Təhsil işçiləri yüksək dövlət mükafatları ilə təltif olundular

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2009-cu il tarixli Sərəncamları ilə ölkənin rabitə informasiya sahəsində çalışan bir sıra şəxslər yüksək dövlət mükafatları ilə təltif olunublar. Mükafatlandırılanlar sırasında İKT sahəsində çalışan təhsil işçiləri var. Dövlət başçısının müvafiq Sərəncamına əsasən Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov "Tərəqqi" medalı ilə təltif olunub. Azərbaycan Texniki Universitetinin  İnformatika informasiya texnologiyaları kafedrasının  müdiri Akif Süleymanov, Azərbaycan Dövlət Neft Akademiyasının Kompüter texnologiyaları proqramlaşdırma kafedrasının müdiri Sabit Kərimov, Bakıdakı 264 nömrəli orta məktəbin informatika müəllimi Mətanət Əhmədova akademik Zərifə Əliyeva adına məktəbin informatika riyaziyyat müəllimi Hayat Axundovaya "Əməkdar müəllim" fəxri adı verilib.

Qəzetimizin kollektivi adından mükafatlandırılanların hər birini təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.

 

 

Azərbaycan müəllimi.-2009.-18 dekabr.-S.1.