İdmançının ən böyük qüruru bayrağı

zirvələrə qaldırmaqdır

 

Dünya çempionu Hacı Əliyev

 

Sərbəst güləş üzrə 3 qat dünya, 4 qat Avropa çempionu, 2 qat olimpiya mükafatçısı, Atletlər Komissiyasının üzvü, Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru Hacı ƏliyevMəktəbdə…” layihəsinin qonağı olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü paytaxtdakı 47 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib. 

5 mart- Bədən Tərbiyəsi İdman Günü ərəfəsində məktəbdə qonaq olan Hacı Əliyev şagirdlərlə təhsil müəssisəsinin idman zalında görüşüb. Qonaq həm məktəblilərlə səmimi söhbət edib, həm şagirdlərin müxtəlif idman növləri üzrə məşq prosesini izləyib.

H.Əliyev sağlam həyat tərzinin təbliği, idmanın gənclərin fiziki mənəvi inkişafındakı rolu, peşəkar idmançı olmağın məsuliyyəti uğura aparan yol barədə danışıb. Sərbəst güləşçi idman karyerası boyunca qazandığı təcrübəni şagirdlərlə bölüşüb,  məqsədyönlü çalışmanın nizam-intizamın əhəmiyyəti, təhsil idmanın paralel şəkildə inkişaf etdirilməsinin vacibliyindən bəhs edib.

Qazandığı uğurlardan danışan Hacı Əliyev bildirib ki, hər bir nailiyyətin arxasında uzun illərin zəhməti dayanır idmançı üçün ən böyük qürur həmin zəhmətin nəticəsi olaraq Azərbaycan bayrağını zirvələrdə görməkdir. Qonaq, həmçinin şagirdlərə zərərli vərdişlərdən uzaq olmağın sağlam seçimlər etməyin əhəmiyyəti barədə tövsiyələr verib, onları maraqlandıran sualları cavablandırıb.

 Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, layihənin  informasiya dəstəyiKaspiqəzeti Kaspi.az saytıdır.

 

Azərbaycan müəllimi.- 2026.- 7 mart, ¹9.- S.8.