin təhsil proqramına qatılan məktəblilər Azərbaycanı təmsil etməklə yanaşı, digər  ölkələrin sərgi stendlərində iştirak edəcəklər. 

Qeyd edək ki, Olimpiya Mədəniyyəti Təhsili Proqramına (OCEP)  Bakı-  2019 Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində start verilib. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu Avropa Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə Ülm Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilr. 2021-2022-ci illər ərzində OCEP-in coğrafiyası genişlənərək təmsil olunan ölkələrin sayı 56-a çatdırılıb. Bu müddət ərzində Azərbaycandan olan qardaşlaşmış məktəblərin təşkil etdiyi tədbir fəaliyyətlər 200 minə yaxın məktəblini əhatə edib.

Azərbaycan müəllimi”.-2022.- 5 avqust.- S. 2.