İl ərzində çoxlu sayda təhsil işçisi dövlət təltiflərinə və fərdi təqaüdlərə layiq görülüb

 

2009-cu ildə ölkəmizdə elm və təhsilin inkişafndakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 1 nəfər "İstiqlal", 4 nəfər, "Şərəf", 20 nəfər "Şöhrət" ordenləri, 115 nəfər "Tərəqqi" medalı ilə təltif olunub, 10 nəfər "Əməkdar elm xadimi", 1 nəfər "Əməkdar incəsənt xadimi", 124 nəfər "Əməkdar müəllim", 5 nəfər "Əməkdar jurnalist", 5 nəfər "Əməkdar mühəndis", 1 nəfər "Əməkdar mədəniyyət işçisi", 9 nəfər "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adları ilə mükafatlandırılıb.

 

***

 

İl ərzində habelə 17 nəfər tanınmış alim və təhsil işçisinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 sentyabr 2009-cu il tarixli sərəncamları ilə 2008-2009-cu tədris ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olan 50 məktəb 10000 manat və "Ən yaxşı müəllim" müsabiqəsində qalib olmuş 100 müəllim isə 5000 manat məbləğində  birdəfəlik  pul  mükafatı  ilə  mükafatlandırılıb.

 

***

 

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə musiqi sahəsində xüsusi istedadı olan 11 yeniyetmə və gənc adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmaqla Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə  layiq görülmüşdür.

 

 

Azərbaycan müəllimi.-2009.-25 dekabr.-S.1.