Ölkə Prezidenti gənclərin
inkişafına xüsusi diqqət yetirir
“Sabahın alimləri” XV Respublika layihə
müsabiqəsinin qalibləri mükafatlandırılıb
Martın 3-də “Sabahın alimləri”
XV Respublika Layihə Müsabiqəsinin
final mərhələsinin açılış
mərasimi keçirilib.
Giriş
nitqi ilə çıxış edən
elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqə iştirakçılarını
salamlayaraq gənc ixtiraçılara uğurlar
arzulayıb. Nazir müavini
layihənin əhəmiyyətini
vurğulayaraq bildirib
ki, gələcəyin alimləri
ideyalarını real məhsula
çevirmək və
onların səmərəliliyini
artırmaq üçün
davamlı çalışmalıdırlar.
Dünyada elm və texnologiya sahəsində mövcud trendlərə toxunan nazir müavini qeyd edib ki, gələcəyin
əsas istiqamətlərindən
biri süni intellektdir və müsabiqədə süni
intellektlə bağlı
layihələrin olması
da sevindiricidir.
Daha sonra Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev çıxışında bildirib
ki, müsabiqə artıq
15 ildir uğurla həyata keçirilir və hər il böyük maraqla qarşılanır. Fuad Qarayevin
sözlərinə görə,
layihənin əsas məqsədi şagirdlərdə
elmə marağın
artırılması və
tədqiqat bacarıqlarının
inkişaf etdirilməsidir.
Qeyd olunub ki, son iki ilin qalibləri
dünyanın nüfuzlu
ali təhsil müəssisələrində təhsil alırlar və builki iştirakçıların da yüksək
nəticələr əldə
edəcəyinə inam
böyükdür.
Fuad Qarayev XV müsabiqə ilə bağlı statistik göstəriciləri
də diqqətə çatdırıb. Bildirilib
ki, 9 istiqamət üzrə
yarışan IX–XI sinif
şagirdləri 126 məktəbi
təmsil ediblər. Onlardan 42-si Bakı məktəbi, 84-ü region məktəbi,
o cümlədən 10-u kənd
məktəbidir. Müsabiqəyə
ümumilikdə 760 layihə
təqdim olunub. Seçim mərhələsinin
nəticələrinə əsasən
127-si kollektiv, 25-i fərdi
olmaqla ümumilikdə
152 layihə final mərhələsinə
vəsiqə qazanıb.
Tədbirin bədii hissəsində
İncəsənət Gimnaziyasının
kamera ansamblı çıxış edib.
Qeyd edək ki, final mərhələsi
çərçivəsində növbəti iki gün ərzində şagirdlərin riyaziyyat,
fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter
elmləri, robototexnika
və süni intellekt istiqamətləri
üzrə elmi-tədqiqat
layihələri dəyərləndiriləcək.
Qaliblər arasından
seçilən məktəblilər
ABŞ-də keçirilən
beynəlxalq sərgidə
ölkəmizi təmsil
edəcəklər.
Rəsmi
hissədən sonra Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
Humanitar siyasət,
diaspora, multikulturalizm və
dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva,
elm və təhsil naziri Emin Əmrullayev,
Dövlət İmtahan
Mərkəzinin İdarə
Heyətinin sədri Məleykə Abbaszadə,
ARTİ-nin direktoru səlahiyyətlərini icra
edən, elm və təhsil nazirinin müşaviri Elnur
Əliyev, ali təhsil müəssisələrinin
rektorları finalçıların
layihələrinin nümayiş
olunduğu sərgi ilə tanış olublar.
***
Martın 5-də Bakı Ali Neft
Məktəbində “Sabahın
alimləri” XV Respublika
layihə müsabiqəsinin
mükafatlandırma mərasimi
keçirilib.
Tədbir Dövlət
Himninin səsləndirilməsi
ilə başlayıb.
Daha sonra
müsabiqə çərçivəsində
hazırlanan videoçarx
nümayiş olunub.
"Azərbaycan müəllimi" xəbər
verir ki, tədbirdə çıxış
edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu cür müsabiqələrin
istedadlı uşaqları
aşkarlamağa, onların
innovativ qabiliyyətini
inkişaf etdirməyə
kömək etdiyini qeyd edib. Hər
bir gəncin ölkənin yüksəlişinə
töhfə verməli
olduğunu vurğulayan
nazir müavini bildirib ki, ən
istedadlıları aşkar
edib onlar üçün şərait
yaratmaq lazımdır
ki, daha sonra onlar da
ölkədə innovasiya
sistemini inkişaf etdirsinlər.
Dəyişən dünya üçün gənclərimizin həm bilikli, həm də lazımi bacarıqlara malik yetişdirilməsinin mühümlüyünü
qeyd edən Firudin Qurbanov ölkə Prezidentinin gənclərin inkişafına
xüsusi diqqət yetirdiyini bir daha nəzərə çatdırıb.
Çıxışında
gənclərə tövsiyələrini
səsləndirən Firudin
Qurbanov qalibləri təbrik edib, belə mötəbər elm və intellektual
yarışında iştirakın
qürurverici olduğunu
deyib.
Çıxış edən elm və
təhsil nazirinin müavini Kənan Kərimzadə gənclərə
onlar üçün
yaradılan imkanları
vaxtında dəyərləndirməyi,
təqdim olunan resurslardan səmərəli
şəkildə faydalanmağı
tövsiyə edib.
Çıxışında
“Sabahın alimləri”
müsabiqəsinin ölkənin
ən nüfuzlu müsabiqələrindən biri
olduğunu vurğulayan
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov
müsabiqənin rəhbərlik
etdiyi təhsil ocağında keçirilməsini
yüksək qiymətləndirib
və qalibləri təbrik edib.
Tədbirin davamında qaliblərə
medal və sertifikatlar
təqdim olunub. İştirakçılar 16 qızıl,
35 gümüş, 56 bürünc
medal olmaqla ümumilikdə
107 medal qazanıblar. Münsiflərin
təsis etdiyi 6 ədəd "Xüsusi mükafat" da sahiblərinə
verilib. Ən çox uğur qazanan layihələr ekologiya, fizika, riyaziyyat, kimya, robototexnika, sağlamlıq
sahələrini əhatə
edib.
Qeyd edək ki, "Sabahın alimləri" müsabiqəsi
Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Təhsil İnstitutu, Elm və Təhsil İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin
təşkilatçılığı və tərəfdaşlığı
ilə keçirilib.
Müsabiqənin əsas məqsədi
ölkəmizdə fəaliyyət
göstərən ümumi
təhsil müəssisələrinin
IX-XI siniflərində təhsil
alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq
fəaliyyətinin stimullaşdırılması
çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter
elmləri, robototexnika
və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.
Azərbaycan
müəllimi.- 2026.- 7 mart, ¹9.- S.3.