İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

“2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədiləAzərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq 

Əmr edirəm:

1. 2022-2023-cü tədris ilində Bakı şəhəri 39, 84, 265, 300, Gəncə şəhəri 8, Sumqayıt şəhəri 25, Xaçmaz şəhəri 6, Ağcabədi şəhəri 5, Qəbələ şəhəri 3 nömrəli tam orta məktəblərdə Xırdalan şəhəri 3 nömrəli məktəb-liseydə inklüziv siniflər təşkil edilsin.

2. Yerli təhsili idarəetmə orqanları sağlamlıq imkanları məhdud uşaqların psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında seçilmiş ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunmasını təmin etsin.

3. Fəaliyyətin koordinasiyası, qiymətləndirilməsi hesabatlılığın təmin edilməsi Ümumi məktəbəqədər təhsildə məzmun, tədris qiymətləndirmə şöbəsinə (V.Yaqublu) tapşırılsın.

4. İnsan resursları şöbəsi (E.Bağırov) inklüziv məktəblərə xüsusi təhsil üzrə ixtisaslı kadrların cəlb olunmasını təmin etsin. Müvafiq ixtisaslı mütəxəssis olmadıqda fəaliyyətin icrası məktəb psixoloquna həvalə edilsin.

5. Təsərrüfathesablı Əsaslı Tikinti Təchizat İdarəsi (V.Mirzalıyev) müəyyən olunmuş məktəblərin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssərliyi  ilə bağlı tədbirlər görsün.

6. Müəyyən olunmuş məktəblərlə metodiki işin təşkili koordinasiyası Azərbaycan Respublikasının Təhsil İnstitutuna ( R.Əzizov) tapşırılsın.

7. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) bu əmrinAzərbaycan müəllimiqəzetində dərc olunmasını Nazirliyin internet səhifəsində yerdləşdirilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə edilsin.

 

Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının Təhsil naziri

15 iyul 2022-ci il

Azərbaycan müəllimi.- 2022.- 5 avqust.- S. 2.